Məhkəmə qərarları › İş №2(040)-792/2023

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-792/2023

12.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-792/2023 12.10.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi, İddiaçı- İddiaçı və vəkili X18, Cavabdeh və onun nümayəndəsi (vəkil) X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair” iddiası, Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə götürülmüş kredit borcunun ümumi borc hesab edilməsi tələbinə dair” qarşılıqlı iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə ər-arvad olaraq birgə nikah dövründə ailə büdcəsinin hesabına əldə etdikləri- Gəncə şəhərinin Şıxzamanlı qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikintisi üçün 0,04 hektar həyətyanı torpaq sahəsinin və “Chevrolet Cruze” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin naturada yarısının və ya naturada bölmək mümkün olmadıqda həmin əmlakın dəyərinin ikidəbir (½) hissəsinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 06 iyun 2013-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, birgə nikahdan 25 dekabr 2014-cü il tarixdə X23 və 22 noyabr 2016-cı ildə isə X19 adlıarında iki övladları doğulmuşdur. Halhazırda heç bir səbəb olmadan Cavabdeh tərəfindən Kəlbəcər Rayon Məhkəməsində ona qarşı “nikahın pozulması tələbinə” dair iddia qaldırılmışdır. Cavabdehlə birgə nikah dövründə ailə büdcəsinin hesabına Gəncə Şəhər 5 saylı Notariat Ofisində 27 dekabr 2021-ci il tarixli 7E-32405 saylı reyestrdə qeyd edilən etibarnamə əsasında Gəncə şəhərinin Şıxzamanlı qəsəbəsində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsini Cavabdeh adına almışlar. Bundan əlavə, cavabdehlə birgə nikah dövründə 27 noyabr 2019-cu il tarixdə “Chevrolet Cruze” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil alaraq, Cavabdeh adına rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikah dövründə ailə büdcəsinin vəsaiti hesabına aldıqları, Gəncə şəhərinin Şıxzamanlı qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikintisi üçün 0,04 ha həyətyanı torpaq sahəsi və “Chevrolet Cruze” markalı **-BH- *** dövlət qeydiyyat nişanlı avtomobil ər-arvad olaraq onların birgə nikah dövründə əldə etdikləri əmlak olduğu üçün onların ümumi birgə mülkiyyətidir. Ona görə də cavabdeh tərəfindən həmin əmlakların naturada yarısının və ya naturada bölmək mümkün olmadıqda əmlakın dəyərinin ikidəbir (1/2) hissəsinin cavabdehdən alınaraq ona verilməsinə dair tələbi qanuna uyğundur. Eyni zamanda, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, onun (Cavabdeh) adına rəsmiləşdirilməklə "xxxx" ASCdən 03 iyun 2022-ci il tarixli 800804-468129/2 saylı kredit müqaviləsi üzrə götürülmüş 11500 (on bir min beş yüz) manat pul vəsaitinin birgə nikah dövründə götürülmüş ümumi kredit borcu hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 28 avqust 2023-cü il tarixdə məhkəməyə qarşılıqlı iddia ərizəsinə etiraz ərizəsi verərək qeyd etmişdir ki, Cavabdeh 03 iyun 2022-ci il tarixdə "xxxx" ASC-dən götürdüyü 11500 (on bir min beş yüz) manat krediti bacısının əri X2 vermişdir. X8 həmin 11500 (on bir min beş yüz) manat kredit hesabına özünə **-XP-*** dövlət qeydiyyat nişanlı “Kia” markalı avtomobil almışdır və hal-hazırda həmin kredit borcu X8 tərəfindən ödənilir. Yəni Cavabdeh tərəfindən 03 iyun 2022-ci il tarixdə "xxxx" ASC-dən götürülən 11500 (on bir min beş yüz) manat kredit onların ailəsinə xərclənməmişdir. Ona görə də qarşılıqlı iddianın təmin edilməməsini xahiş edir. İddiaçı 11 sentyabr 2023-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, birgə nikah dövründə, yəni 27 dekabr 2021-ci il tarixdə Cavabdeh X10 adlı şəxsdən Gəncə şəhərinin Şıxzamanlı qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsini 5500 (beş min beş yüz) manata aldığını, lakin notariat ofisində rəsmiləşdirmədiyini, bu səbəbdən torpaq satan X3 Cavabdeh otuz il müddətinə etibarnamə verdiyini, reallıqda isə torpaq satan X5 onların ailə büdcəsindən 5500 (beş min beş yüz) manat pul verildiyini, həmin şəxsin bu faktı məhkəmədə şahid kimi təsdiq edə biləcəyini, sonradan həmin torpaq sahəsinin ərazi sərhədlərinin ailə büdcəsinin hesabına mişar daşı ilə hörülərək hasarlandığını, bundan əlavə, həmin əraziyə kommunal xətlərin (işıq, qaz və çirkab su quyusu) çəkildiyini, əmlakın qiymətləndirilməsinin nəticələri haqqında 09 sentyabr 2023-cü il tarixli 9Q-263/2023 nömrəli qiymətləndirmə hesabatına əsasən çəkilmiş bütün xərclərin qiymətinin 12800 (on iki min səkkiz yüz) manat hesablandığını, həmin xərcin yarısının, yəni 6400 (altı min dörd yüz) manatın cavabdeh tərəfindən onun xeyrinə ödənilməli olduğunu, bundan başqa, ona məxsus 1) 583 əyarlı, 5,4 qram çəkidə, 530 manat dəyərində “Nuray” sözü yazılan qızıl boyunbağı (uşaq üçün), 2) 583 əyarlı, 6,2 qram çəkidə, 610 manat dəyərində qızıl boyunbağı (üzərində göz muncuğu klon ilə birlikdə), 3) 583 əyarlı, 4,2 qram çəkidə, 415 manat dəyərində qızıl sırğa (yarpaq formasında), 4) 583 əyarlı, 9,5 qram çəkidə, 1000 (min) manat dəyərində qızıl boyunbağı (“moruq” toxunuşlu), 5) 583 əyarlı, 6,8 qram çəkidə, 650 (altı yüz əlli) manat dəyərində qızıl sırğa (badam formasında), 6) 583 əyarlı, 3,2 qram çəkidə 250 manat dəyərində qızıl üzük (sadə,qaşsız), 7) 583 əyarlı, 4 qram çəkidə, 350 manat dəyərində qızıl sırğa (mismar formasında), 8) 583 əyarlı, 4,8 qram çəkidə, 470 manat dəyərində qızıl qolbaq (“moruq” toxunuşlu), 9) 583 əyarlı, 12 qram çəkidə, 1320 manat dəyərində qızıl üzük-sırğa dəsti (“qar dənəciyi” formasında, brilyant qaşlarla bəzədilmiş), cəmi: 5595 (beş min beş yüz doxsan beş) manat) dıyırində qızıl-zinət əşyalarının Cavabdeh tərəfindən yaşadıqları evdən götürülərək bugünə kimi geri qaytarılmadığını, 16 iyul 2023-cü il tarixdə "xxxx" ASC-nin Gəncə filialından onun (iddiaçının) adına 4500 (dörd min beş yüz) manat kreditin götürülüb qayınatası X12 verildiyini, həmin pula 29 iyul 2021-ci il tarixdə “Niva” markalı **-DO-*** dövlət nömrə nişanlı avtomobilin alındığını, hazırda həmin kredit üzrə 2417,67 manat (iki min dörd yüz on yeddi manat-67 qəpik) borcun qaldığını, həmin 2417,67 manat kredit borcunun cavabdehdən tutulmasınının məqsədə uyğun hesab edildiyini nəzərə alaraq, Cavabdeh ər-arvad olaraq birgə nikah dövründə ailə büdcəsinin hesabına əldə etdikləri: Gəncə şəhərinin Şıxzamanlı qəsəbəsində 0,04 ha torpaq sahəsinin alınmasına, tikinti işlərinin aparılmasına, kommunal xətlərin çəkilməsinə xərclənmiş 12800 (on iki min səkkiz yüz) manat pul vəsaitinin yarı hissəsinin, ona hədiyyə olunmuş qızıl-zinət əşyalarının tam dəyəri olan 5595 (beş min beş yüz doxsan beş) manat pul vəsaitinin, onun tərəfindən götürülmüş kredit borcunun qalıq 2417,67 manat (iki min dörd yüz on yeddi manat-67 qəpik) hissəsinin və “Chevrolet” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin real bazar (hərrac) qiymətinin yarı hissəsinin, həmçinin əmlakın qiymətləndirilməsinə görə ödənilmiş 190 (yüz doxsan) manat xərcin naturada və ya tələb olunan məbləğdə tutularaq onun (İddiaçı) xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmədə verdiyi izahatında iddianı müdafiə edərək və dəqiqləşdirərək bildirmişdir ki, birgə nikah dövründə, yəni 27 dekabr 2021-ci il tarixdə onun əri- Cavabdeh X10 adlı şəxsdən Gəncə şəhərinin Şıxzamanlı qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsini 5,500 (beş min beş yüz) manata almış, lakin həmin əqd notariat ofisində rəsmiləşdirməmişdir. Bu səbəbdən torpaq satan X10 Cavabdeh otuz il müddətinə etibarnamə vermişdir. Reallıqda isə torpaq satan X5 5500 (beş min beş yüz) manat ailə büdcəsindən pul verilmişdir. Sonradan həmin torpaq sahəsinin ərazi sərhədləri ailə büdcəsinin hesabına mişar daşla hörülərək hasarlanmış, bundan əlavə, həmin əraziyə kommunal xətlər (işıq, qaz və çirkab su quyusu) çəkilmiş, əmlakın qiymətləndirilməsinin nəticələri haqqında 09 sentyabr 2023-cü il tarixli 9Q-263/2023 nömrəli hesabata əsasən çəkilmiş bütün xərclərin qiyməti 12800 (on iki min səkkiz yüz) manat hesablanmışdır, həmin xərcin yarısı, yəni 6400 (altı min dörd yüz) manat cavabdeh tərəfindən onun xeyrinə ödənilməlidir. Bundan başqa, 12 yanvar 2023-cü il tarixdə cavabdeh ailə münaqişəsi zamanı əsəbiləşərək şəxsi əşyalarını yığıb öz valideynlərinin yanına getmiş, o isə övladları ilə birlikdə həmin mənzildə yaşamağa davam etmişdir. Çox zaman İşdə olduğuna görə, o, qızıl-zinət əşyalarını saxlanması üçün aparıb anası X9 vermişdir. Cavabdehlə 2023-cü ilin mart ayının əvvəlində qohumları X29 və cavabdehin atası X11 vasitəçiliyi ilə barışmış, bundan sonra yenə də cavabdehlə bir yerdə yaşamağa davam etmişlər. Cavabdeh ondan qızıl-zinət əşyalarını soruşmuş və o da cavabdehə bildirmişdir ki, öz qızıllarını saxlamaq üçün öz anasına vermişdir. Sonradan cavabdehin təkidi ilə 03 aprel 2023-cü il tarixdə onunla birlikdə anasıgilə getmişdir. Həmin vaxt onun ata evində bibisi- mərhum Həsənəliyeva Sahibənin ölümünün ildönümü mərasiminə hazırlaşırdılar. Həmin vaxt, o, anasından qızıl-zinət əşyalarını istəmiş, anası da ona məxsus qızıl-zinət əşyalarını gətirib X6, X15, X1 və X16 yanlarında onlara vermiş, onlar da qızıl-zinət əşyalarını aparıb yaşadıqları evə qoymuşlar. Təxminən iki gün sonra cavabdehdən qızıl-zinət əşyalarını tələb etdikdə, cavabdeh onun qızıllarını verməkdən imtina etmişdir. Sonradan öyrənmişdir ki, cavabdeh həmin vaxt boşanmaq üçün mediasiya təşkilatına müraciət edib və qızıl-zinət əşyalarını da məqsədli şəkildə götürüb. Ona məxsus: 1) 583 əyarlı, 5,4 qram çəkidə, 530 manat dəyərində “Nuray” sözü yazılan qızıl boyunbağı (uşaq üçün), 2) 583 əyarlı, 6,2 qram çəkidə, 610 manat dəyərində qızıl boyunbağı (üzərində göz muncuğu klon ilə birlikdə), 3) 583 əyarlı, 4,2 qram çəkidə, 415 manat dəyərində qızıl sırğa (yarpaq formasında), 4) 583 əyarlı, 9,5 qram çəkidə, 1000 manat dəyərində qızıl boyunbağı (“moruq” toxunuşlu), 5) 583 əyarlı, 6,8 qram çəkidə, 650 manat dəyərində qızıl sırğa (badam formasında), 6) 583 əyarlı, 3,2 qram çəkidə, 250 manat dəyərində qızıl üzük (sadə,qaşsız), 7) 583 əyarlı, 4 qram çəkidə, 350 manat dəyərində qızıl sırğa (mismar formasında), 8) 583 əyarlı, 4,8 qram çəkidə, 470 manat dəyərində qızıl qolbağı (moruq toxunuşlu), 9) 583 əyarlı, 12 qram çəkidə, 1320 manat dəyərində qızıl üzük-sırğa dəsti (“qar dənəciyi” formasında, brilyant qaşlarla bəzədilmiş), cəmi: 5595 (beş min beş yüz doxsan beş) manat) qızıl-zinət əşyaları Cavabdeh tərəfindən yaşadıqları evdən götürülərək bugünə kimi ona qaytarılmamışdır. Bundan başqa, 16 iyul 2021-ci il tarixdə "xxxx" ASC-nin Gəncə filialından onun (iddiaçının) adına 4500 manat kredit götürülüb qayınatası X12 verilmiş, həmin pula 29 iyul 2021-ci il tarixdə “Niva” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil alınmış, hazırda həmin kredit üzrə 2417,67 manat (iki min dörd yüz on yeddi manat-67 qəpik) kredit borcu qalmışdır. Ailə münasibətləri pozulmamışdan əvvəl qayınatası krediti vaxtında, hətta vaxtından əvvəl ödəyirdi, lakin sonradan ödəniş etməyi dayandırmışdır. Həmin 2417,67 manat iki min dörd yüz on yeddi manat-67 qəpik) kredit borcunun cavabdehdən tutulmasını məqsədə uyğun hesab edir. Qarşılıqlı iddianı isə qəbul etmir, çünki Cavabdeh 03 iyun 2022-ci il tarixdə "xxxx" ASC-dən götürdüyü 11500 (on bir min beş yüz) manat krediti ailə ehtiyaclarına xərcləməmiş, krediti götürüb bacısının ərinə vermişdir. Sadaladıqlarını nəzərə alaraq, iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilərək, Cavabdeh ər-arvad olaraq birgə nikah dövründə ailə büdcəsinin hesabına əldə etdikləri Gəncə şəhəri, Şıxzamanlı qəsəbəsində 0,04 ha torpaq sahəsinin alınmasına, tikinti işlərinin aparılmasına, kommunal xətlərin çəkilməsinə xərclənmiş 12800 (on iki min səkkiz yüz) manat pul vəsaitinin yarı hissəsinin, hədiyyə olunmuş qızıl-zinət əşyalarının dəyəri olan 5595 (beş min beş yüz doxsan beş) manat pul vəsaitinin, tərəfindən götürülmüş kredit borcunun qalıq 2417,67 manat (iki min dörd yüz on yeddi manat-67 qəpik) borcun və “Chevrolet” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin real bazar (hərrac) qiymətinin yarı hissəsində, əmlakların qiymətləndirilməsinə ödənilmiş 190 (yüz doxsan) manat xərcin naturada və ya tələb olunan məbləğdə tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə baxışı iclasında iddia tələbini qəbul etməyərək və qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı iddiası əsassızdır. Belə ki, o, iddiaçı ilə birgə nikah dövründə torpaq sahəsi satın almamış və belə bir əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, ona başqası tərəfindən etibarnamə əsasında etibar edilmiş torpaq sahəsinin isə iddiaçıya heç bir aidiyyəti yoxdur. Qızılları isə Svetlana ər evindən öz atasının evinə gedərkən özü ilə aparmışdır, onda iddiaçıya məxsus qızıl-zinət əşyası qalmamışdır. 03 aprel 2023-cü il tarixdə də iddiaçı ilə birlikdə heç yerə getməmiş, həmin gün saat 09:00-dan 16:00-dək əsas iş yeri olan Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasında, həmin gün saat 17:00-dan növbəti günü saat 08:00-dək isə əlavə iş yeri olan “X33”da işdə olmuşdur-yəni, həmin gün iddiaçının atası evində olması yalandır. Birgə nikah dövründə onun adına satın alınmış “Chevrolet Cruze” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili isə 8000 (səkkiz min) manata sataraq 4000 (dörd min) manatını özünün üzərində aparılmış cərrahiyyə əməliyyatına, qalan 4000 (dörd min) manatını isə öz şəxsi borcuna vermişdir. O özü 03 iyun 2022-ci il tarixdə "xxxx" ASC-dən kredit müqaviləsi üzrə 11500 (on bir min beş yüz) manat pul götürüb Svetlananın atasına vermişdir. Həmin 11500 (on bir min beş yüz) manat pul vəsaiti birgə nikah dövründə götürülmüş ümumi kredit borcu hesab edilməlidir. İddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi (vəkil) X13 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə əsaslı olduğundan təmin edilməsini xahiş etmişdir. Şahid qismində məhkəmə iclasında dindirilən X34 (iddiaçının atası Nurəddinin bibisi oğlu) ifadəsində bildirmişdir ki, iddiaçının uzaq qohumudur, 2023-cü ilin mart ayında Svetlana ilə Turalı barışdırmaq üçün Turalgilə gedəndə Turalın atası Yunus da gəlmiş və Turalla Svetlanaya əvvəlcə demişdir ki, “hər ikiniz əməkhaqqı kartlarınızı mənə verin”. Tural razılaşmış, Svetlana isə kartını qaynatasına verməkdən imtina etmiş, bundan sonra Yunus Svetlanaya demişdir ki, qızılları ver, Svetlana isə cavabında “neynirsən qızıllarımı, qızıllar anamdadır” demişdir. O, tərəflər arasında olan əmlak mübahisəsi ilə bağlı əlavə heç nə bilmir. Şahid qismində məhkəmə iclasında dindirilən X14 (iddiaçının bibisi) ifadəsində bildirmişdir ki, Tural ilə Svetlananın ailə problemlərindən əvvəllər xəbəri olmamışdır. Mərhum bacısı Sahibə Həsənəliyevanın vəfatının ildönümü mərasiminə hazırlıqlarla bağlı 2023-cü ilin aprel ayının 3-də qardaşı Nurəddingildə olanda Tural və Svetlana da gəlmiş, həmin gün Svetlana onun yanında öz anası Mika xanıma demişdir ki, “qızıllarımı ver, özümlə aparacağam”, anası da bükülü yaylığı (yaylığa bükülü formada olan əşyaları) onun yanında Svetlanaya vermişdir. O, Svetlananın qızıllarının sayını və digər əlamətlərini bilməmiş, Mikanın Svetlanaya verdiyi bükülünün içərisində nə olduğunu da görməmişdir. Şahid qismində məhkəmə iclasında dindirilən X7 (iddiaçının bibisi) digər şahid X14 ilə eyni məzmunda ifadə vermişdir. Şahid qismində məhkəmə iclasında dindirilən X24 (iddiaçının uzaq qohumuduriddiaçının atası Nurəddinin bibisi oğlu Nazim Lazımovun arvadıdır) digər şahidlər- X7 və X14 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin Gəncə regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisinin ünvan ünvanladığı 15 may 2023-cü il tarixli 3-13-16-3/2-3305/2023 saylı məktubundan görünür ki, 27 noyabr 2019-cu il tarixdən “Chevrolet Cruze” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh adına qeydiyyatdadır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin Gəncə regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisinin Azərbaycan Respublikası Vəkillər Kollegiyası, fərdi qaydada fəaliyyət göstərən vəkil Fuad Xəlilova ünvanladığı 28 iyul 2023-cü il tarixli 3-13-16-3/2-4995/2023 saylı məktubundan görünür ki, “Chevrolet Cruze” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil 17 iyun 2023-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adından X20 adına rəsmiləşmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X40 Kəlbəcər Rayon Mərkəzi X28 şəxs tərəfindən 09 oktyabr 2023-cü il tarixdə verilmiş 18-1-48/2-421/2023 saylı arayışdan görünür ki, Tibb bacıları şöbəsinin böyük tibb qardaşı Cavabdeh Yunis oğlu həqiqətən 03 aprel 2023-cü il tarixdə saat 09:00-dan 16:00dək işdə olmuşdur. İş materiallarında olan: “X33” MMC-nin direktoru tərəfindən 11 oktyabr 2023-cü il tarixdə verilmiş 172 saylı arayışdan görünür ki, Cavabdeh Yunis oğlu həqiqətən 15 oktyabr 2021-ci il tarixdən “X33” MMC-də feldşer vəzifəsində əvəzçilik üzrə işləyir və 03 aprel 2023-cü il tarixdə Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasında saat 09:00-dan 16:00-dək işdə olduğundan, 03 aprel 2023-cü il tarixdə iş yükünü “X33” MMC-də saat 17:00-dan 08:00dək yerinə yetirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: -34.1-ci maddəsində göstərilmişdir ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). -34.2-ci maddəsinə əsasən, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. -36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. -36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. -37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. -213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. -213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. -220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. -220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. -220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. -220.5-ci maddəsinə əsasən, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. -220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. -225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. -225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. -225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqlarıüzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur; sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§93). Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair iddiası qismən-birgə nikah dövründə əldə olunmuş avtomobilin yarı dəyərinin tələbi ilə bağlı hissədə əsaslı olduğundan yalnız həmin hissədə təmin edilməli, Cavabdeh adına dövlət qeydiyyatına alınmış və cavabdehin etirafına görə 8000 (səkkiz min) manata satılmış “Chevrolet Cruze” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısı olan 4000 (dörd min) manat pul həmin avtomobildən iddiaçıya çatacaq payın əvəzi olaraq Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Qalan hissədə-tərəflərin birgə nikah dövründə Gəncə şəhərinin Şıxzamanlı qəsəbəsində 0,04 ha torpaq sahəsinin alınmasına, tikinti işlərinin aparılmasına, kommunal xətlərin çəkilməsinə xərclənmiş 12800 (on iki min səkkiz yüz) manat pul vəsaitinin yarı hissəsi, qızıl-zinət əşyalarının naturada və ya dəyəri olan 5595 (beş min beş yüz doxsan beş) manat pul vəsaitinin tələbi, iddiaçı tərəfindən götürülmüş kredit borcunun qalıq 2417,67 manat (iki min dörd yüz on yeddi manat 67 qəpik) borc hissəsinin və əmlakların qiymətləndirilməsinə ödənilmiş 190 (yüz doxsan) manat pul tələbinə dair hissədə iddia əsassız olduğundan, yəni həmin hissədə lazımi qaydada əsaslandırılmadığından və məhkəməyə bu barədə iddia tələbini təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Qarşılıqlı iddia tələbi də əsassız olduğundan, yəni lazımi qaydada əsaslandırılmadığından və birgə nikah dövründə Cavabdeh adına götürülən 11500 (on bir min beş yüz) manat kreditin ailə ehtiyaclarına xərcləndiyini təsdiq edən sübut məhkəməyə təqdim edilmədiyindən təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh adına dövlət qeydiyyatına alınmış və 8000 (səkkiz min) manata satılmış “Chevrolet Cruze” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısı olan 4000 (dörd min) manat pul həmin avtomobildən iddiaçıya çatacaq payın əvəzi olaraq Cavabdeh alınıb İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Cavabdeh İddiaçı qarşı “Cavabdeh adına rəsmiləşdirilmiş "xxxx" ASC tərəfindən 03 iyun 2022-ci il tarixli 800804-468129/2 saylı kredit müqaviləsi üzrə götürülmüş 11500 (on bir min beş yüz) manat pul vəsaitinin birgə nikah dövründə götürülmüş ümumi kredit borcu hesab edilməsi” barədə qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar