Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-997/2024 06.11.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (atası) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Kazım oğluna qarşı “aliment tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh Kazım oğluna qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Kazım oğlu ilə birgə nikahından 28 avqust 2015-ci ildə doğulmuş X2 və 01 yanvar 2017-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 20 avqust 2024-cü il tarixdən hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin və mediasiya üçün ödənilmiş 50 (əlli) manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh Kazım oğlu ilə 10 oktyabr 2014-cü ildə el adəti ilə toy edərək ailə qurmuş, nikahlarını 21 noyabr 2014-cü il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahlarından 28 avqust 2015-ci ildə X2 və 01 yanvar 2017-ci ildə X3 adlı iki uşaqları doğulmuşdur. Birgə nikah dövründə cavabdeh ailəyə qayğı göstərməmiş, ailənin maddi təminatı ilə maraqlanmamışdır. Buna görə də aralarında həmişə mübahisə və münaqişə olmuşdur. Bir neçə aydır ki, cavabdehlə eyni evdə yaşasalar da cavabdeh evə çox gec gəlir, bəzi günlər evə gəlmir. Artıq 2 aydır ki, cavabdeh uşaqlarının necə yaşaması ilə maraqlanmır, onların təlim-tərbiyəsi, maddi və mənəvi ehtiyacları ilə məşğul olmur. Övladlarının bütün maddi tələbatı onun və ailəsi tərəfindən ödənilir. Cavabdeh valideynlik borcunu unudaraq uşaqların saxlanmasında ona heç bir köməklik etmir. O da məcbur olub aliment tələbi ilə bağlı məhkəməyə müraciət edir. Məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya təşkilatına müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh Kazım oğlu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi (atası) Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, artıq bir neçə aydır ki, cavabdeh ailəsi və uşağı ilə maraqlanmamış, uşağın saxlanması üçün iddiaçıya heç bir maddi köməklik etməmişdir. İddiaçı özü heç yerdə işləmir, maddi vəziyyətinə görə uşağın tələbatlarını ödəməkdə çətinlik çəkir. Ona görə də cavabdehdən məhkəmə qaydasında aliment tutulmasını xahiş edir. Cavabdeh xarici ölkələrə yük daşıyır (tır sürür), maddi gəliri kifayət qədər yaxşıdır. Cavabdehin hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat aliment ödəməyə imkanı çatır. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarında olan: Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 17 sentyabr 2015-ci il tarixdə verilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır – hakimin qeydi) görünür ki, X2 28 avqust 2015-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. Atası- Cavabdeh Kazım oğlu, anası- İddiaçı qeyd edilmişdir. İş materiallarında olan: Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 30 yanvar 2017-ci il tarixdə verilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır – hakimin qeydi) görünür ki, X3 01 yanvar 2017-ci il tarixdə Samux rayonu Qarayeri qəsəbəsində doğulmuşdur. Atası- Cavabdeh Kazım oğlu, anası- İddiaçı qeyd edilmişdir. İş materiallarında olan: Samux 1 saylı Mediasiya Təşkilatının mediatoru X4 tərəfindən verilmiş 27 avqust 2024-cü il tarixli MŞS/1/2024-00333 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış”dan görünür ki, Cavabdeh Kazım oğlu və İddiaçı ilkin mediasiya sessiyasında iştirak etsələr də prosesin davam etdirilməsi barədə razılığa gələ bilməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən,hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının normal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 28 avqust 2015-ci ildə doğulmuş X2 və 01 yanvar 2017-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən məhkəmə qaydasında aliment tutulmalı və tutulacaq aylıq alimentin miqdarı hər ay hər uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməlidir. İddia qalan hissədə- 200 (iki yüz) manatdan artıq olan 35 (otuz beş) manat aliment tələbi hissəsində əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı sabit pul məbləğində tutulmalı olan alimentin hansı səbəbdən həmin məbləğdə tutulmalı olduğunu əsaslandırmamış, bu xüsusatı təsdiq edən hər hansı bir sübutu və cavabdehin gəlirini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir Məhkəmə iddiaçı tərəfindən 50 manat mediasiya xərcinin tam ödənilməsini nəzərə alaraq hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, alimentin hesablanmağa başlanma vaxtı ilə bağlı hesab edir ki, alimentin tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan hesablanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə 30 avqust 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh Kazım oğlunun birgə nikahlarından 28 avqust 2015-ci ildə doğulmuş X2 və 01 yanvar 2017-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün, 30 avqust 2024-cü il tarixdən hesablanmaqla, hər uşağa görə aylıq 200 (iki yüz) manat sabit pul məbləğində olmaqla iki uşağa görə cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aylıq aliment Cavabdeh Kazım oğlundan İddiaçı xeyrinə tutulsun. Cavabdeh Kazım oğlundan həmçinin iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin pul əvəzi olaraq 50 (əlli) manat məbləğdə pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icraya yönəldilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-997/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-997/2024
06.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver