Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-476/2025 24.06.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “övladları ilə birlikdə xüsusi təyinatlı yaşayış sahəsinə ümumi istifadə hüququnun tanınması və həmin yaşayış sahəsinə köçürülmə tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, onun, yetkinlik yaşına çatmayan övladları- 28 iyul 2010-cu ildə doğulmuş X12, 08 iyul 2016-cı ildə doğulmuş X10 və 11 yanvar 2019-cu ildə doğulmuş X17 ilə birlikdə cavabdehlə birgə nikah dövründə məcburi köçkün ailəsi kimi onlara verilən, ünvan 1 ünvanındakı xüsusi təyinatlı yaşayış sahəsinə köçürülmələri və həmin mənzilə ümumi istifadə hüququnun onlara verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 20 iyun 2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından üç övladları doğulmuşdur: 28 iyul 2010-cu ildə X12, 08 iyul 2016-cı ildə X10 və 11 yanvar 2019-cu ildə X17. Cavabdehlə rəsmi nikaha daxil olduqdan sonra bir müddət birgə yaşamışlar. Birgə nikahda olduqları dövrdə onlara dövlət tərəfindən Gəncə şəhərində xüsusi təyinatlı yaşayış sahəsi verilmişdir; həmin mənzil “ünvan 2 ünvanında yerləşir. Bir müddət sonra onlar ayrılmış, Kəlbəcər Rayon Məhkəməsinin qətnaməsi ilə aralarındakı nikah pozulmuş və uşaqlar onun himayəsində saxlanmışdır. O, cavabdehlə boşanmamışdan əvvəl də, nikahları pozulduqdan sonra da xüsusi təyinatlı yaşayış sahəsi olan ünvan 4 ünvanında yaşamış, lakin son vaxtlar cavabdeh həmin mənzildə onların yaşamalarına imkan yaratmır, onu və uşaqlarını tez-tez həmin mənzildən çıxarır, həmin mənzildə yaşamalarına maneələr törədir; bəzən qıfıl bəndlərini dəyişir, ümumən yaşamalarına çətinlik yaradır. Həmin mənzil onlara birgə nikah dövründə dövlət tərəfindən verildiyinə görə, o və uşaqları həmin mənzildə müvəqqəti qeydiyyatdadır; o və uşaqları Kəlbəcər rayonunun Zallar kəndində yaşayış yeri üzrə rəsmi qeydiyyatdadırlar. O, Gəncə şəhərində doğulmuş və iş yeri də Gəncə şəhərindədir. Düşünür ki, həmin mənzildən qanunla rəsmi qaydada ona yaşayış sahəsi üzrə istifadə hüququ verilə və uşaqlarla birlikdə həmin mənzilə köçürülməsi təmin edilə bilər. Onun hər hansı başqa bir yaşayış sahəsi olmadığına, həmçinin uşaqlarını alimentlə saxldığına və digər böyük gəlirləri olmadığına görə, başqa ərazidə kirayə tutmağa imkanı yoxdur. Onun bütün cehiz əşyaları və birgə nikah dövründə əldə etdikləri əşyalarının hamısı həmin mübahisəli mənzildə (xüsusi təyinatlı yaşayış sahəsində) yerləşir. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası 07 aprel 2025-ci il tarixdə keçirilmiş, prosessual zərurətlə bağlı 30 aprel 2025-ci il və 02 iyun 2025-ci il tarixlərə təxirə salınmışdır, məhkəmə baxışı iclası 24 iyun 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Vəkil məhkəmə baxışı iclasında iddiasını müdafiə edərək bildirmişdir ki, İddiaçı Cavabdeh ilə boşanmadan əvvəl də, boşandıqdan sonra da övladları ilə birlikdə “ünvan 5 ünvanlı xüsusi təyinatlı yaşayış sahəsində yaşamış, lakin cavabdeh iddiaçının və iddiaçının himayəsində olan övladlarının həmin mənzildə yaşamalarına imkan vermir. Kəlbəcər Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli 2(040)-972/2023 saylı qətnaməsi ilə tərəflər aralarındakı nikahın pozulmasından sonra 28 iyul 2010-cü ildə doğulmuş övladı X12-cavabdehin, digər övladları- 08 iyul 2016-cı ildə doğulmuş X10 və 11 yanvar 2019-cu ildə doğulmuş X17 isə iddiaçının yanında saxlanmışlar; hal-hazırda da Səffar cavabdehin, Ləman və Aqşin isə analarının yanındadırlar. O, iddiaçının nümayəndəsi olaraq iddianın təmin edilməsini xahiş edir. Cavabdeh iştirak etdiyi 24 iyun 2025-ci il tarixli məhkəmə baxışı iclasında iddianı qəbul edərək izahatında bildirmişdir ki, Kəlbəcər Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli 2(040)-972/2023 saylı qətnaməsi ilə iddiaçı ilə aralarındakı nikahın pozulmasından sonra 28 iyul 2010-cü ildə doğulmuş övladı X12- onun, digər övladları- 08 iyul 2016-cı ildə doğulmuş X10 və 11 yanvar 2019-cu ildə doğulmuş X17 isə iddiaçının yanında saxlanmışlar; hal-hazırda da övladı Səffar onun, digər övladları Ləman və Aqşin isə analarının yanındadırlar. Onun mübahisəli yaşayış sahəsinə heç bir iddiası yoxdur və o, övladı X12 ilə birlikdə mübahisəli yaşayış sahəsində deyil, başqa ünvanda yaşayır. O, İddiaçı övladları Aqşin və Ləmanla birlikdə “ünvan 6 ünvanında yerləşən xüsusi təyinatlı yaşayış sahəsinə köçürülmələrinə razıdır (bu barədə qısa məzmunlu ərizəsini də məhkəməyə təqdim etmişdir) İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli 2(040)-972/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 20 iyun 2009-cu il tarixdə Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 142 nömrə ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra, tərəflərin birgə nikahından 28 iyul 2010-cü ildə doğulmuş X4 atası (cavabdeh) Cavabdeh, 08 iyul 2016-cı ildə doğulmuş X10 və 11 yanvar 2019-cu ildə doğulmuş X13 anaları (iddiaçı) İddiaçı yanında saxlanılması, 30 oktyabr 2023-cü il tarixdən hesablanmaqla, 08 iyul 2016-cı ildə doğulmuş X10 və 11 yanvar 2019cu ildə doğulmuş X13 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər uşağa görə 180 (yüz səksən) manat, iki uşağa görə cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aylıq alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 17 avqust 2010cu il tarixdə verilmiş AZ-İİ № 484368 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X6 28 iyul 2010-cu il tarixdə Azərbaycan Respublikasının Göygöl rayonunda doğulmuş, atası- Cavabdeh, anası-İddiaçıdır. İş materiallarında olan: Gəncə “ASAN xidmət” Qeydiyyat Şöbəsi tərəfindən 18 iyul 2016-cı il tarixdə verilmiş AZ-İİİ № 798061 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X10 08 iyul 2016-cı il tarixdə Gəncə şəhərində doğulmuş, atası- Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan: Gəncə “ASAN xidmət” Qeydiyyat Şöbəsi tərəfindən 01 fevral 2019-cu il tarixdə verilmiş AZ-İV № 225648 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X17 11 yanvar 2019-cu il tarixdə Gəncə şəhəri Kəpəz rayonunda doğulmuş, atası- Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil-istismar departamenti ilə İddiaçı arasında 06 fevral 2025-ci il tarixdə bağlanmış 9/11 nömrəli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nin surətindən görünür ki, (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi) müqavilə əsasında Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil-istismar departamenti tərəfindən “kirayəçi” İddiaçı (iddiaçıya) və onun ailə üzvlərinə- oğlu X17, qızı X5 Gəncə şəhəri, Yeni Qəsəbə, 9 saylı binanın 11 saylı, iki otaqlı mənzil kirayə müqaviləsi əsasında verilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Gəncə şəhəri, Göygöl, Daşkəsən, Samux rayonları üzrə sektor müdiri R.Z.Həsənov tərəfindən verilmiş 11 avqust 2023-cü il tarixli 1265 nömrəli arayışından görünür ki, Kəlbəcər rayonunun Zar kəndində daimi qeydiyyatda olan İddiaçı hal-hazırda “ünvan 5 ünvanında Kəlbəcər rayonundan məcburi köçkün Cavabdeh ailə tərkibində yaşayır; İddiaçı məcburi köçkün statusu yoxdur. İş materiallarında olan: Gəncə 2 saylı Mediasiya Təşkilatının mediatoru X2 (00240) tərəfindən verilmiş 22 iyul 2023-cü il tarixli MŞG/MT033/2023-00093 nömrəli “Mediasiya xidmətlərinin göstərilməsi barədə” müqavilədən görünür ki, İddiaçı X11 ilə nikahın pozulması, uşaqların ananın himayəsində saxlanması, aliment tələbi, uşaqla ünsiyyət, uşaqların ölkədən aparılması, birgə nikah dövründə tikilmiş evin bölgüsü mübahisəsi ilə bağlı mediasiya təşkilatına müraciət etmişdir. İddiaçı 150 (bir yüz əlli) manat məbləğində mediasiya xərcini ödəmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, kirayə verən Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil-istismar departamenti ilə kirayəçi İddiaçı oğlu arasında bağlanmış 06 fevral 2025-ci il tarixli 9/11 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində iddiaçının iddianın predmeti olan yaşayış sahəsinin- ünvan 8 ünvanında yerləşən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi statusunda olması göstərilmişdir. Belə ki, Gəncə şəhərində, Kəlbəcər rayonundan olan məcburi köçkünlər üçün yeni salınmış qəsəbədə yerləşən 9 saylı binanın 11 saylı mənzili İddiaçı istifadəsinə verilmişdir. Həmin mənzil dövlət tərəfindən həmin şəxslərə “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin birinci hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Başqa ölkədəki daimi yaşayış yerini bu maddənin birinci hissəsində göstərilən əsaslara görə tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikası vətəndaşına müvafiq icra hakimiyyəti orqanının qərarı ilə məcburi köçkün statusu verilə bilər. Həmin Qanunun 17-ci maddəsinə əsasən, qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (bundan sonra: Mənzil Məcəlləsi): -96-cı maddəsinə əsasən, məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri- qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. -98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. -98.2-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. -99.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. -99.2-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. -99.3-cü maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. -99.4-cü maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. -99.5-ci maddəsinə əsasən, kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. -99.6-cı maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. -99.7-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi yazılı formada bağlanılır. -99.8-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (bundan sonra: Mənzil Məcəlləsi): 69.1-ci maddəsinə əsasən, kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. 69.2-ci maddəsinə əsasən, kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin yazılı razılığı ilə digər vətəndaşları onunla birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəyə verən vətəndaşların kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri kimi köçürülməsini o halda qadağan edə bilər ki, onların köçürülməsi nəticəsində müvafiq yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən ümumi sahəsi uçot normasından az olsun. 69.3-cü maddəsinə əsasən, vətəndaşların kirayəçinin ailə üzvləri kimi yaşayış sahəsinə köçürülməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsində kirayəçinin yeni ailə üzvünün qeyd olunması zəruriliyi hissəsində dəyişikliyə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin müddəalarından görünür ki, məcburi köçkünlərə verilən xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir; 99.6-cı maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Kirayə verən Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil-istismar departamenti ilə kirayəçi İddiaçı arasında bağlanmış 06 fevral 2025-ci il tarixli 9/11 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində İddiaçı kirayəçi kimi göstərilmişdir. Ona görə də İddiaçı yetkinlik yaşına çatmayan övladları- 08 iyul 2016-cı ildə doğulmuş X10 və 11 yanvar 2019-cu ildə doğulmuş X17 ilə birlikdə “ünvan 9 ünvanlı xüsusi təyinatlı yaşayış sahəsinə kirayəçi qismində köçürülməlidir. İddia qalan hissədə - 28 iyul 2010-cü ildə doğulmuş X3 “ünvan 9 ünvanlı xüsusi təyinatlı yaşayış sahəsinə köçürülməsi hissəsində əsassız olduğundan, həmin hissədə təmin edilməməlidir. Belə ki, tərəflərin birgə nikahından 28 iyul 2010-cü ildə doğulmuş X1 Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli 2(040)-972/2023 saylı qətnaməsinə əsasən valideynləri arasındakı nikahın pozulmasından sonra atası (cavabdeh) Cavabdeh yanında saxlanılmışdır. İddia həmçinin “mübahisəli yaşayış sahəsinə ümumi istifadə hüququnun verilməsinə dair” hissədə də əsassız olduğundan, həmin hissədə də rədd edilməlidir- ona görə ki, Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil-istismar departamenti ilə İddiaçı arasında 06 fevral 2025-ci il tarixdə bağlanmış 9/11 nömrəli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nin bağlanması ilə iddiaçı övladları- 08 iyul 2016-cı ildə doğulmuş X10 və 11 yanvar 2019-cu ildə doğulmuş X17 ilə birlikdə “ünvan 9 ünvanlı xüsusi təyinatlı yaşayış sahəsinə kirayəçi qismində istifadə hüququnu əldə etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı yetkinlik yaşına çatmayan övladları- 08 iyul 2016-cı ildə doğulmuş X10 və 11 yanvar 2019-cu ildə doğulmuş X17 ilə birlikdə “ünvan 9 ünvanlı xüsusi təyinatlı yaşayış sahəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-476/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-476/2025
24.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver