Məhkəmə qərarları › İş №2(041)-11/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-11/2024

16.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Sair mülki iş - Maneənin aradan qaldırılması - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-11/2024 16.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən məcburi qaydada çıxarılma, istifadəyə edilən maneələrin aradan qaldırüılması və tikilinin sökülməsi tələbinə dair mülki işə Kürdəmir rayonu, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ona məxsus ünvan 2 ünvanda yerləşən torpaq sahəsindən məcburi qaydada çıxarılması, istifadəyə edilən maneələrin aradan qaldırılması və tikilinin onun öz hesabına sökülməsi barədə qətnamə qəbulməsini xahiş etmişdir. Mülki iş İddiaçı vəsatətinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(041)-155/2023 nömrəli qərardadı ilə mühəndis texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1659 nömrəli ekspert rəyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1659 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş və xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında İddiaçı cavabdehlə aralarında olan mübahisəni məhkəmədənkənar qaydada həll etmək istəyir. Ona görə də Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən məcburi qaydada çıxarılma, istifadəyə edilən maneələrin aradan qaldırüılması və tikilinin sökülməsi tələbinə dair mülki işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəımə iclasında Cavabdeh Həsən qızı mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədi və bu bğarədə ərizəsini məhkəməyə təqdim etdi. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən məcburi qaydada çıxarılma, istifadəyə edilən maneələrin aradan qaldırüılması və tikilinin sökülməsi tələbinə mülki işin baxılmamış saxlanılmasına dair ərizəsi qəbul edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş üzrə aparılmış ekspertiza xərcləri iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən məcburi qaydada çıxarılma, istifadəyə edilən maneələrin aradan qaldırüılması və tikilinin sökülməsi tələbinə mülki işin baxılmamış saxlanılmasına dair ərizəsi qəbul edilməli və iddia ərizəsi baxılmamış dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı xx.xx.2023-cü il tarixli, 10/3040 nömrəli ekspertiza rəyinə görə 50 (əlli) manat, xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1659 nömrəli ekspertiza rəyinə görə 50 (əlli) manat olmaqla, cəmi 100 (yüz) manat ekspertiza xərci tutularaq Büdcə təsnifatı kodu 142595, Büdcə səviyyəsinin kodu 3, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE ******************** nömrəli hesaba keçirilsin. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar