Məhkəmə qərarları › İş №2(040)-904/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-904/2025

21.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-904/2025 21.07.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi)Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı Cavabdeh qarşı “uşaqların saxlanması üçün aliment tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, iddiasının təmin edilib Cavabdeh 19 fevral 2015-ci ildə doğulmuş X2, 10 mart 2016-cı ildə doğulmuş X3 və 14 yanvar 2020-ci ildə doğulmuş X1 üçün ümumilikdə 100 (bir yüz) manat pul vəsaitinin tutulub ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 02 noyabr 2013-cü il tarixdə ailə həyatı qurub evlənmiş, lakin nikahlarını 04 dekabr 2013-cü il tarixdə Kəlbəcər Rayon Qeydiyyat Şöbəsində 243 nömrə ilə qeyd aldıraraq rəsmiləşdirmişlər. Birgə nikahlarından 19 fevral 2015-ci ildə X6, 10 mart 2016-cı ildə X7 və 14 yanvar 2020-ci ildə X8 adlarında üç övladları doğulmuşdur. 23 sentyabr 2015-ci il tarixdə ailədaxili problemlər səbəbindən rəsmi qaydada boşanmış və Kəlbəcər Rayon Məhkəməsinin 23 sentyabr 2015-ci il tarixli (iddia ərizəsində səhvən 03 sentyabr 2015-ci il tarixli qeyd edilmişdir) 2(040)-829/2015 saylı qətnaməsi ilə 04 dekabr 2013-cü il tarixdə Kəlbəcər Rayon Qeydiyyat Şöbəsində 243 nömrə ilə qeydə alınmaqla bağlanmış nikahları məhkəmə qaydasında pozulmuşdur. Nikahları pozulduqdan sonra övladlarına özü baxıb bütün ehtiyaclarını qarşılamağa çalışmışdır. Xeyli müddət övladlarının ehtiyaclarını qarşılasa da, onlar yaşa dolduqca xərcləri də çoxaldığı üçün bugün həmin xərcləri qarşılamaqda müəyyən çətinliklər çəkir; uşaqlarının atası da maddi cəhətdən heç bir köməklik göstərmir. Uşaqların saxlanmasında cavabdeh tərəfindən hər hansı bir dəstək göstərilməsini gözləsə də, cavabdeh heç bir maddi, mənəvi dəstək göstərmir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı 08 iyul 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəməyə iddia həcminin artırılmasına dair ərizə təqdim edərək, iddia tələbini artırdığını və hər uşağa görə 100 (bir yüz) manat olmaqla üç uşağa görə cəmi 300 (üç yüz) manat aliment tələb etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə baxışı iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. 08 iyul 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında hər iki tərəf növbəti məhkəmə iclaslarının onların iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə tərələrin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 23 sentyabr 2015-ci il tarixli 2(040)-829/2015 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddiasının təmin edilməsi, iddiaçı X9 ilə Cavabdeh arasında 04 dekabr 2013-cü il tarixdə Kəlbəcər Rayon Qeydiyyat Şöbəsində 243 nömrə ilə qeydə alınmaqla bağlanmış nikahın pozulması, tərəflər arasında olan nikah pozulduqdan (boşanmadan) sonra, tərəflərin birgə nikahından 19 fevral 2015-ci ildə doğulmuş X2 anası – iddiaçı X5 yanında saxlanılması qət edilmişdir (uşağın saxlanması üçün aliment tələbi olmadığına görə aliment təyin edilməyib-hakimin qeydi). İş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının “AZE № 18657954” seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 19 fevral 2015-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmuşdur. Atası- Cavabdeh, anası- Musayeva Ayseldir. İş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının “AZE № 18657959” seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 10 mart 2016-cı ildə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmuşdur. Atası- Cavabdeh, anası- İddiaçıdir. İş materiallarında olan: AA ******* seriyalı 8SYXK24 fərdi identifikasiya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 14 yanvar 2020-ci ildə doğulmuşdur və Azərbaycan Respublikası vətəndaşıdır İş materiallarında olan: Göygöl 1 saylı Mediasiya Təşkilatının mediatoru X10 (M- 00573) tərəfindən verilmiş 27 may 2025-ci il tarixli MŞG/1-000142 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış”dan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etsələr də prosesin davam etdirilməsi barədə razılığa gəlməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 (altmış) manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarının 1-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 (dörd yüz) manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən,hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının normal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, 19 fevral 2015-ci ildə doğulmuş X2, 10 mart 2016-cı ildə doğulmuş X3 və 14 yanvar 2020-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, 04 iyun 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum əməkhaqqı məbləğinin 0,25 (sıfır tam yüzdə iyirmi beş) misli həddində olmaqla üç uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum əməkhaqqı məbləğinin 0,75 (sıfır tam yüzdə yetmiş beş) misli həddində sabit pul məbləğində aylıq aliment müəyyən edilməlidir. Məhkəmə alimentin hesablanmağa başlanma vaxtı ilə bağlı hesab edir ki, alimentin tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan hesablanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə 04 iyun 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahından 19 fevral 2015-ci ildə doğulmuş X2, 10 mart 2016-cı ildə doğulmuş X3 və 14 yanvar 2020-ci ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün, 04 iyun 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,25 (sıfır tam yüzdə iyirmi beş) misli həddində sabit pul məbləğində olmaqla üç uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,75 (sıfır tam yüzdə yetmiş beş) misli həddində sabit pul məbləğində aylıq aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar