Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-117/2025 15.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X4 Sabir oğlunun sədrliyi, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və onların etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştiraklarıı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “əşyaların çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 məhkəmədə iddia qaldıraraq Cavabdeh məxsus cehiz əşyalarının Kürdəmir rayon Sığırlı kəndində yerləşən evlərindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, iddiaçının nümayəndəısi iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə verərək,bir ədəd taxt,bir ədəd divan bir ədəd termo, dörd ədəd stul, bir ədəd soyuducu, bi ədəd çörəkbişirən soba,bir ədəd tozsoran,bir ədəd uşaq çarpayısı,iki ədəd tumba balaca, bir ədəd paltar asılqanı, bir ədəd lüstür, bir ədəd iran xalçası, bir ədəd gəbə işlənmiş, dörd dəst yorğan, döşək, yastıq, dörd ədəd kiçik döşəkçə, bir ədəd sandıq çıxarılması barədə qəıtnamə çıxarılmasını xahiş etdi. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, onun oğlu İddiaçı2 gəlini Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə nikahlarını rəsmi olaraq qeyd etdirmişlər. Onların birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü Sevinc adlı uşaqları olmuşdur. Münasibətləri pozuldğu üçün onlar ayrılmışlar və Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli,2(041)-503/2024 saylı qətnaməsi ilə uşaq cavabdehin himayəsində qalmış, aliment təyin edililmişdir. Cavabdeh cehiz əşyalarını gətirib onun evinə yığmışdır. O, dəfələrlə cavabdehə özünə məxsus cehiz əşyalarını yığıb aparmasıı təkilf etsə də o, cehiz əşyalarını aparmamışdır. Onun özünə məxsus iki otaqlı evi var. Həmçinin başqa torpaq sahəsində bir otaqlı evi var. Həmin evdə cavabdehlə onun oğlu Elnur bir ailə kimi yaşayıblar. Torpaq sahəsinin və evin sənədləri yoxdur. Oğlu cavabdehlə ayrıldıqdan sonra o köçüb həmin evdə yaşayır. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı1 və İddiaçı2 vəkili və etibarnamə üzrə nümayəndələri Vəkil1 İddiaçı2 izahatı ilə eyni məzmunda izahat verdi. Cavabdeh iddia tələbini etiraf etmədi və bildirdi ki, o, İddiaçı2 ailə qurmuşdur. O, gəlin köçəndə qaynatasının evinə getmiş və bir müddət sonra, yəni 2017-ci ildə özləri ev tikərək həmin evə köçmüşdür. Cehiz əşyalarını da sonradan toplayaraq özləri tikdiyi evə yığmışdır. Onun əri usta olmuş və evidə özləri tikmişdir. O, qaynata evindən çıxarkən heç bir şey aparmamış və həmin vaxtı o, 5 aylıq hamilə olmuşdur. O, evdən çıxarkən qanaxması olmuş və uşağı tələf olmuşdur. Hazırd ona məxsus 9 dəst yorğan döşək, 19 ədəd yastıq, 6 ədəd taxt ədyalalrı, 2 dəst ayrlı pərdə, pal-paltar, xalça, taxt, tumbalar, divan, uşaq beşiyi, termo, paltar asılan, 4 ədəd stul, 2 ədəd stol, divan, şkaf, uşaq şkafı, soyuducu,t elevizor, 1 ədəd soba, ventelyator, ütü, işıq lüsturu, ətçəkən maşın, gecə işığı, 3 ədəd elektrik qızdırıcı, tefal, mikser, fen ütü və digər iddiaçının adını sadalamadığı çoxsaylı əşyalar özləri tikdikləri evdə qalmışdır. O, cavabdehlə birgə yaşayarkən evin tikintisinə anası da aldığı sosial yardımdan köməklik göstərmişdir. Atası isə vəfat etmişdir. İddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 cavabdehin izahatına uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, əşyaların çıxarılması tələb olunan evin sənədləri yoxdur. Həmin evin və torpaq sahəsinin iddiaçılara aidiyyəti olmadığından onların iddia qaldırmağa subyektiv hüquqları da yoxdur. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidır. Belə ki, işdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət surətindən görünür ki, Kərimov X1 rayonu, Sığırlı kəndində qeydiyyatdadır. İşdə olan Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-503/2014 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı2 arasında nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il tarixdə doğulmuş X2 anası Cavabdeh Rafiqk qızının yanında saxlanılmış, azyaşlı uşağı yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı2 hər ay sabit pul məbləğində 170 manat aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İddiaçı1 ünvanlanmış Kürdəmir RİHB-nın Sığırlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəoiyinin xx.xx.2024-cü il tarixli, 572 nömrəli arayışından görünür ki, Sığırlı kənd İcra Nümayəndəliyinin 07 nömrəli təsərrüfatbaşına kitabın 36-cı səhifəsində onun özünə məsus iki otaqlı fərdi yaşayış evi var. Məhkəmə iclasında işin mübahisələndirilməyən halları ilə müəyyən olunur ki, İddiaçı2 Balaəhməd oğlu ilə Cavabdeh 12 dekabr 2014-cü ildə nikah başlamışlar. Onlar nikah müddətində Kürdəmir rayonu Sığırlı kəndində hüquq müəyyənedici sənədi olmayan özbaşına tikilidə yaşamışlar və iddiaçı hazırda çıxarılmasını tələb etdiyi cavabdehə məxsus əşyalar həmin tikilidə yerləşir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 241.1-ci maddəsinə əsasən. torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən evin mülkiyyətçisi olmalı və ya mülkiyyətçi olmasa da, Mülki Məcəllə ilə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxs olmalı, cavabdehə məxsus əşyalar həmin evdə saxlanılmalı, əşyaların bu tikilidə yerləşməsi qanunsuz olmalıdır. Azərbaycan Respublikası MM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hüquq normasının göstərişinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi üzrə iddianın qanuni əsasının mövcud olması üçün üzərinə sübutetmə yükü düşən iddiaçı mübahisələndirilən evin mülkiyyətçisi və ya mülkiyyətçisi olmasa da, Mülki Məcəllə ilə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxs olmasını, cavabdehə məxsus əşyaların həmin evdə saxlanılmasını, əşyaların bu tikilidə yerləşməsinin qanunsuz olmasını və onun hüquqdan istifadəsinə maneə yaratmasını sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarında göstərilmişdir ki, “...daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir”. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyul 2015-ci il qərarı ilə müəyyən edilmişdir ki, “Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz(Konstitusiya Məhkəməsi PlenumununM.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları).” İddiaçı cavabdehə məxsus əşyaların yerləşdiyi tikilinin hər hansı hüquqla ona məxsus olmasını, sahibliyinin qanuniliyini təsdiq edən heç bir sübut məhkəməyə təqdim etmədi. Əksinə, iddiaçı cavabdeh cehiz əşyalarının yığıldığı və çıxarılmasını tələb etdiyi tikilidə oğlu ilə nikah müddətində cavabdehin yaşadığını, tikiliyə və onun yerləşdiyi torpaq sahəsinə hər hansı sənədinin olmadığını bildirdi. Həmin tikili özbaşına tikili olmaqla heç bir hüquqi nəticə yaratmır. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçıların cavabdehə məxsus əşyaların mübahisələndirilən tikilidən çıxarılmasını tələb etməkdə subyektiv hüquqları yoxdur. İş materiallarından görünür ki, iddiaçılar tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu və mediyasiya xərci ödənilmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu və hazırkı iş üzrə mediasiya xərci iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “ əşyalarının çıxarılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş mediasiya xərci və dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Marif Kazımov
Məhkəmə qərarları › İş №2(041)-117/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-117/2025
15.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver