Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-984/2025 15.08.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi)Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh X7 qarşı “uşaqların saxlanması və uşaq üç yaşına çatanadək özünün maddi təminatı üçün aliment tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş övladları- 16 mart 2019-cu ildə doğulmuş X3, 24 sentyabr 2021-ci ildə doğulmuş X2 və 17 oktyabr 2024-cü ildə doğulmuş X1 üçün hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat sabit pul məbləğində olmaqla, üç uşağa görə 750 (yeddi yüz əlli) manat alimentin tutularaq ona ödənilməsinə və övladları X4 üç yaşı tamam olanadək ona 100 (bir yüz) manat əlavə olaraq baxım pulu ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 27 dekabr 2019-cu il tarixində rəsmi nikaha daxil olmaqla evlənmiş, bu nikahdan 16 mart 2019-cu ildə X10, 24 sentyabr 2021-ci ildə X8 və 17 oktyabr 2024-cü ildə X11 doğulmuşlar. Cavabdehlə aralarında olan ailədaxili mübahisələrə görə Kəlbəcər Rayon Məhkəməsinə müraciət etməzdən qabaq Göygöl 1 saylı Mediasiya Təşkilatına aliment tələbi ilə bağlı müraciət etmişdir. Lakin Cavabdeh medasiya prosesində iştirak etmədiyinə görə ona “İlkin mediasiya prosesində işitirak edilməməsi barədə arayış” təqdim olunmuşdur. Uşaqlar onun himayəsindədirlər. Cavabdeh uşaqları ilə maraqlanmır, uşaqların böyüməsi üçün nə maddi, nə də mənəvi dəstək olmur. Cavabdehlə təxmini bir aydır ki ayrı yaşayırlar; keçən müddət ərzində cavabdeh bir dəfə də olsun telefon vasitəsilə də olsa əlaqə saxlamamış, uşaqların üzünü görməmişdir. Uşaqlarının normal yaşaması böyüməsi üçün daimi maddi və mənəvi qayğı zəruridir. İstehlak mallarının qiymətlərinin və pullu xidmət tariflərinin artmas ilə əlaqədar olaraq uşaqlarının saxlanması vaxt keçdikcə mürəkkəbləşir. Onun heç yerdən gəliri yoxdur, uşağı normal böyütmək üçün alimentə çox ehtiyacı vardır. İddiaçı 05 avqust 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək, hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat aliment təyin edilməsinə razı olduğunu bildirmiş, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh 05 avqust 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək, iddia tələbini qismən qəbul etdiyini, hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat aliment ödəyə bilcəyini bildirmiş, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə icraatında tədqiq edilmiş sənədlər: İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 27 dekabr 2019-cu il tarixdə verilmiş AZ-İİ № 370206 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi), Cavabdeh ilə X12 arasında nikah 27 dekabr 2019-cu il tarixdə 57 nömrə ilə qeydə alınmışdır. Nikah bağlanıldıqdan sonra ərə “Əsgərov”, arvada “Əsgərova” soyadları verilmişdir. İş materiallarında olan: Gəncə “ASAN xidmət” X13 tərəfindən 22 oktyabr 2019-cu il tarixdə verilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi), X10 16 mart 2019-cu il tarixdə Göygöl rayonunda doğulmuşdur. Atası- Cavabdeh, anası- X12 qeyd edilmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 21 oktyabr 2021-ci il tarixdə verilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi), X8 24 sentyabr 2021-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. Atası- Cavabdeh, anası- İddiaçı qeyd edilmişdir. İş materiallarında olan: 1 saylı Gəncə regional “ASAN xidmət” X13 tərəfindən 18 yanvar 2025-ci il tarixdə verilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdırhakimin qeydi), X11 17 oktyabr 2024-cü il tarixdə Gəncə şəhərində doğulmuşdur. Atası- Cavabdeh, anası- İddiaçı qeyd edilmişdir. İş materiallarında olan: Göygöl 1 saylı Mediasiya Təşkilatının mediatoru X9 (M- 00463) tərəfindən verilmiş 24 iyun 2025-ci il tarixli MŞG/1/2025-000184 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 (altmış) manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən,hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının normal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin qeyri-rəsmi nikahından 16 mart 2019-cu ildə doğulmuş X3, birgə rəsmi nikahından 24 sentyabr 2021ci ildə doğulmuş X2 və 17 oktyabr 2024-cü ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən məhkəmə qaydasında aliment tutulmalı və tutulacaq aylıq alimentin miqdarı hər ay hər uşağa görə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,375 (sıfır tam mində üç yüz yetmiş beş) misli həddində sabit pul məbləğində olmaqla üç uşağa görə cəmi ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 1,125 (bir tam mində bir yüz iyirmi beş) misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. İddia qalan hissədə- uşağın saxlanması üçün bu qətnamə ilə təmin edilmiş hər ay hər uşağa görə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,375 (sıfır tam mində üç yüz yetmiş beş) misli həddində sabit pul məbləğində olmaqla üç uşağa görə cəmi ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 1,125 (bir tam mində bir yüz iyirmi beş) misli həddindən artıq olan hissədə və uşaq üç yaşına çatanadək iddiaçının (ananın) özünün təminatı üçün 100 (bir yüz) manat aliment tələbi hissəsində əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı iddia üzrə sabit pul məbləğində tələb olunan alimentin hansı əsasla həmin məbləğdə tutulmalı olduğunu əsaslandırmamış, bu xüsusatı təsdiq edən hər hansı bir sübutu və cavabdehin gəlirini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir Məhkəmə alimentin hesablanmağa başlanma tarixi ilə bağlı hesab edir ki, alimentin tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan hesablanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə 01 iyul 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia qismən təmin edilsin. İddiaçı ilə cavabdeh X6 qeyri-rəsmi nikahından 16 mart 2019-cu ildə doğulmuş X3, birgə rəsmi nikahından 24 sentyabr 2021-ci ildə doğulmuş X2 və 17 oktyabr 2024-cü ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün, 01 iyul 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,375 (sıfır tam mində üç yüz yetmiş beş) misli həddində sabit pul məbləğində olmaqla üç uşağa görə cəmi ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 1,125 (bir tam mində bir yüz iyirmi beş) misli həddində sabit pul məbləğində aylıq aliment cavabdeh X5 İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamənin iddianın təmin edilmiş hissəsi dərhal icraya yönəldilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-984/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-984/2025
15.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver