Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-973/2025 25.08.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmişova Arzu Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Rübabə Nuru qızı”na qarşı “aliment tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Rübabə Nuru qızı”na qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Rübabə Nuru qızından 01 avqust 2010-cu ildə doğulmuş Heydar, 24 avqust 2012-ci ildə doğulmuş Nuray və 26 avqust 2016-cı ildə doğulmuş Elvira adlı uşaqların saxlanması üçün hər ay hər uşağa görə 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə birgə nikahlarından 01 avqust 2010-cu ildə X12, 24 avqust 2012-ci ildə X11 və 26 avqust 2016-cı ildə X9 adlı üç övladları doğulmuşdur. Cavabdehlə aralarında olan nikah pozulmuş və artıq uzun illərdir ki, ayrı yaşayırlar. Kəlbəcər Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 2(040)-819/2022 saylı qətnaməsi ilə o, 24 avqust 2012-ci ildə doğulmuş X11 və 26 avqust 2016-cı ildə doğulmuş X9 adlı uşaqların atası hesab edilmiş və uşaqların hər üçünün onun himayəsində saxlanması qət edilmişdir. Həmin vaxtdan indiyədək uşaqlarına özü qulluq edir və onların qayğısına qalır. Cavabdeh bir ana kimi bir dəfə də olsun uşaqları ilə maraqlanmır; uşaqla nə mənəvi nə də ki maddi köməklik göstərmir. O, uşaqlarına hərtərəfli qayğı göstərməyə çalışır. Lakin uşaqların gündəlik artan tələbatları və hazırki dövrdə hər şeyin qiymətinin artması ona çətinlik yaradır. O, artıq övladlarının tələbatlarını ödəyə bilmir, maddi vəziyyəti buna imkan vermir. Hesab edir ki, cavabdeh də bir valideyn kimi uşaqlarına baxmağa borcludur; övladlarının qayğısına qalmaq cavabdehin də vəzifəsidir; cavabdehin buna imkanı da çatır, belə ki, cavabdehin maddi imkanı olduqca yaxşıdır, lakin uşaqlarına könüllü yardım etmək istəmir. Ona görə də, o, cavabdehden aliment tutulması üçün məhkəməyə müraciat etmək məcburiyyətində qalmışdır. Cavabdeh Rübabə Nuru qızı 22 avqust 2025-ci il tarixdə məhkəmənin elektron poçtuna ərizə göndərərək aliment ödəmək üçün imkanının və iş qüvvəsinin olmadığını, aliment ödəməkdən imtina etdiyini bildirmiş, qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Rübabə Nuru qızı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, uşaqlar onun himayəsindədir, cavabdeh Rusiyada yaşayır və orada işləyir, imkanı yaxşıdır. O, fərdi əməklə məşğul olur, uşaqlarına baxır. Uşaqlar böyüdükcə tələbatları da artır, tələbatları ödəyə bilmir, aliment kəsilməsini xahiş edir. Məhkəmə icraatında tədqiq edilmiş sənədlər: İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 2(040)-819/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X5 qarşı “iki uşağa atalıq faktının müəyyən edilməsi, nikahın pozulması və uşaqların atanın himayəsində qalması tələbinə dair” iddiasının təmin edilməsi, cavabdeh X1 24 avqust 2012-ci il tarixdə Rusiya Federasiyasında doğulmuş X4 və 26 avqust 2016-cı il tarixdə Rusiya Federasiyasında doğulmuş X2 atasının iddiaçı-xx xxxxxx 1985-ci ildə Azərbaycan Respublikasının İlyaslar kəndində doğulmuş İddiaçı olmasının müəyyən edilməsi, İddiaçı ilə cavabdeh X10 arasında 12 iyul 2011-ci il tarixdə Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən 237 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra, tərəflərin birgə nikahından 01 avqust 2010-cu ildə doğulmuş X6, 24 avqust 2012-ci ildə doğulmuş X4 və 26 avqust 2016-cı ildə doğulmuş X2 ataları- İddiaçı yanında saxlanılmaları, qət edilmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 10 mart 2023cü il tarixdə İddiaçı verilmiş AZ-İ № 422108 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X3 nikahı Kəlbəcər Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 2(040)-819/2022 saylı qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 31 yanvar 2023-cü il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 10 mart 2023-cü il tarixdə 15 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə “Alıyev”, qadına “...” soyadı verilmişdir. İş materiallarında olan: Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən 11 fevral 2014cü il tarixdə verilmiş AZ-İİİ № 254019 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 01 avqust 2010-cu ildə Azərbaycan Respublikasının Goranboy rayonunda doğulmuş, atası-İddiaçı, anası- X7r. İş materiallarında olan: Goranboy 1 saylı Mediasiya təşkilatının mediatoru (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00501) X8 tərəfindən verilmiş 17 iyun 2025-ci il tarixli MŞG/MT/032/2024-00287 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Rübabə Nuru qızı ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonrakı mətndə: “Konstitusiya”) 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Konstitusiyanın 34-cü maddəsinin dördüncü (İV) hissəsinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: “Ailə Məcəlləsi”) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının nəticə hissəsinin 8.5-ci bəndində qeyd edilir ki, sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olubolmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi). Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, cavabdehin maddi və ailə vəziyyəti, gəlirləri, əmlak vəziyyəti, həmçinin, cavabdehdən alimentin tutulması üçün əsas ola biləcək sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, eyni zamanda məhkəmə tərəfindən bu barədə sübutlar aşkar edilməmişdir. Belə olan halda, cavabdehdən alimentin tutulması mümkünsüzdür. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-973/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-973/2025
25.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver