Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-498/2023 04.07.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmişova Arzu Ramiz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən avtomobilə görə verdiyi 6700 (altı min yeddi yüz) manat və avtomobilə xərclədiyi 800 (səkkiz yüz) manat, cəmi 7500 (yeddi min beş yüz) manat pulun və dövlət rüsumu kimi ödədiyi 95 (doxsan beş) manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh2 onun avtomobil almaq istədiyini bildiyindən, ona, tanışı Cavabdeh1 oğunun öz avtomobilini satdığını bildirmişdir. Həmin vaxt, o, özünə məxsus avtomobili satdığından, əlində pulu var idi; Cavabdeh2 ilə “VAZ-21012” markalı **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobili 6700 (altı min yeddi yüz) manata almağa razılaşmışdır. O, avtomobilə baxıb almağa razılaşan zaman məhkəməyə dəvət edəcəyi şahidləri də yanında olmuşlar. Avtomobilin 6700 (altı min yeddi yüz) manat pulunu verib, Cavabdeh1 ilə 12 iyul 2022-ci ildə notariusa gedib Əyanətdən baş etibanamə almışdır. Avtomobilin təkərləri yararsız olduğundan, o, 4 (dörd) ədəd təkər almış, mühərrikini düzəltdirmişdir, həmçinin, maqnitofon almışdır- bütün bunlara cəmi 800 (səkkiz yüz) manat pul xərcləmişdir. Aradan yeddi ay keçəndən sonra onu dövlət yol polisi əməkdaşı dayandıraraq avtomobili Xocalı Rayon Polis Şöbəsinin məcburi duracağına aparmışdır. O, Cavabdeh1 bu barədə soruşduqda Əyanət bildirmişdir ki, o, bankrot olmuşdur, borcu vardır, odur ki, avtomobili satıb borcuna verəcəkdir. Bu zaman, o, Əyanətə bildirmişdir ki, hərbçi adamdır, özünə məxsus avtomobili satıb onun avtomobilini almışdır, o, vicdanlı alıcı olduğu halda indi nəyə görə faktiki olaraq ona məxsus avtomobili onun əlindən alır?. O, Əyanətdən avtomobilə görə ödədiyi pulu qaytarmasını tələb etsə də, cavabdeh onun pulunu qaytarmaqdan imtina etmişdir. Ona görə də cavabdehə avtomobili almaq üçün verdiyi 6700 (altı min yeddi yüz) manat və avtomobilə xərclədiyi 800 (səkkiz yüz) manat, cəmi 7500 (yeddi min beş yüz) manat məbləğində pul məhkəmə qaydasında cavabdehdən alınıb ona verilməlidir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Cavabdeh2 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında vediyi izahatında iddiasını müdafiə edərək və işin hallarını dəqiqləşdirərək bildirmişdir ki, o, müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaqla Goranboy rayonu ərazisində yerləşən hərbi hissələrən birində xidmət edir; onun tanışı olan Cavabdeh2 onunla eyni hərbi hissədə xidmət etmiş və sonradan ehtiyata buraxılmışdır; Mənaf eyni zamanda bir müddət Goranboy rayonunun Qaraçinar kəndində yerləşən pərakəndə ticarət obyektlərindən birində ticarətlə məşğul olmuş, o da həmin mağazaya tez-tez getdiyindən Mənafla münasibətləri davam etmişdir. Günlərin birində Mənaf onun özünə avtomobil almaq istədiyini bildiyindən, öz tanışı, həm də özü ilə eyni mağazada birlikdə işlədikləri Cavabdeh1 oğunun öz avtomobilini satmaq istədiyini bildirmişdir. O, Cavabdeh2 ilə Əyanətə məxsus “VAZ-21124” markalı **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobili 6700 (altı min yeddi yüz) manata almağa razılaşmışdır; 2022ci ilin 11 iyul tarixində Gəncə şəhərində “Azərittifaq” kimi tanınan ərazidə yerləşən topdansatış ticarət obyektinin qarşısında, o, Cavabdeh1 yanında Cavabdeh2 avtomobilə görə razılaşdıqları 6700 (altı min yeddi yüz) manat puldan 4000 (dörd min) manatını vermiş, qalan 2700 (iki min yeddi yüz) manatı isə yaxın günlərdə vermək şərti ilə nisyə razılaşmışlar. Həmin günün ertəsi-12 iyul 2022-ci il tarixdə Cavabdeh1 ilə Gəncə 2 saylı notariat ofisinə gedib Əyanətdən “Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibanamə” almışdır. Bundan təxminən bir həftə sonra, o, Mənafa məxsus bank hesabına (“KapitalBank” tərəfindən verilmiş debet karta) 2700 (iki min yeddi yüz) manat pul köçürmüşdür. Avtomobilin təkərləri yararsız olduğundan, o, avtomobilə 4 (dörd) ədəd təzə təkər almış, mühərrikində olan nasazlığı düzəltdirmiş, həmçinin “Pioner” markalı orojinal maqnitofon quraşdırmışdır-bütün bu əlavə xərclərə cəmi 800 (səkkiz yüz) manat pul xərcləmişdir. Aradan yeddi ay keçəndən sonra-2023-cü ilin yanvar ayında onu dövlət yol polisi əməkdaşı dayandıraraq avtomobili Xocalı Rayon Polis Şöbəsinin məcburi duracağına aparmışdır. O, Cavabdeh1 bu barədə soruşduqda Əyanət ona bildirmişdir ki, avtomobilin satışına görə ona verilməli olan pul guya ona çatmamışdır, özünün isə borcu vardır, odur ki, avtomobili satıb borcuna verəcəkdir. O, Əyanətə irad tutara bildirmişdir ki, axı həmin puldan 4000 (dörd min) manatını Əyanətin özünün yanında Mənafa vermişdir, Əyanət də ona sərancamverici hüquqla etibarnamə vermişdir, yəni qeyri-rəsmi olsa da avtomobili ona satmışdır; hərbçi adamdır, özünə məxsus avtomobili satıb həmin avtomobili almışdır, indi nəyə görə, onun vicdanlı alıcı olduğunu bildiyi halda, faktiki olaraq ona məxsus avtomobili əlindən alır? O, Əyanətdən avtomobilə görə görə ödədiyi pulu qaytarmasını tələb etsə də, cavabdeh onun pulunu qaytarmaqdan imtina etmişdir. Ona görə də cavabdehlərdən avtomobilə görə verdiyi 6700 (altı min yeddi yüz) manat və avtomobilə əlavə xərclədiyi 800 (səkkiz yüz) manat, cəmi 7500 (yeddi min beş yüz) manat məbləğində pul məhkəmə qaydasında alınıb ona verilməlidir. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, Kəlbəcər rayonundan məcburi köçkün olan ailənin övladı olaraq Goranboy rayonunun Qaxtut kəndində məskunlaşmışdır. Cavabdeh Muradov X1 rayonunun Qaraçinar kəndində mağaza icarəyə götürərək ticarətlə məşğul olmuş, o da həmin mağazada Mənafın işçisi-həm fəhlə, həm də satıcı olmuşdur. “VAZ-21124” markalı **-OV- *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətində olmuş, söhbət əsnasında öz avtomobilini satacağını Mənafa bildirmiş, Mənaf da tanışı Elsəvərin avtomobil almaq istədiyini demişdir. O, avtomobilini 7500 (yeddi min beş yüz) manata satacağını Mənafa bildirmiş, Mənaf da razılaşmış, 7500 (yeddi min beş yüz) manat pulu özü Əyanətdən alıb ona verəcəyini bildirmişdir. Bundan sonra, 2022-ci ilin iyul ayında Mənafla o, mağazaya mal gətirmək üçün Gəncə şəhərindəki “Azərittifaq” kimi tanınan yerdə yerləşən “Alov” topdansatış ticarət obyektinə getmiş, həmin vaxt Elsəvər də oraya gəlmiş və Mənafla ayrılıqda söhbət etmiş, bundan sonra Mənaf ona bildirmişdir ki, “sən yeddi min beş yüz manat pulunu məndən alacaqsan, sabah get notariat ofisinə, Elsəvərə baş etibarnamə ver, bundan sonra avtomobili də ver”, o da Mənafa inanıb razılaşmışdır. Bundan sonra Mənafla o, topdansatış bazadan mağaza üçün xeyli mal almış, alınan malları aparıb Mənafın mağazasına boşaltmışlar. Bundan bir gün sonra, o, Gəncə 2 saylı notariat ofisinə gedib “Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə” vermişdir. Nə Elsevər, nə də Mənaf ona satdığı avtomobilə görə heç bir qəpik də olsun pul verməmiş, Elsəvərin sonradan Mənafın debet kartına pul köçürməsi barədə də Mənaf ona bildirməmişdir. O, Mənafdan hər dəfə pulu soruşanda tezliklə pulunun ona ödəniləcəyini bildirmişdir. Lakin beləcə bir ay keçməsinə baxmayaraq Mənaf pulu ona verməmiş və günlərin birində mağazanı bağlayıb getmişdir. O, Mənafı yeddi ay axtarsa da, tapmamışdır. Bundan sonra, o, avtomobilin pulu ona verilmədiyinə görə Elsevərə verdiyi etibarnaməni ləğv etmişdir. Onun Mənafla ortaq işbirliyi olmamış, o, sadəcə muzdlu işçi olmuş, əməkhaqqına işləmişdir. Mənaf ona avtomobili etibarnamə əsasında Elsəvərə verməyi demiş, 7500 (yeddi min beş yüz) manat pulu Elsəvərdən alıb ona verəcəyini bildirmişdir, lakin Mənaf verdiyi vədə əməl etməmiş, pulu ona verməmişdir. Elsəvərin avtomobilə əlavə xərc çəkməsi ilə bağlı isə onu bildirir ki, “Pioner” markalı maqnitofon əvvəldən də onun avtomobilində olmuş və Elsəvərin avtomobilə maqnitofon quraşdırmasına ehtiyac olmamış, bundan başqa, avtomobilə hər hansı xərc çəkilməsinə ehtiyac olmamış və onun bu barədə heç bir məlumatı yoxdur, əksinə, Elsəvər onun avtomobilini yeddi ay sərbəst olaraq istismar etmişdir. Onun Elsəvər və ya Mənaf qarşısında heç bir öhdəliyi yoxdur. İddia ona qarşı hissədə tam əsassızdır, ona görə də iddianı qəbul etmir, İddianın rədd edilməsini xahiş edir. Cavabdeh2 iştirak etdiyi 30 may 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, o, əvvəllər müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaqla Goranboy rayonunda yerləşən hərbi hissələrdən birində xidmət etmiş, eyni zamanda Goranboy rayonunun Qaraçinar kəndində mağaza icarəyə gğtürmüş və pəakəndə satışla məşğul olmuş, bir müddət tək işlədikdən sonra cavabdeh Əyanət lıyev də ona şərik olmuş, gəlirləri-çıxarları bir olmuşdir. 2022-ci ilin may ayında Əyanət özünə məxsus “VAZ 21012” (sənəddə “Vaz 21124”) markalı avtomobilini satmaq istədiyini bildirmiş, o da hərbçi yoldaşı Elsəvərin avtomobil almaq istədiyini Əyanətə demişdir. O, Əyanət və Elsəvər avtomobilin dəyərini 6700 (altı min yeddi yüz) manat qiymətləndirmişlər və bu barədə razılaşmışlar. 11 iyul 2022-ci il tarixdə Elsəvər ona və Əyanətə Gəncə şəhərində “Azərittifaq” deyilən yerdə 4000 (dörd min) manat pul vermiş, onlar da həmin pula birlikdə işlətdikləri mağaza üçün “Azərittifaq”dakı topdansatış yerindən mal alıb Goranboy rayonunun Qaraçinar kəndində birgə işlətdikləri mağazaya mal aparıb boşaltmışlar. 12 iyul 2022-ci il tarixdə Əyanət Elsəvərə baş etibarnamə vermişdir. Qalan 2700 (iki min yeddi yüz) manat pulu Elsəvər təxminən iyulun 19-20-si arası ona məxsus “KapitalBank” debet kartına göndərmiş, o da həmin pulu Əyanətin özünə bildirməklə mal alıb gətirib mağazaya boşaltmışdır. İddiaçı həmin avtomobili onlardan aldıqdan sonra avtomobilə 800 (səkkiz yüz) manat pul xərcləmişdir. 2023-cü ilin yanvar ayında işlətdikləri mağaza ilə bağlı aralarında mübahisə yaranan zaman Əyanət bundan sui-istifadə edərək Elsəvərə verdiyi baş etibarnaməni birtərəfli qaydada ləğv etmişdir. 03 mart 2023-cü il tarixdə Xocalı Rayon Polis şöbəsinin əməkdaşları avtomobili Elsəvərin əlindən almışdır. Hesab edir ki, İddiaçı dəymiş ziyanın əvəzi– 7500 (yeddi min beş yüz) manat pul Əyanət və onun tərəfindən birgə qaydada ödənilməlidir (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 dair hissədə qanuni və əsaslı olduğundan, həmin hissədə təmin edilməli, Cavabdeh1 dair hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Cavabdeh2 iddiaçıya həqiqətən 7500 (yeddi min beş yüz) manat pulu digər cavabdehlə birgə qaydada qaytarmalı olduğunu verdiyi yazılı izahatında etiraf etmişdir. Belə olan halda, Cavabdeh2 7500 (yeddi min beş yüz) manat məbləğində pul və ödənilmiş 95 (doxsan beş) manat dövlət rüsumunun pul əvəzi alınaraq İddiaçı verilməlidir. İddia tələbi Cavabdeh1 dair hissədə sübut olunmadığından, həmin hissədə rədd edilməlidir. Belə ki, Cavabdeh1 iddiaçıya pul qaytarmalı olmasını təsdiq edən mötəbər sübut məhkəməyə təqdim edilməmiş, cavabdeh tərəfindən də iddia qəbul edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 7500 (yeddi min beş yüz) manat məbləğində pul və ödənilmiş 95 (doxsan beş) manat dövlət rüsumunun pul əvəzi alınaraq İddiaçı verilsin. Cavabdeh1 aid hissədə iddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-498/2023
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-498/2023
04.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver