Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-88/2025 19.02.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı- İddiaçı nümayəndəsi (atası) Nümayəndə2, Cavabdeh– Cavabdeh nümayəndəsi (atası) Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “məhkəmə qətnaməsi əsasında cavabdehin yanında saxlanmış uşaqların yenidən onun yanında saxlanması” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahdan 17 iyun 2006-cı ildə doğulmuş X16, 01 yanvar 2009-cu ildə doğulmuş X12 və 24 oktyabr 2018-ci ildə doğulmuş X17 adlı uşaqların cavabdehdən alınaraq onun (atanın) himayəsinə verilməsi, hazırki vaxtadək uşaqların onun himayəsində olduqlarından uşaqların saxlanmaları üçün təyin edilmiş ümumi aliment məbləğinin silinməsi və uşaqların saxlanmaları üçün cavabdehdən hər ay 150 (yüz əlli) manat alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Kəlbəcər rayonundan məcburi köçkün olaraq Tərtər rayonunun Şıxarx kəndində məskunlaşmışdır. Cavabdeh X19 ilə nikahları 28 iyul 2006-cı il tarixdə Tərtər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 233 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikahdan 17 iyun 2006-cı ildə X16, 01 yanvar 2009-cu ildə X12 və 24 oktyabr 2018-ci ildə X17 adlı uşaqları doğulmuşdur. Aralarında olan mübahisələrə görə nikahları məhkəmə qaydasında pozulmuşdur; həmin vaxt qəbul edilmiş qətnamə əsasında onunla X19 arasında 28 iyul 2006-cı il tarixdə Tərtər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 233 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahdan 17 iyun 2006-cı ildə doğulmuş X16, 01 yanvar 2009-cu ildə X12 və 24 oktyabr 2018-ci ildə X5 anaları X9 yanında saxlanılmaları, 01 yanvar 2009-cu ildə X12 və 24 oktyabr 2018-ci ildə X17 adlı uşaqları ondan alınıb anaları X13 verilməsi, 17 iyun 2006-cı ildə doğulmuş X10 münasibətdə 20 aprel 2022-ci il tarixdən hesablanmaqla, 01 yanvar 2009-cu ildə doğulmuş X12 və 24 oktyabr 2018-ci ildə doğulmuş X11 münasibətdə isə onlar ondan alınıb cavabdehə verildiyi vaxtdan hesablarımaqla yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün ondan hər ay hər uşağa görə 130 (yüz otuz) manat sabit pul məbləğində aylıq alimentin alınaraq X13 verilməsi, qətnamənin alimentin tutulması hissəsinin 17 iyun 2006-cı ildə doğulmuş X10 münasibətdə dərhal, 01 yanvar 2009-cu ildə doğulmuş X12 və 24 oktyabr 2018-ci ildə doğulmuş X11 münasibətdə isə onlar ondan alınıb cavabdehə verildiyi vaxtdan icra edilməsi, cavabdeh X6 100 (yüz) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. O, həmin qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsi işə 01 avqust 2022-ci il tarixdə baxmış və 2(104)- 2147/2022 saylı qətnamə qəbul edilmişdir: həmin qətnamə ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Kəlbəcər Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(040)- 414/2022 nömrəli qətnaməsinin 17 iyun 2006-cı il təvəllüdlü X16 adlı uşağa münasibətdə müəyyən olunmuş alimentin dərhal icra edilməsi hissəsində ləğv edilmişdir. Qətnamə 17 iyun 2006-cı il təvəllüdlü X10 münasibətdə alimentin tutulmasının 20 aprel 2022-ci il tarixdən hesablanması hissəsində dəyişdirilmiş, alimentin tutulmasının başlanğıcının 17 iyun 2006-cı il təvəllüdlü X7 anasının himayəsinə verildiyi vaxtdan hesablanması, qətnamənin qalan hissədə dəyışdirilmədən saxlanması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alıb icraya yönəldilərkən cavabdehlə birgə nikahdan 01 yanvar 2009-cu ildə doğulmuş X12 və 24 oktyabr 2018-ci ildə doğulmuş X17 adlı uşaqlar atanın himayəsində olmuşdur. Lakin buna baxmayaraq, iddiaçıdan uşaqların saxlanmaları üçün əsassız olaraq aliment tutulmuşdur; həmin vaxtdan uşaqlar onun (atanın) yanında olmalarına baxmayaraq, uşaqların saxlanmaları üçün aliment tutulmuşdur. Belə olan vəziyyətdə uşaqların atanın yanında qalmaları məsələsinin yenidən məhkəmə qətnaməsi ilə müəyyənləşdirilməsi məsələsi meydana çıxmış olur. Uşaqlar atanın yanında qalmaqla məktəbdə təhsil alırlar, təhsildən qalmamışlar. Buna görə də aliment borcu silinməlidir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, uşaqlar valideynləri boşanandan onun (atanın) yanında qalmışlar. Onlara aliment təyin edilsə də, o, savadsız olduğundan alimentin dayandırılması ilə bağlı müvafiq icra qurumuna müraciət etməmişdir. Ona görə də müvafiq iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Tərtər Rayon Məhkəməsi iş üzrə yekun məhkəmə aktı- 10 iyun 2024-cü il tarixli 2(061)-485/2024 saylı qətnamə qəbul etmişdir. Tərtər Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli 2(061)-485/2024 saylı qətnaməsindən cavabdeh X19 tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası iş üzrə 08 oktyabr 2024-cü il tarixli 2(104)- 1818/2024 saylı qərardadla iş üzrə Tərtər Rayon Məhkəməsinin 10 iyun 2024- cü il tarixli 2(061)-485/2024 saylı qətnaməsini ləğv edərək, işi ərazi aidiyyəti üzrə baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərmişdir (mülki iş 07 noyabr 2024-cü il tarixdə Kəlbəcər Rayon Məhkəməsinə daxil olmuşdur). İddiaçı 15 yanvar 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbinin azaldılması barədə ərizə verərək, iddia üzrə aliment tələbindən imtina etdiyini bildirmiş, birgə nikahdan doğulmuş övladları 01 yanvar 2009-cu ildə X12 və 24 oktyabr 2018-ci ildə X17 adlarında uşaqların cavabdehdən alınaraq onun (atanın) himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (atası) Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, uşaqlar- 01 yanvar 2009-cu ildə X12 və 24 oktyabr 2018-ci ildə X17 adlı uşaqların ataları İddiaçı himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Həmçinin qeyd etmişdir ki, cavabdehdən aliment tələb etmirlər. Cavabdeh nümayəndəsi (atası) Nümayəndə1 məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirmişdir ki, uşaqların ataya verilməsinə etiraz etmir (bununla bağlı ərizəsini də məhkəməyə təqdim etmişdir-hakimin qeydi). İş materiallarında olan: xx.xx.2023-cü ildə X8, X3, X14, X1 və X2 iştirakları ilə tərtib olıunmuş AKT-ın surətindən görünür ki, həqiqətən X12, X17 adlı uşaqlar hal-hazırda Tərtər rayonu Şıxarx 1 saylı məktəbdə təhsil alır və ata himayəsindədirlər. Ana isə alınan məlumata görə öz atasının yanında yaşayır. İş materiallarında olan: Tərtər rayonu Şıxarx kənd 1 saylı kənd tam orta məktəbdən alınmış 89 saylı 09 fevral 2024-cü il tarixli arayışdan görünür ki, 01 yanvar 2009-cu il təvəllüdlü X12 həqiqətən 2023-2024-cü tədris ilində Tərtər rayonu D.Əzizov adına Şıxarx 1 nömrəli kənd tam orta məktəbin səkkizinci sinfində təhsil alır. İş materiallarında olan: Gəncə 1 saylı Mediasiya Təşkilatının mediatoru X20 tərəfindən verilmiş 26 yanvar 2024-cü il tarixli MŞG/MT007/2023-00046 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, X19 ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 55 manat (əlli beş) mediasiya xərci ödənilmişdir. İş materiallarında olan: Gəncə Apellyasiya Məhkəməsinin 01 avqust 2022-ci il tarixli 2(104)-2147/2022 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Kəlbəcər Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(040)-414/2022 saylı qətnaməsi 17 iyun 2006-cı il doğumlu X16 adlı uşağa münasibətdə müəyyən olunmuş alimentin dərhal icra edilməsi hissədə ləğv edilmiş, qətnamə 17 iyun 2006-cı il təvəllüdlü X16 adlı uşağa münasibətdə alimentin tutulmasının 20 aprel 2022-ci il tarixdən hesablanması hisssədə dəyişdirilməsi, alimentin tutulmasının başlanğıcının 17 iyun 2006-cı il təvəllüdlü X7 ananın himayəsinə verildiyi vaxtdan hesablanması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan: Tərtər Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş 06 aprel 2024-cü il tarixli Rəy və ona əlavə edilmiş sənədlərdən görünür ki, Komissiya “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu və Ailə Məcəlləsinin müvafiq müddəalarını rəhbər tutaraq hesab etmişdir ki, iddiaçının evinə Qəyyumluq və Himayıçilik Komissiyası tərəfindən baxış keçirilmiş, akt tərtib olunmuşdur. 01 sentyabr 2009-cu il təvəllüdlü X12 izahat yazaraq atasının yanında qalmaq istədiyini bildirmişdir. Cavabdeh X9 vəkalətli nümayəndəsi (atası) izahat yazaraq uşaqların atasına verilməsinə etirazının olmadığını bildirmişdir. Göstərilənləri nəzərə alaraq Qəyyuluq və Himayəçilik Komissiyası uşaqların ataları İddiaçı yanında qalmalarını məqsədəmüvafiq hesab etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsindən alınmış 01 may 2024-cü il tarixli arayışdan görünür ki, 17 iyun 2006-cı il doğumlu X16 adlı şəxs 24 oktyabr 2014-cü il tarixdən hal-hazıradək 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsində “F72.0. çox ağır dərəcəli əqli gerilik; qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu; qıcolma tutmaları; F80.0. nitqin artikulyar çətinliyi” diaqnozu ilə yaşayır. İş materiallarında olan: Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının 15 avqust 2024cü il tarixli 55 nömrəli sərəncamından görünür ki, 17 iyun 2006-cı il təvəllüdlü X7 üzərinə Kəlbəcər rayon Susuzluq kənd sakini X9 patronajlığı təyin edilmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 2(040)-944/2024 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, tərəflərin birgə nikahından 17 iyun 2006-cı ildə doğulmuş X16 məhkəmə qətnaməsi ilə fəaliyyət qəbiliyyəti olmayan hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonrakı mətndə: “Konstitusiya”) 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 20 noyabr 1989-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul olunmuş “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Ailə Məcəlləsinin: -51.2-ci maddəsinə əsasən, uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. -51.4-cü maddəsinə əsasən, uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. -60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. -60.2-ci maddəsinə əsasən, valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. -63-cü maddəsinə əsasən, valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. Belə tələblərə baxdıqda məhkəmə uşağın valideynlərə verilməsinin uşağın marağına zidd olduğunu müəyyən edərsə, uşağın arzusuna əsasən valideynlərin iddiasını rədd edə bilər. Valideynlərin və ya başqa şəxslərin yanında yaşayan uşağın tərbiyəsinin və inkişafının təmin olunmaması məhkəmə tərəfindən müəyyən edilərsə, məhkəmə uşağı müvafiq icra hakimiyyəti orqanının himayəsinə verə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Мülki Prosessual Мəcəllə) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılır. -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara və mülki işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən-01 yanvar 2009-cu ildə doğulmuş X12 və 24 oktyabr 2018-ci ildə doğulmuş X17 ilə bağlı hissədə əsaslı olduğundan həmin hissədə təmin edilməlidir. Belə ki, tərəflərin birgə rəsmi nikahından doğulmuş və Kəlbəcər Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(040)-414/2022 saylı qətnaməsi ilə analarıbu qətnamə üzrə Cavabdeh yanında saxlanmış uşaqlar: 01 yanvar 2009-cu ildə doğulmuş X12 və 24 oktyabr 2018-ci ildə doğulmuş X17 bu qətnamənin qanuni qüvvəyə minməsindən sonra yetkinlik yaşlarına çatanadək ataları- İddiaçı yanında saxlanmalıdırlarməhkəmə bu qənaətə gələrkən həmçinin qıyyumluq və himayəçilik orqanının müvafiq rəyini və tərəflərin qarşılıqlı razılığını da nəzərə alır. Bundan başqa, 01 yanvar 2009-cu ildə doğulmuş X4 və 24 oktyabr 2018-ci ildə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Kəlbəcər Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(040)- 414/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulmalı olan aliment öhdəliyinə 19 fevral 2025-ci il tarixdən xitam verilməlidir. İddia qalan hissədə- tərəflərin birgə nikahından 17 iyun 2006-cı ildə doğulmuş X7 cavabdehdən alınaraq onun (atanın) himayəsinə verilməsi və övladı Bəhruz Əsədov hazırki vaxtadək onun himayəsində olduğundan həmin uşağın saxlanması üçün təyin edilmiş ümumi aliment məbləğinin silinməsi tələbi ilə bağlı hissədə iddia əsassız olduğundan, həmin hissədə təmin edilməməlidir, belə ki, tərəflərin birgə nikahından 17 iyun 2006-cı ildə doğulmuş X16 artıq 17 iyun 2024-cü il tarixdə yetkinlik yaşına çatmış, Kəlbəcər Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 2(040)-944/2024 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, tərəflərin birgə nikahından 17 iyun 2006-cı ildə doğulmuş X16 məhkəmə qətnaməsi ilə fəaliyyət qəbiliyyəti olmayan hesab edilmiş, həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra Kəlbəcər Rayon Məhkəməsi tərəfindən Kəlbəcər Rayon İcra Hakimiyyətinə 14 yanvar 2025-ci il tarixli 2(040)-944/2024 saylı məktub göndərilərək Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 34.2 və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən X7 üzərində qəyyum təyin edilməli olduğu bildirilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə rəsmi nikahlarından doğulmuş və Kəlbəcər Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(040)-414/2022 saylı qətnaməsi ilə anaları- bu qətnamə üzrə Cavabdeh yanında saxlanmış uşaqlar: 01 yanvar 2009-cu ildə doğulmuş X12 və 24 oktyabr 2018-ci ildə doğulmuş X17 bu qətnamənin qanuni qüvvəyə minməsindən sonra yetkinlik yaşlarına çatanadək ataları- İddiaçı yanında saxlansınlar. İddia qalan hissədə təmin edilməsin. 01 yanvar 2009-cu ildə doğulmuş X4 və 24 oktyabr 2018-ci ildə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Kəlbəcər Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(040)- 414/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulmalı olan aliment öhdəliyinə 19 fevral 2025-ci il tarixdən xitam verilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-88/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-88/2025
19.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver