Məhkəmə qərarları › İş №2(040)-487/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-487/2025

22.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-487/2025 22.05.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi (yaxın qohumu) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehlə birgə nikah dövründə əldə olunmuş 9152 manat bank krediti məbləğinin yarısı olan 4576 manat pul vəsaitinin və ona nişan hədiyyəsi olan bir ədəd nişan üzüyünün tələbinə dair” ilk iddiası və Cavabdeh İddiaçı qarşı “iddiaçı ilə birgə nikah dövründə əldə olunmuş və faktiki olaraq onun tərəfindən ödənilmiş 1274,36 manat bank krediti məbləğinin yarısı olan 637,18 manat pul vəsaitinin və ona məxsus olan bir ədəd boyunbağının tələbinə dair” qarşılıqlı iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 birgə nikah dövründə 08 aprel 2024-cü il tarixdə "xxxx" ASC-dən əldə etdikləri 9152 (doqquz min yüz əlli iki) manat kredit məbləğinin yarısı, yəni 4576 (dörd min beş yetmiş altı) manat məbləğində pulun, həmçinin nişan hədiyyəsi olan 5 (beş) qram çəkidə, ağ birliyant qaşlı, 750 əyarlı, İtaliya istehsalı üzüyün alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 11 mart 2023-cü ildə Tovuz Regional “ASAN xidmət” Mərkəzinin Qeydiyyat şöbəsində 203 nömrəli nikah aktı ilə rəsmiləşdirilməklə ailə qurmuşdur. Birgə nikahlarından 23 sentyabr 2023-cü il tarixdə Elif adlı övladları dünyaya gəlmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli 2(040)-432/2024 saylı qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuşdur. Birgə nikah dövründə, yəni 08 aprel 2024-cü il tarixdə "xxxx" ASC-dən 59 ay müddətinə illik 17,01 faiz hesablanmaqla götürdüyü kreditdən 8726 (səkkiz min yeddi yüz iyirmi altı) manat, faiz borcu məbləği 426,26 (dörd yüz iyirmi altı manat 26 qəpik) manat olmaqla, 9152,26 (doqquz min yüz əlli iki manat 26 qəpik) manat məbləğində ümumi borc, gecikmə günü 62 gün olmaqla 712,83 (yeddi yüz on iki manat 83 qəpik) manat məbləğində gecikmə yaranmışdır. Həmin kredit birgə nikah dövründə götürüldüyündən cavabdeh də kreditin yarı hissəsini ödəməlidir. Həmin kredit birgə nikah dövründə ailənin ümumi xərclərinə və uşağın xəstəliyi ilə bağlı müalicələrinə xərclənmişdir. O, kreditin ödənilməsində çətinlik çəkir, çünki birgə yaşayışlarından olan azyaşlı uşağı Elifin saxlanılması üçün ayda 235 (iki yüz otuz beş) manat aliment ödəyir. Cavabdeh halhazırda işləyir, əmək haqqı alır. Kredit yarı bölündüyü halda krediti ödəyə bilər. O, cavabdehə dəfələrlə könüllü şəkildə krediti ödəməyi təklif etsə də, cavabdeh bununla razılaşmamışdır. O, bu məsələ ilə bağlı Mediasiya Şurasına müraciət edib və müvafiq arayışı da mövcuddur. Cavabdehlə heç bir düşmənçiliyi olmayıb, həmişə yaxşı münasibətləri olub. Həmçinin nişan zamanı ona hədiyyə olunan 5 qram çəkidə, ağ birliyant qaşlı, 750 əyarlı İtaliya istehsalı olan üzüyü cavabdeh özü ilə aparmış, dəfələrlə istəsə də, qaytarmamışdır. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə birgə nikah dövründə 25 sentyabr 2023-cü il tarixdə "xxxx" ASC-nin Tovuz filialından götürdükləri və faktiki olaraq ayrıldıqdan sonra onun tərəfindən ödənilmiş 1274,36 (min iki yüz yetmiş dörd manat 36 qəpik) kreditin yarısının, yəni 637,18 (altı yüz otuz yeddi manat-18 qəpik) manat pulun və ona hədiyyə verilmiş 10 qram çəkidə, 585 əyarlı, 1500 (min beş yüz) manat dəyərində olan, üzərində “Gülnar” yazılmış boyunbağının alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçı Rzayev X6 Rayon Məhkəməsində ona qarşı “birgə nikah dövründə "xxxx" ASC-dən əldə edilmiş 9152 (doqquz min yüz əlli iki) manat kredit məbləğinin yarısının, yəni 4576 (dörd min beş yüz yetmiş altı) manat məbləğində pulun, həmçinin nişan hədiyyəsi olan 5 qram çəkidə, ağ birliyant qaşlı, 750 əyarlı, İtalya istehsalı üzüyünün ondan alınaraq İddiaçı verilməsinə dair iddia tələbi ilə müraciət etmişdir. İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, kredit müqaviləsi 08 aprel 2024-cü il tarixdə İddiaçı ilə "xxxx" arasında bağlanmışdır. O, İddiaçı ilə faktiki olaraq 02 fevral 2024-cü il tarixdən ayrı yaşayır və həmin tarixdən bir neçə gün sonra boşanma prosesini başlatmaq üçün mediasiya təklifi göndərmiş, daha sonra mediasiyaya ərizə ilə müraciət etmişdir. Götürülmüş kredit onun və övladının heç bir ehtiyacı üçün xərclənməmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli 2(040)-432/2024 saylı qətnaməsindən görünür ki, Gəncə 1 saylı Mediasiya Təşkilatının mediatoru (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00185) X8 tərəfindən verilmiş 26 fevral 2024-cü il tarixli MŞG/1-00368 saylı “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışından görünür ki, İddiaçı və X4 ilkin medasiya sessiyasında iştirak etsələr də, prosesin davam etdirilməsi barədə razılığa gələ bilməmişlər. X4 ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat xərci tam ödəmişdir. Bundan başqa, İddiaçı nişan üzüyü onda olmamışdır. Onlar əvvəllər nişanlı olsalar da, nişanları pozulmuş və qoşulub qaçaraq ailə həyatı qurmuşlar. Həmçinin o, evdən döyülüb gəldiyi üçün özünə məxsus heç bir əşyanı belə götürə bilməmişdir, nəinki İddiaçı məxsus hansısa əşyanı götürsün. İddiaçı ona qarşı olan iddia tələbi işin faktiki halları və iş materialları ilə sübut olunmur. İddiaçı ilə nikahda olduqları dövrdə ailənin ümumi xərcləri ilə bağlı ona toyda hədiyyə edilmiş qızıl-zinət əşyalarını bank və lombardlara qoyaraq onun adına kredit rəsmiləşdirilmişdir: 25 sentyabr 2023-cü il tarixdə "xxxx" ASC-nin Tovuz filialından illik 28 faizlə 17 ay müddətində 550 manat məbləğində kredit götürülmüşdür. İddiaçı ilə ayrıldıqdan sonra qızıl-zinət əşyalarını götürmək üçün həmin kredit onun tərəfindən ödənilmişdir. Həmin kredit müqaviləsi üzrə ayrı yaşadıqdan sonra 514,36 (beş yüz on dörd manat 36 qəpik) manat ödəmişdir. "xxxx" ASC-nin Tovuz filialından götürülmüş kredit borcuna görə əlavə olaraq 460 (dörd yüz altmış) manat ödəniş etmişdir. Bundan əlavə, ünvan 1 ünvanında yerləşən “Asiman Lombard kreditləri”ndən götürülmüş borca görə isə ayrıldıqdan sonra 300 (üç yüz) manat ödəniş etmişdir. Həmin kreditlər birgə nikah dövründə götürüldüyündən və İddiaçı ilə birgə yaşadığı dövrdə olduğundan hamısı İddiaçı evində qalmışdır. Dəfələrlə "xxxx" ASC-nin Tovuz filialına və ünvan 1 ünvaında yerləşən “Asiman Lombard kreditləri”nə müraciət etsə də, kredit müqaviləsi və ona əlavə edilmiş sənədlərin surətləri ona təqdim edilməmişdir; yalnız "xxxx" ASC-nin Tovuz filialından 25 sentyabr 2023-cü il tarixli kredit müqaviləsinin ödəniş cədvəli ona təqdim olunmuşdur. İddiaçı dəfələrlə borcunun yarısının ödənilməsinə köməklik göstərilməsini tələb etsə də, iddiaçı onun haqlı tələbinə məhəl qoymayaraq borcun ödənilməsindən boyun qaçırır. Həmçinin 10 qram çəkidə 585 əyarlı 1500 (min beş yüz) manat dəyərində olan, üzərində “Gülnar” yazılmış boyunbağısı İddiaçı qalmışdır, dəfələrlə tələb etsə də, iddiaçı həmin boyunbağını ona qaytarmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X4 məhkəmədə verdiyi izahatında ilk iddianı qəbul etməyərək və qarşılıqlı iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçı Rzayev X6 Rayon Məhkəməsində ona qarşı “birgə nikah dövründə "xxxx" ASC-dən əldə edilmiş 9152 (doqquz min yüz əlli iki) manat kredit məbləğinin yarısının, yəni 4576 (dörd min beş yüz yetmiş altı) manat məbləğində pulun, həmçinin nişan hədiyyəsi olan 5 qram çəkidə, ağ birliyant qaşlı, 750 əyarlı, İtalya istehsalı üzüyünün ondan alınaraq İddiaçı verilməsinə dair iddia tələbi ilə müraciət etmişdir. İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, ilk iddianın predmeti olan kredit müqaviləsi 08 aprel 2024-cü il tarixdə İddiaçı ilə "xxxx" arasında bağlanmışdır, o isə İddiaçı ilə faktiki olaraq 02 fevral 2024-cü il tarixdən ayrı yaşayır və həmin tarixdən bir neçə gün sonra boşanma prosesini başlatmaq üçün mediasiya təklifi göndərmiş, daha sonra mediasiyaya ərizə ilə müraciət etmişdir; iddianın predmeti olan kredit onun və övladının heç bir ehtiyacı üçün xərclənməmiş, ümumiyyətlə o, həmin kreditdən məlumatsız olmuşdur. Bundan başqa, İddiaçı nişan üzüyü onda olmamışdır. Onlar əvvəllər nişanlı olsalar da, nişanları iki dəfə pozulmuş və sonradan birlikdə “qoşulub qaçaraq” ailə həyatı qurmuşlar. Həmçinin o, ər evindən döyülüb gəldiyindən özünə məxsus heç bir əşyanı belə götürə bilməmişdir, nəinki İddiaçı məxsus hansısa əşyanı götürsün. İddiaçı ona qarşı olan iddiası işin faktiki halları və iş materialları ilə sübut olunmur. İddiaçı ilə nikahda olduqları dövrdə ailənin ümumi xərcləri ilə bağlı, ona toyda hədiyyə edilmiş qızıl-zinət əşyalarını bank və lombardlara qoyularaq, onun adına kredit rəsmiləşdirilmişdir: 25 sentyabr 2023-cü il tarixdə "xxxx" ASC-nin Tovuz filialından illik 28 faizlə 17 ay müddətində 550 (beş yüz əlli) manat məbləğində kredit götürülmüş, onlar İddiaçı ilə ayrıldıqdan sonra qızıl-zinət əşyalarını götürmək üçün həmin kredit onun tərəfindən ödənilmişdir: o, cavabdehdən ayrıldıqdan sonra həmin kredit müqaviləsi üzrə 514,36 manat (beş yüz on dörd manat-36 qəpik) ödəmişdir. "xxxx" ASC-nin Tovuz filialından götürülmüş həmin kredit borcuna görə əlavə olaraq 460 (dörd yüz altmış) manat ödəniş etmişdir. Bundan əlavə, ünvan 1 ünvanında yerləşən “Asiman Lombard kreditləri”ndən götürülmüş borca görə isə ayrıldıqdan sonra 300 (üç yüz) manat ödəniş etmişdir. Həmin kreditlər birgə nikah dövründə götürüldüyündən və İddiaçı ilə birgə yaşadığı dövrdə olduğundan hamısı İddiaçı evində qalmışdır; dəfələrlə "xxxx" ASC-nin Tovuz filialına və “Asiman Lombard kreditləri”nə müraciət etsə də, kredit müqaviləsi və ona əlavə edilmiş sənədlərin surətləri ona təqdim edilməmişdir; yalnız "xxxx" ASC-nin Tovuz filialından 25 sentyabr 2023-cü il tarixli kredit müqaviləsinin ödəniş cədvəli ona təqdim olunmuşdur. İddiaçı dəfələrlə borcunun yarısının ödənilməsinə köməklik göstərilməsini tələb etsə də, iddiaçı onun haqlı tələbinə məhəl qoymayaraq borcun ödənilməsindən boyun qaçırır. Həmçinin 10 qram çəkidə 585 əyarlı 1500 (min beş yüz) manat dəyərində olan, üzərində “Gülnar” yazılmış boyunbağısı İddiaçı qalmışdır, dəfələrlə tələb etsə də, iddiaçı həmin boyunbağını ona qaytarmamışdır. Cavabdeh nümayəndəsi (yaxın qohumu) Nümayəndə məhkəmə baxışı iclasında ilk iddianı qəbul etməyərək və qarşılıqlı iddianı müdafiə edərək ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli 2(040)-432/2024 saylı qətnaməsinin surətinən görünür ki, iddiaçı X4 ilə cavabdeh İddiaçı arasında Tovuz Regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən 203 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikayın pozulması, tərəflərin birgə nikahından 24 sentyabr 2023-cü il tarixdə doğulmuş X5 nikahın pozulmasından (boşanmadan) sonra anası (iddiaçı) X2 yanında saxlanılması, 24 sentyabr 2023-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün, 05 mart 2024-cü il tarixdən hesablanmaqla, cavabdeh İddiaçı hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aylıq alimentin iddiaçı X2 xeyrinə tutulması, iddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat mediasiya xərcinin pul əvəzinin də cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan: Gəncə 1 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator X3 tərəfindən verilmiş 19 iyul 2024-cü il tarixli MŞG/1/MT007/2024-01362 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan (iş materiallarında fotosurətidir; əsli 2(040)-488/2025 saylı mülki iş materiallarında) görünür ki, İddiaçı və X4 ilkin mediasiya prosesində iştirak etsələr də, prosesin davam etdirilməsi barədə razılığa gələ bilməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 (əlli beş) manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan: "xxxx" ASC tərəfindən İddiaçı göndərilmiş xəbərdarlıqdan (iş materiallarında təsdiqlənməmiş fotosurətidir) oxunur ki, İddiaçı ilə Kapital Bank” ASC arasında bağlanan 08 aprel 2024-cü il tarixli kredit müqaviləsinə əsasən ona 59 ay müddətinə, illik 17,01 faiz hesablanmaqla 8726 (səkkiz min yeddi yüz iyirmi altı) manat məbləğində gündəlik tələbat krediti verilmiş və bu kredit müqaviləsi üzrə 09 iyul 2024-cü il tarixinə əsas borc məbləği 8726 (səkkiiz min yeddi yüz iyirmi altı) manat, faiz borc məbləği 426,26 (dörd yüz iyirmi altı manat 26 qəpik) manat olmaqla, 9152,26 (doqquz min yüz əlli iki manat 26 qəpik) manat ümumi borcu, gecikmə günü 62 gün olmaqla 712,83 ( yeddi yüz on iki manat 83 qəpik) manat məbləğində gecikmə yaranmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq 712,83 ( yeddi yüz on iki manat 83 qəpik) manat məbləğinin 5 təqvim günü müddətində ödənilməsi tələb olunmuşdur (məhkəmə fotosurət olan həmin kağız daşıyıcını sübut kimi qəbul etmir). Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: -34.1-ci maddəsində göstərilmişdir ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). -34.2-ci maddəsinə əsasən, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. -36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. -36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. -37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. -213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. -213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. -220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. -220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. -220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. -220.5-ci maddəsinə əsasən, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. -220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. -225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. -225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. -225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqlarıüzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur; sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§93). Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı ilk iddiası əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddia tələbinin əsasını təşkil edən hallar iddiaçı tərəfindən sübut edilməmiş, məhkəməyə bu barədə mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası da əsassız olduğundan, yəni lazımi qaydada əsaslandırılmadığından və bununla bağlı sübut məhkəməyə təqdim edilmədiyindən, təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlk iddia rədd edilsin. Qarşılıqlı iddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar