Məhkəmə qərarları › İş №2(040)-488/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-488/2025

22.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-488/2025 22.05.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Cavabdeh və nümayəndəsi (yaxın qohumu) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşağın saxlanması üçün ondan iddiaçının xeyrinə tutulan alimentin miqdarının azaldılması” tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçı qarşı “uşağın saxlanması üçün cavabdehdən onun xeyrinə tutulan alimentin miqdarının artırılması və uşaq üç yaşına çatanadək özünün təminatı üçün aliment ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 23 sentyabr 2023-cü ildə doğulmuş övladı X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan cavabdehin xeyrinə məhkəmə tərəfindən müəyyən edilmiş 235 (iki yüz otuz beş) manat məbləğində alimentin miqdarının azaldılaraq 150 (yüz əlli) manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Tovuz rayonunun Hunanlar kəndində yaşayır. Cavabdehlə 11 mart 2023-cü il tarixdə Tovuz Regional “ASAN xidmət” X2 203 nömrəli nikah aktı ilə ailə qurmuşdur. Birgə nikahlarından 23 sentyabr 2023-cü il tarixdə Elif adlı övladları dünyaya gəlmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli 2(040)- 432/2024 saylı qətnaməsinə əsasən aralarında olan nikahları pozulmuşdur. Həmin qətnaməyə əsasən azyaşlı uşaqlarının saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə 235 (iki yüz otuz beş) manat məbləğində alimentin tutulması qət edilmişdir. Ailədə təkcə o işləyir, aylıq maaşı 400 (dörd yüz) manatdır. O, ailəsini dolandırmağa çətinlik çəkir. Aliment üçün yalnız 150 (yüz əlli) manat məbləğində pul ödəməyə imkanı çatır, çünki aylıq ödənilməli olan kreditləri vardır. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı övladları X1 üçün 246 (iki yüz qırx altı) manat və X9 üç yaşına çatanadək onun özünün maddi təminatı üçün 285 (iki yüz səksən beş) manat məbləğində aylıq aliment ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə iddiaçı Rzayev X7 Rayon Məhkəməsində ona- cavabdeh Şükürova (Rzayeva) Gülnar Pərviz qızına qarşı “23 sentyabr 2023-cü il tarixində doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəmə tərəfindən 235 (iki yüz otuz beş) manat müəyyən edilmiş alimentin miqdarının azaldılaraq 150 (yüz əlli) manat edilməsinə dair” iddia tələbi ilə müraciət etmişdir. İddiaçı iddiası əsassızdır, bundan başqa, uşaq böyüdükcə maddi tələbatları da artır, ona görə də 23 sentyabr 2023-cü il tarixdə doğulmuş Elifin saxlanması üçün məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarı artırılmalıdır. Belə ki, Elifin yaşı çox az olduğundan mütəmadi olaraq ana qayğısına və nəzarətinə ehtiyac vardır, bu səbəbdən də onun iş tapıb işləmək istəyi məhdudlaşır; uşağa baxdığına görə işləyə bilmədiyi üçün müstəqil gəliri yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X6 məhkəmədə verdiyi izahatında ilk iddianı qəbul etməyərək və qarşılıqlı iddianı müdafiə edərək bildirmişdir ki, alimentin azaldılmasını istəmir, çünki nə özü nə də atası işləmir; evdə xəstə qardaşı var və xəstə qardaşının pensiyası ilə dolanırlar. İlkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi (yaxın qohumu) Nümayəndə məhkəmə baxışı iclasında ilk iddianı qəbul etməyərək və qarşılıqlı iddianı müdafiə edərək ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Tərəflər arasında mübahisələndirilməyən hal- tərəflərin birgə nikahından 23 sentyabr 2023-cü ildə doğulmuş X5 hal-hazırda anası- cavabdeh X3 yanında olmasıdır. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli 2(040)-432/2024 saylı qətnaməsinin surətinən görünür ki, iddiaçı X6 ilə cavabdeh İddiaçı arasında Tovuz Regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən 203 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikayın pozulması, tərəflərin birgə nikahından 24 sentyabr 2023-cü il tarixdə doğulmuş X5 nikahın pozulmasından (boşanmadan) sonra anası (iddiaçı) X3 yanında saxlanılması, 24 sentyabr 2023-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün, 05 mart 2024-cü il tarixdən hesablanmaqla, cavabdeh İddiaçı hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aylıq alimentin iddiaçı X3 xeyrinə tutulması, iddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat mediasiya xərcinin pul əvəzinin də cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan: Gəncə 1 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator X4 tərəfindən verilmiş 19 iyul 2024-cü il tarixli MŞG/1/MT007/2024-01362 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, İddiaçı və X6 ilkin mediasiya prosesində iştirak etsələr də, prosesin davam etdirilməsi barədə razılığa gələ bilməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 (əlli beş) manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılır. -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə hesab edir ki, ilk iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, hazırki halda alimentin azaldılması üçün heç bir faktiki əsas yoxdur. İddiaçı ödənilməli olan kredit borcunun olması hazırki halda mövcud alimentin miqdarının azaldılmasına əsas vermir; İddiaçı valideyn olaraq uşağını saxlamağa borcludur. İddiaçı tələb etdiyi qaydada, yəni 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin müəyyən edilməsi uşağın maddi təminatının kəskin azalmasına səbəb olar, nəticədə uşağın hüquq və mənafeyinə xələl gəlmiş olar. Məhkəmə həmçinin hesab edir ki, qarşılıqlı iddia tələbi də əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, iddiaçı sabit pul məbləğində tutulmalı olan alimentin hansı səbəbdən həmin məbləğdə tutulmalı olduğunu əsaslandırmamış, bu xüsusatı təsdiq edən hər hansı bir sübutu, o cümlədən alimentlə bağlı Kəlbəcər Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli 2(040)-432/2024 saylı qətnaməsinin qəbul edilməsindən sonra cavabdehin qazancının (gəlirlərlərinin) əhəmiyyətli dərəcədə artdığını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İlk iddia rədd edilsin. Qarşılıqlı iddia rədd edilsin. İddiaçı 30,20 AZN(otuz manat-20qəpik) dövlət rüsumu tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar