Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(040)-85/2024 30.01.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı- İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Cavabdehnə qarşı “əmək dərəcələrinə düzəliş edilməsi və düzgün hesablanmamış əmək haqqının, məzuniyyətlərin fərqinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında (Göygöl şəhəri, Heydər Əliyev prospekti, 24 ünvanında) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Cavabdeh tabeliyində olan Kəlbəcər rayon 4 saylı körpələr evi-uşaq bağçasına qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ixtisas dərəcələrinə düzəliş edilməsi, yəni, 12 oktyabr 2015-ci il tarixdə ona 10-cu ixtisas dərəcəsi, 12 oktyabr 2018-ci il tarixdə 11-ci ixtisas dərəcəsi və 12 oktyabr 2023-cü il tarixdə 12-ci ixtisas dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, 8 illik əmək fəaliyyəti zamanı cavabdeh tərəfindən düzgün müəyyən edilməyən və ödənilməyən əmək haqqının, əlavələrin, əmək haqqı artımlarının, düzgün hesablanmayan məzuniyyətin fərqlərinin cavabdeh tərəfindən ödənilməsi, 12 oktyabr 2015-ci il tarixdən 12 oktyabr 2023-cü il tarixədək əmək haqqının 1,25 əmsalla ödənilməsi, mediasiya prosesi üçün ödənilən 55 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslandırılmasının qısa məzmunu ondan ibarətdir ki, iddiaçının tərbiyəçi qismində işlədiyi Cavabdeh tabeliyində olan Kəlbəcər rayon 4 saylı körpələr eviuşaq bağçasında onun əməyin ödənilməsi ilə bağlı hüquqları pozulmuş, ona layiq olduğu ixtisas dərəcəsindən aşağı ixtisas dərəcəsi verilmişdir. İş üzrə məhkəmə məhkəmə hazırlıq iclası 30 noyabr 2023-cü il tarixə təyin edilmiş, prosessual zərurətlə bağlı 30 yanvar 2024-cü il tarixədək təxirə salınmışdır. 30 yanvar 2024-cü il tarixli məhkəmə hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı-Cavabdeh tabeliyində olan Kəlbəcər rayonu 4 saylı körpələr evi-uşaq bağçasında tərbiyəçi vəzifəsində işləyən İddiaçı ilə sonuncu elektron əmək müqaviləsi 08 fevral 2023cü il tarixdə bağlanmış və həmin əmək müqaviləsində işəgötürən qismində Cavabdeh göstərilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra-Əmək Məcəlləsi) 3cü maddəsinin 16-cı bəndindən görünür ki, fərdi əmək mübahisəsi- əmək müqaviləsinin, kollektiv müqavilənin və sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yaranan fikir ayrılığıdır. Əmək Məcəlləsinin 294-cü maddəsinin: 1-ci hissəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır; 2-ci hissəsinə əsasən, kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər, bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. 30 yanvar 2024-cü il tarixli hazırlıq iclasında iddiaçının razılığı ilə əsl olmayan cavabdeh- Şərqi Zəngəzur Təhsil İdarəsinin tabeliyində olan Kəlbəcər rayonu 4 saylı körpələr evi-uşaq bağçası əsl cavabdehlə- Şərqi Zəngəzur Təhsil İdarəsi ilə əvəz olunmuşdur. Məhkəmə icraatında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh- ünvan 2 ünvanında yerləşir. İddiaçı məhkəmə iclasinda hal-hazırda onun işəgötürəni qismində Cavabdeh çıxış etdiyini, rəsmi sənədlərdə bu məlumatın sonradan ona məlum olduğunu, buna görə də mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir; hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Mülki Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar hazırki mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Cavabdehnə qarşı “əmək dərəcələrinə düzəliş edilməsi və düzgün hesablanmamış əmək haqqının, məzuniyyətlərin fərqinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(040)-85/2024 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-85/2024
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №2(040)-85/2024
30.01.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver