Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1751/2025 04.11.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X19 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı manelərin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X6 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Kürdəmir rayonunun Şahsevən kənd sakini Cavabdeh tərəfindən mülkiyyətində olan "xxxx" kiçik dövlət müəssisənin ərazisində qanunsuz inşa etdiyi talvar və yardımçı tikililərin (sanitar qovşaq və su hövuzu) onun öz hesabına sökülməsi, istifadəyə edilən maneələrin aradan qaldırılması və onun zəbt etdiyi torpaq sahəsindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, xx xxxx 1952-ci il tarixdə Kürdəmir rayonunun Mollakənd kəndində anadan olmuşdur. Ailəlidir və 3 (üç) övladı vardır. Hazırda təqaüdçüdür. ona məxsus Kürdəmir şəhəri, Bakı prospektində yerləşən "xxxx" kiçik dövlət müəssisəsi vardır. Həmin müəssisənin ümumi 1401,05 sot torpaq sahəsi vardır. Həmin müəssisənin ərazisndən 475 kv.metr ölçüdə, 6 il bundan öncə cavabdeh - Cavabdeh icarəyə vermiş. Lakin aralarında heç bir rəsmi sənədləşmə işləri aparılmamışdır. Cavabdeh ona heç bir xəbərdarlıq etmədən, özbaşına olaraq müəssisənin ərazisində talvar və yardımçı tikililər (sanitar qovşaq və su hövuzu) tikmişdir. O cavabdehə bu barədə, yəni qanunsuz tikililərin sökülməsi barədə xəbərdarlıqlar etməyinə baxmayaraq, o buna əməl etməmişdir. Bu barədə oğlu X1 RPŞ-nə xx.xx.2025-ci il tarixdə rəsmi ərizə ilə müraciət etmiş. Kürdəmir RPŞ-nin qərarı ilə ona Məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. 2024-cü ilin dekabr ayında cavabdeh-Cavabdeh törətmiş olduğu cinayət əməlinə görə həbs olunmuşdur. Qeyd olunan ərazini isə, hazırda "şifer" matrealları ilə yanlarını hasara alıb. Cavabdehin bu kimi qanunsuz hərəkətlərinin nəticəsində ona xeyli miqdarda ziyan dəymişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X10 iddianı müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və əlavə olaraq göstərdi ki, X6 atasıdır. Atası Taryel hal hazırda yataq xəstəsidir. Atasına məxsus olan Kürdəmir şəhəri Bakı prospektində yerləşən "Kiçik elektrok zavodu" müəssisəi vardır. Həmin müsəssisənin 1.14 hektar ərazisi vardır. Hal hazırda müəssisə fəaliyyətinə dayandırıb. Müəssisənin ərazisini hissələrə bölərək ayrı ayrı şəxslərə icarəyə vermiş. Eləcə də Kürdəmir rayon sakini Cavabdeh müəssisənin ərazisindən yəni 30 metr uzunluğunda, 20 metr enində olan torpaq sahəsini təxminən 6 il bundan əvvəl hər ayı 200 manat olmaqla icarəyə vermiş. Cavabdeh həmin torpaq sahəsində 30 metr uzunluğunda, 6 metr enində çardaq inşa edib. Eləcədə həmin torpaq sahəsində su çəni və sanitar qovşağı inşa etmişdir. Yuxarıda göstərilən tikililərin heç bir rəsmi sənədi yoxdur. Eləcədə Rəsul həmin torpaq sahəsini dəmir şiferlə hasarlamışdır. 2024-cü ilin dekbar ayında Rəsul törətdiyi əmələ görə həbs olundu. Həmin torpaq sahəsi ona lazım olduğu üçün onun oğlu Bəhruzla rayon ərazisində görüşüb, ondan həmin torpaq sahəmi boşaltmağı istəmiş. Bəhruzda ondan həmin torpaq sahəsindən çıxmaq üçün 1 həftə müddət istəmiş. O da onunla razılaşmış. Lakin 1 həftə keçdikdən sonra Bəhruz torpaq sahəsini boşaltmadı. Rəsulun icarəyə götürdüyü torpaq sahəsində tikdiyi tikililər qanunsuzdur. Həmin tikililərin heç bir rəsmi sənədi yoxdur. O Bəhruza torpaq sahəsində tikdiyi tikililəri söküb çıxmasını istəyir. İşin qeyd edilən hallarını nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış cavabdeh və ya onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsi Dövlət əmlakının huquqi və fiziki şəxslərə satılmasına dair xx.xx.2006-cı il tarixli, 000532 qeydiyyat nömrəli Şəhadətnaməyə əsasən, İddiaçı həqiqətən Kürdəmir şəhəri, Bakı prospekti ünvanında yerləşən Keçmiş Bakı Qazan Mexaniki zavodunun Kürdəmir "xxxx" kiçik dövlət müəssisəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. Alınmış əmlakın tərkibi "xxxx" kiçik dövlət müəssisəsi (ümumi sahəsi-348.8 kv.m.) Əmlakın ümumi satış qiyməti 6821 altı min səkkiz yüz iyirmi bir manat təşkil edir. Dövlət əmlakının alınması nəticəsində hesablaşma hesabı Milli Bankdakı **********944 Ne-li tranzit manat hesabı ünvanlı dövlət büdcəsinə 4058.6 (dörd min əlli səkkiz manat 60 qəpik) manat məbləğində pul köçürülmüşdür. -İddiaçı xx.xx.2025-ci il tarixli Kürdəmir Rayon İcra Hakimiyyətinə ünvanlanmış ərizəsində, qanunsuz tikintinin sökülməsi üçün kömək istəmişdir. -İddiaçı X8 və Cavabdeh ünvanladığı xəbərdarlıq məktubunda ona məxsus torpaq sahəsində qanunsuz inşa edilən tikilinin 5 (beş) gün müddətinə sökülməsini tələb etmiş, əks təqdirdə həmin tikilini özünün sökəcəyi barədə xəbərdarlıq etmişdir. -Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı ünvanlanan məktubda, müraciəti araşdırılmış və müəyyən edilmişdir ki, Kürdəmir şəhəri, Bakı prospektində yerləşən obyekt keçmiş Bakı Qazan Mexaniki zavodunun Kürdəmir "xxxx" kiçik dövlət müəssisənin ərazisi olmuş və obyektə dair Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Daşınmaz əmlakın huquqi və fiziki şəxslərə satılmasına dair 000532 qeydiyyat nömrəli, xx.xx.2006-cı il tarixli Şəhadətnaməsi vardır. Baxış keçirilərkən müəyyən edilmişdir ki, ümumi sahəsi 475 kv.m olan talvar və yardımçı tikililərin (sanitar qovşaq və su hovuzu) tikintisinə icazəyə dair Kürdəmir Rayon İcra Hakimiyyəti tərəfindən heç bir sənəd verilməmişdir. - Azərbaycan Respublikasının Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş müəssisə və obyektin texniki pasportunda Kürdəmir şəhərində yerləşən qeyri-yaşayış sahəsi haqqında məlumatlar qeyd olunub. Sənəd 26 may 2006-cı il tarixində tərtib edilib. Obyektin balans saxlayıcısı "xxxx" Dövlət Şirkəti, "xxxx" X9. Obyektin tikildiyi illər 1949 və 1993-cü illərdir. Tikinti altı sahəsi 401.7 m², ümumi sahəsi 348.8 m², faydalı sahəsi isə 343.0 m²-dir. -Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı, polis kapitanı X4 qəbul etidiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, xx.xx.2025-ci il tarixdə, Kürdəmir şəhəri Aran qəsəbəsi ev 22 mənzil 6 da qeydiyyatda olan və yaşayan X2 RPS-yə ərizə ilə müraciət edərək, atasına matus olan Kürdəmir şəhəri Bakı prospektində yerləşən obyektin hayətinin bir hissəsini Rasul Eyyubov adlı şəxsə icarəyə vediyini, hazırda hamin yeri Cavabdeh geri istədiyini, lakin Cavabdeh onun torpaq sahəsindən çıxmadığını və həmin ərazida insa etdiyi tikililəri sökmədiyini bildirmişdir. Araşdırma zamanı X13 izahatında, X3 atası olduğunu, atasına məxsus olan, Kürdəmir şəhəri Bakı prospektində yerləşən "Kiçik elektrok zavodu" müəssisəsinin olduğunu, həmin müsəssisənin 1.14 hektar ərazisi olduğunu, hal hazırda müəssisəsinin fəaliyyətinə dayandırdığını, müəssisənin ərazisini hissələrə bölərək ayrı ayrı şəxslərə icarəyə verdiyini, eləcədə Kürdəmir rayon sakini Cavabdeh müəssisənin ərazisindən yəni 30 metr uzunluğunda, 20 metr enində olan torpaq sahəsini təxminən 6 il bundan əvvəl hər ayı 200 manat olmaqla icarə verdiyini, Cavabdeh həmin torpaq sahəsində 30 metr uzunluğunda, 6 metr enində çardaq inşa etdiyini, eləcədə həmin torpaq sahəsində su çəni və sanitar qovşağı inşa etdiyini, yuxarıda göstərilən tikililərin heç bir rəsmi sənədinin olmadığını, eləcədə Rəsulun həmin torpaq sahəsini dəmir şiferlə hasarladığını, 2024-cü ilin dekbar ayında törətdiyi əmələ görə həbs olunduğunu, həmin torpaq sahəsinin onan lazım olduğu üçün onun oğlu Bəhruzla rayon ərazisində görüşdüyünü, ondan həmin torpaq sahəsini boşaltmağı istədiyini, Bəhruzunda ondan həmin torpaq sahəsindən çıxmaq üçün 1 həftə müddət istədiyini, onunla razılaşdığını, lakin 1 həftə keçdikdən sonra Bəhruzun torpaq sahəsini boşaltmadığını, hal hazırda Bəhruzun torpaq sahəsini boşaltmadığını, Rəsula icarəyə verdiyi torpaq sahəsində tikdiyi tikililərin qanunsuz olduğunu, həmin tikililərin heç bir rəsmi sənədinin olmadığını, Bəhruzdan torpaq sahəsində tikdiyi tikililəri söküb çıxmasını istədiyini, həmin topraq sahəsinin ona lazım olduğunu, Rəsula həmin torpaq sahəsini icarəyə verən zaman onunla heç bir rəsmi müqavilə bağlamadığını bildirmişdir. Araşdırma zamanı X8 izahataında, X7 tanıdığını, onunla heç bir ədavəti və düşmənçiliyinin olmadığını, Cavabdeh atası olduğunu, atası Rəsulun hal hazırda Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi üçün barəsində cinayət işi başlandığını və istintaq təcridxanasında olduğunu, atası Rəsulun Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən "Dərnəgül" bazarı deyilən yerdə Zamikin atası Tarelə məxsus olan torpaq sahəsində tikinti materiallarının satışı ilə məşğul olmaq üçün 2019-cu ildə Zamikdən icarəyə torpaq sahəsi götürdüyünü, atasının 30 metr uzunluğunda, 20 metr enində olan torpaq sahəsində 30 metr uzunluğunda, 6 metr enində çardaq inşa etdiyini, eləcədə həmin torpaq sahəsində su çəni və sanitar qovşağı inşa etdiyini, Zamikə hər ay 200 manat torpağa görə icarə haqqı verdiyini, eləcədə həmin torpaq sahəsinə hamarlanması üçün çınqıl daş tökmüş, həmin ərazini müşahidə kamerası ilə təchiz etdiyini, hal hazırda atasının həbsdə olduğu üçün Zamikin torpaq sahəsində olan tikililəri söküb həmin torpaq sahəsindən çıxmağı istədiyini, həmın tikililərin heç bir rəsmi sənədlərinin olmadığını, həmin tikililərin sökülüb sökülməsi ilə bağlı heç bir söz deyə bilmədiyini, çünki həmin tikililərin sahibinin atasının olmadığını bildirmişdir. Beləliklə tərəflərin izahatları və işdə olan sənədlər əsasında müəyyən edildi ki, Kürdəmir şəhəri, Bakı prospekti ünvanında yerləşən keçmiş Bakı Qazan Mexaniki zavodunun Kürdəmir ”Elektrod” kiçik dövlət müəssisəsində yerləşən ümumi sahəsi 475 kv.m olan talvar, yardımçı tikililərin (sanitar qovşaq və su hovuzu) tikintisinə dair Kürdəmir RİH-i tərəfindən heç bir sənəd verilməmişdir. Mübahisə edilən torpaq sahəsixx.xx.2006-cı il tarixli, 000532 qeydiyyat nömrəli Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-nin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ-İV hissələrinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə şərh edilən maddi hüquq normalarına əsaslanaraq qeyd edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsində özbaşına olaraq apardığı tikililəri sökməməsi, əvvəllər icarəçi kimi istifadə etdiyi torpaq sahəsini boşaltmamaq və ondan istifadəyə maneçilik yaratmasına səbəb olan hərəkətləri əsassız və qanunsuzdur. Halbuki, cavabdehin mübahisəli torpaq sahəsi üzərində heç bir hüquqmüəyyənedici sənədi olmamış, əvvəllər həmin torpaq sahəsindən ayda 200 manat icarə haqqı ödəməklə müvəqqəti olaraq istifadə etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin sökülməsini iddia etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan, Kürdəmir şəhəri, Bakı prospekti ünvanında yerləşən keçmiş Bakı Qazan Mexaniki zavodunun Kürdəmir ”Elektrod” kiçik dövlət müəssisəsində inşa edilən talvar və yardımçı tikililər (sanitar qovşağı və su hovuzu) Cavabdeh öz hesabına sökülməli və onun tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan, Kürdəmir şəhəri, Bakı prospekti ünvanında yerləşən keçmiş Bakı Qazan Mexaniki zavodunun Kürdəmir ”Elektrod” kiçik dövlət müəssisəsində inşa edilən talvar və yardımçı tikililər (sanitar qovşağı və su hovuzu) Cavabdeh öz hesabına sökülsün və onun tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən 1 ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-1751/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1751/2025
04.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Sair mülki iş - Maneənin aradan qaldırılması - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver