Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1024/2024 11.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehə məxsus əmlakların onun evindən çıxarılması tələbinə dair mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus əmlakların Kürdəmir rayonu, Axtaçı-Qarabucaq kəndində yerləşən evindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, iddiaçının oğlu X1 Cavabdeh ilə xx.xx.2011-cio il tarixdə rəsmi nikah qeydindən keçməklə ailə həyatı qurublar. Onların birgə nikahlarından xx.xx.2011-ci il tarixdə Fəxri və xx.xx.2014-cü il tarixdə Fərda adlı iki uşaqları anadan olmuşdur. Cavabdeh onun evinə gəlin köçərkən valideynləri tərəfindən ona hədiyyə olunmuş cehiz əşyalarını da özüylə gətirmişdir. Cavabdeh oğlu ilə ailəli olduğu müddətdə oğluyla münasibətləri yaxşı olsa da sonradan münasibətləri pozulmuşdur. Oğlu ilə cavabdehin nikahları Xətai raoyn məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Cavabdeh onun evindən gedərkən bir sıra geyim və qızıl əşyalarını özüylə aparmışdır. Qalan mebel, taxt, divan kreslo, stol-stul dəsti , soyuducu onun evində qalmışdır. Cavabdehin əmlakının onun evində olması onun mülkiyyət hüququnu pozur. Hesab edir ki, cavabdehin əmlakı onun evindən çıxarılmalıdır. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdehin valideynlərinə bir neçə dəfə xəbərdarlıq edərək cavabdehin əmlaklarının onun evindən götürülməsini xahiş etsə də heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçının nümayəndəsi yazılı ərizə verərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İşdə olan, Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)- 3875/2023 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X1 arasında xx.xx.2011-ci il tarixdə Kürdəmir rayon Axtaçı kənd icra nümayəndəliyində 01 nömrə ilə qeyd edilmiş nikahları pozulmuşdur. İşdə olan, Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Axtaçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 31 nömrəli arayışında Kürdəmir RİH başçısının Axtaçı kənd inzibati ərazi dairəsinin Axtaçı-Qarabucaq kəndində özünə məxsus 1988-ci ildə tikilmiş 1 mərtəbəli ümumi sahəsi 80 kv.metr və yaşayış sahəsi 50 kv.metr olan ev vardır. Məhkəmə hesab edir ki, iddia aşağıda göstərilən əsaslara görə təmin edilməlidir . Belə ki, iddiaçı iddia ərizəsində və məhkəməyə verdiyi izahatında oğlu Əlibaxışla Cavabdeh ilə ailə həyatı qurduğunu, lakin rəsmi nikahlarını 2011-ci il tarixdə qeyd etdirdiyini, cavabdehin onun evinə gəlin köçdüyünü, cavabdeh gəlin gələrkən özünə məxsus cehiz əşyalarını da onun evinə gətirdiyini, cavabdehin onun oğlu ilə təqribən 2 ilə yaxın bir yerdə yaşadığını, bir ildən artıqdir ki, oğlu ilə cavabdehin münasibətlərinin pozulduğunu, cavabdeh öz atasının evinə getdiyini, cehiz əşyalarının isə onun evində qaldığını, dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq cavabdehin cehiz əşyalarını aparmadığını bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak üzərində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqlardan sui-istifadə olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh məxsus İddiaçı yaşadığı Kürdəmir rayon Axtaçı-Qarabucaq kəndində yerləşən evində qalmış cehiz əşyaları çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı yaşadığı Kürdəmir rayonu, Axtaçı-Qarabucaq kəndində yerləşən evində qalmış, Cavabdeh məxsus cehiz əşyaları məcburi qaydada çıxarılsın. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış Kürdəmir rayon məhkəməsinə ərizə verməyə haqlıdır. Həmin müddət bitdikdən sonra qiyabi qətnamədən 1 ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-1024/2024
Kürdəmir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(041)-1024/2024
11.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver