Məhkəmə qərarları › İş №2(040)-890/2023

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-890/2023

31.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-890/2023 31.10.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı nümayəndəsi (vəkil) X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1950 (min doqquz yüz əlli) manat pulun, 40 (qırx) manat dövlət rüsumunun və vəkil üçün ödənilən 50 (əlli) manat xidmət haqqının tam şəkildə alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 12 may 2023-cü il tarixdə ondan 1950 (min doqquz yüz əlli) manat borc pul alaraq, söz vermişdir ki, qaytaracaqdır. Lakin bu günə kimi ona cəmi bir manatda olsun pul ödəmişdir. Cavabdeh müxtəlif bəhanələrlə ödəməkdən yayınır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirməmişdir. Ona olan 1950 manat borcunu qaytarmağı tələb etməsinə baxmayaraq cavabdeh onu müəyyən bəhanələrlə aldatmış və 1950 manat borcunu qaytarmamışdır. Belə olan halda məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsində qeyd etdiyi “cavabdeh bir manat da olsun pul ödəmişdir” ifadəsinin “cavabdeh bir manat da olsun pul ödəməmişdir” ifadəsi kimi qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkil) X2 məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh 12 may 2023-cü il tarixdə iddiaçıdan 1950 (min doqquz yüz əlli) manat borc pul almış və iddiaçıya vəd vermişdir ki, borcunu ən geci iki ay müddətəinə qaytaracaqdır, lakin bu günədək borcundan bir manat da olsun pul ödəməmişdir; cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir: ona olan 1950 (bir min doqquz yüz əlli) manat borcunu qaytarmağı tələb etməsinə baxmayaraq, cavabdeh iddiaçını müxtəlif bəhanələrlə aldatmış və iddiaçıya olan 1950 (bir min doqquz yüz əlli) manat borcunu qaytarmamışdır. Ona görə də Cavabdeh 1950 (min doqquz yüz əlli) manat pulun, 40 (qərx) manat dövlət rüsumunun və vəkil üçün ödənilən 50 (əlli) manat xidmət haqqının tam şəkildə alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı 1950 (min doqquz yüz əlli) manat borcunun olmasına dair 12 may 2023-cü il tarixli qəbzi şəxsən özü yazmış, həmin qəbzi yazdıqdan sonra İddiaçı heç bir ödəniş etməmişdir. Doğrudur, o, iddiaçıdan qəbzi yazmamışdan xeyli müddət əvvəl sələmə borc pul almış və əsas borcunu həmin qəbzi yazmazdan əvvəl qaytarmışdır. İddiaçı ondan qanunsuz olaraq sələm (əsas borca əlavə faiz) tələb edir. Onun İddiaçı heç bir borcu yoxdur (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: Cavabdeh tərəfindən 12 may 2023-cü il tarixdə yazılan qəbzdən görünür ki, o, 12 may 2023-cü il tarixdə İddiaçı 1950 (min doqquz yüz əlli) manat pul götürmüş, ayda borcundan 150 manat pul çıxılması üçün özünə məxsus pensiya kartını könüllü Nemətə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. -740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. -740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. -882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. -882.2 və 882.3-cü maddələrinə əsasən, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz, bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. -882.4-cü maddəsinə əsasən, bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. -882.5-cimaddəsinə əsasən, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, cavabdehin iddiaçıya 1950 (min doqquz yüz əlli) manat pul qaytarmalı olduğunu bildirən 12 may 2023-cü il tarixli qəbzin cavabdeh tərəfindən yazıldığını cavabdeh məhkəmədə verdiyi yazılı və şifahi izahatlarında etiraf etmişdir. Cavabdeh iddiaçıya borcunun olmadığını bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda Cavabdeh 1950 (min doqquz yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Həmçinin iddia tələbi təmin edildiyinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilən 40 (qırx) manat dövlət rüsumunun və vəkil üçün ödənilən 50 (əlli) manat xidmət haqqının pul əvəzi də cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1950 (min doqquz yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh həmçinin 40 (qırx) manat dövlət rüsumunun və vəkil üçün ödənilən 50 (əlli) manat xidmət haqqının pul əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar