Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-13/2024 20.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, iddiaçı X8 və onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə İddiaçı X8 Cavabdeh qarşı uşaqların atadan alınaraq onun himayəsinə verilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəməinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X16 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X18 Cavabdeh alınaraq himayəsinə verilməsi, mübahisənin həlli ilə bağlı mediasiya xərci kimi ödənilmiş 50 manat, dövlət rüsumu kimi ödənilmiş 50 manat və 110 manat vəkil xidməti haqqının cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə 24 noyabr 2022-ci il tarixdə baxılarkən mübahisə ilə bağlı uşaqların tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin), Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi, bina 4, mənzil 47-də yaşayan X16 və Kürdəmir şəhəri, Koroğlu küçəsi, bina 62,mənzil 2də yaşayan Cavabdeh həyat şəraitini müayinə etməklə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyi məhkəməyə təqdim etməklə, 10 mart 2023-cü il tarixdə saat 12.00-da səlahiyyətli nümayəndənin məhkəmənin baxış iclasında iştirak etməsinin təmin edilməsi barədə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri, Qəyyumluq və Himayəçilik Komissiyasının sədrinə məktub göndərilmişdir. İddiaçı X8 Cavabdeh qarşı uşaqların atadan alınaraq onun himayəsinə verilməsi tələbinə dair mülki iş iddiaçı X16 məhkəmə iclasına gəlmədiyinə görə məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(041)-13/2024 nömrəli qərardadına əsasən mülki iş baxılmamış saxlanılmışdır. İddiaçı X8 ərizəsinə əsasən məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(041)-13/2024 nömrəli qərardadına əsasən mülki işin baxılmamış saxlanılmasına dair xx.xx.2024-cü il tarixli, 2(041)-13/2024 nömrəli qərardadı ləğv edilmişdir. Məhkəmə iclasında iddiaçı X16 iddia tələbini müdafiə edlərək göstərdi ki, o, Cavabdeh ilə xx.xx.2013-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və nikahlarını Kürdəmir rayon Topalhəsən kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 25 nömrəli nikah qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2014-cü ildə X11 və xx.xx.2016-cı ildə isə X18 anadan olmuşdur. Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-683/2021 saylı qətnaməsinə əsasən ailədaxili münaqişələri olduğu üçün Cavabdeh ilə aralarında bağlanmış və Kürdəmir rayon Topalhəsənli kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 25 nömrəli nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X9 ataları Cavabdeh Raqif oğlunun yanında qalmaları müəyyən edilmişdir. Hazırda cavabdehlə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2014-cü ildə X11 və xx.xx.2016-cı ildə isə X13 atalarından alınaraq ona verilməsini cavabdehdən tələb etsə də, buna nail ola bilməmiş və meddiasiya prosedurunda da, bu barədə razılıq əldə olunmamışdır. Nikah pozularkən uşaqların atalarının yanında qalmasına razılıq verməyinin səbəbi həmin vaxt heç bir yerdə işləməməsi, təhdid altında olması və məddi vəziyyətinin çətin olmamsı olmuşdur. Ona görə də o, uşaqların müvəqqəti olaraq atalarının yanında qalmasına razılıq vermişdir. Lakin hazırda Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 3 saylı Respublika Xüsusi İnternet Məktəbində işə qəbul olunmuş, orada qadimə olaraq işləyir və aylıq vəzifə maaşı 468,00 manatdır. Hazırda uşaqlarına baxacaq maddi vəziyyətdədir və daimi iş yeri var. Cavabdehin pis vərdişləri var və bütün bu hallar uşaqların təlim-tərbiyəsinə mənfi təsir göstərir və eyni zamanda Ailə Məcəlləsinin tələblərinə ziddir. Bütün cehiz əmlakları gəlin köçərək yaşadığı ünvanda qalmaqdadır. Ona görə də xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X13 Cavabdeh alınaraq onun himayəsinə verilməsi, mübahisənin həlli ilə bağlı mediasiya xərci kimi ödənilmiş 50 manat, dövlət rüsumu kimi ödənilmiş 50 manat və 110 manat vəkil xidməti haqqının cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı X8 nümayəndəsi və vəkili Fərəcov X4 Günel Aqil qızı ilə eyni məzmunda izahat verib iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Raqif oğlu iddia tələbini qəbul etməyərək göstərdi ki, o, iddiaçı ilə evlənib ailə quraraq nikahlarını xx.xx.2013-cü il tarixdə qeyd etdirmişlər. Birgə nikahlarından birgə nikahlarından xx.xx.2014-cü il tarixdə Rafiq və xx.xx.2016-cı il tarixdə Dəniz adlı iki uşaqları olmuşdur. Əvvəllər iddiaçı ilə mehriban şəraitdə yaşasalar da, sonradan ər-arvad münasibətləri pozulmuş və iddiaçı heç kimə demədən evdən çıxıb getmiş uşaqlar isə onun yanında qalmışdır. Aralarında bağlanmış nikah məhkəmənin qətnaməsinə əsasən pozularkən iddiaçı özü uşaqlarını saxlamaq iqtidadında olmadığını bildirmiş və iddiaçının özünün razılığı ilə uşaqlar onun yanında saxlanılmışdir. İddiaçı onunla ər-arvad bir yerdə yaşadığı müddətdə bir neçə dəfə qollarını kəsməklə özuünə qəst etməyə cəhd etmişdir. Onun psixi problemləri var. Bununla bağlı Kürdəmir rayon polis şöbəsində araşdırma aparılmışdır. İddiaçı gecə yarası uşaqları evdə tək qoyaraq qaçıb getmişdir. Hətda iddiaçı ilə münasibətləri pozulandan sonra o, bacısının yanında qaldığı vaxtda yenə də qollarını kəsmişdir. Onun uşaq tələbinə dair məhkəməyə müraciət etdiyi işlə əlaqədar Kürdəmir rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyası uşaqların qalma şəraitini yoxlayaraq hər iki uşağın gələcək taleləri nəzərə alınaraq onun yanında saxlanılması barədə rəy verilmişdir. İddiaçı ilə birgə nikahımızdan doğulmuş uşaqların hər ikisi uzun müddətdir ki, onunla birlikdə yaşayır və hazırda özləri də onun yanında qalmaq istəyirlər. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında Kürdəmir rayon Təhsil şöbəsinin Möhübbət Əzimov adına Atakişili kənd tam orta məktəbin direktoru X5 və T.İsmayılov adına Kürdəmir şəhər 1 nömrəli tam orta məktəbin psixiatrı X1 iştirakı ilə dindirilmiş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X11 hazırda atasının yanında qaldığını və atasının yanında qalmaq istədiyini bildirmişdir. Məhkəmənin əvvəlki iclasında Kürdəmir rayon Təhsil şöbəsinin Möhübbət Əzimov adına Atakişili kənd tam orta məktəbin direktoru X5 və T.İsmayılov adına Kürdəmir şəhər 1 nömrəli tam orta məktəbin psixiatrı X1 iştirakı ilə dindirilmiş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X18 hazırda atasının yanında qaldığını və atasının yanında qalmaq istədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 3/939 nömrəli Arayışdan görünür ki, X11 09 mart 2014-cü il tarixdə Kürdəmir rayon Yenikənd kəndində anadan olmuşdur. Həmin arayışda atası Cavabdeh, anası X10 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 3/940 nömrəli Arayışdan görünür ki, X18 27 dekabr 2016-cı il tarixdə Kürdəmir şəhərində anadan olmuşdur. Həmin arayışda atası Cavabdeh, anası X10 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika xüsusi internat məktəbi tərəfindən X14 verilmiş xasiyyətnamədən görünür ki, X16 xx.xx.2022-ci il tarixdən məktəbdə xadimə vəzifəsində çalışır. İşlədiyi müddət ərzində özünü işgüzar, bacarıqlı, verilmiş tapşırıqları vaxtında yerinə yetirən bir işçi kimigöstərmişdir. Kollektivdə iş yoldaşlarına qarşı mehriban insandır. Məktəbin bir sıra tədbirlərində fəal iştirak edir. İşinə məsuliyyətlə yanaşır. Buna görə də, iş yoldaşları arasında özünə hörmət qazanmış, intizamlı, nəzakətli və təvazökar bir insin kimi tanınır. İş materiallarına əlavə edilmiş Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika xüsusi internat məktəbi tərəfindən X14 verilmiş xx.xx.2022-ci il tarixli, 274 nömrəli Arayışdan görünür ki, o, həqiqətən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika xüsusi internat məktəbində xadimə vəzifəsində çalışır. Ştat cədvəli üzrə aylıq əmək haqqı 468,00 manatdır. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)- 683/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, X10 ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə bağlanmış və Kürdəmir rayon Topalhəsənli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 25 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəlludlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X18 ataları Cavabdeh yanında saxlanılmışdır. İş materiallarına əlavə edilmiş və Kürdəmir rayon İcra hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri, Qəyyumluq və Himayəçilik Komissiyasının sədri Şahin Əhmədov tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 5-56-6/2-73/2023 nömrəli məktuba əlavə edilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, X6 və X13 gələcəkləri, tərbiyələri, sağlamlıqları və onların psixi, fiziki, mənəvi inkişafları, azyaşlı uşaqların atalarının yanında qalmaq istəmələri barədə fikirlərini, onların atalarının nəzarəti halında böyümələrinin onlar üçün faydalı olmasını əsas tutaraq uşaqların ataları Cavabdeh yanında qalmaları məqsədə müvafiq hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X21 2(041)-13/2024 saylı mülki iş üzrə məhkəmə-psixoloji ekspertizasından keçən X16, Cavabdeh, X9, X7 dair xx.xx.2024-cü il tarixli, 2306 saylı rəyin İ Motivləndirici hissə üzrə aparılmış eksperimental-psixoloji müayinə gedişində X8 əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilməklə emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, hirslilik, aqressiv davranışlara meyllilik aşkar edilmir. Aparılmış eksperiental-psixoloji müayinə zamanı Cavabdeh əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilməklə fərdi-psixoloji xüsusiyyətlərində qıcığa qarşı həssaslıq, öz fikirlərini üstün tutmaq, başqalarının hiss və yaşantılarına laqeydlik, nümayişkar davranışlara meyillilik, hövsələsizlik, kobudluq aşkar edilir. Aparılmış eksperiental-psixoloji müayinə zamanı X6 əqli və psixi inkişafında lənglik və ya gerilik əlamətləri aşkar olunmur.Müayinə gedişində əhvaliruhiyyə fonunun aşağı olması, anasının onları evdə tək qoyaraq getməsi, geri qayıtmaması, anasının onları atıb getdiyini, onları istəməməsini düşünməsi, həmçinin bundan başqa atasının da onda anasına qarşımənfi fikir yaratması səbəbindən anasına qarşı küskün, aqressiv münasibət göstərməsi, onunla ünsiyyətə daxil olmaq istəməməsi, danışarkən gərginləşməsi, ağlaması, onunla kəskin davranması və s. kimi hallar müəyyən edildi. Aparılmış eksperiental-psixoloji müayinənin nəticələrindən görünür ki, X2 əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur. Həmçinin yaş xüsusiyyətlərinə uyğun söz bazasına malik olmaqla öz fikirlərini digər şəxslərə sərbəst ifadə edə bilir. Aparılmış müayinənin və keçirilmiş metodikaları təhlil edərək belə nəticəyə gəlinir ki, X3 atasına qarşı mehriban münasibətdə olması, anası anası ilə olan münasibətində küskünlüyü, incikliyi, onu bağışlaya bilməməsi, ona qarşı neqativ hiss və yaşantıları müəyyən edildi. Bunun səbəbi anasının qardaşı və onu evdə tək qoyaraq getməsi, geri qayıtmaması, bu səbəbdən anasının onları istəmədiyini düşünməsi, həmçinin digər ailə üzvlərinin anası barəsində söylədiyi fikirlərlə əlaqədar onda anasına qarşı formalaşmış mənfi fikirlərlə əlaqədar olması müəyyən edilir. İİ. Yekun hissəsi üzrə İş materiallarının təhlil və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavabdandırılır. 1-ci sual üzrə cavab: Aparılmış müayinənin nəticəsinə əsasən anaları X15vın onları evdə tək qoyaraq getməsi, geri qayıtmaması, buna görə analarının onları istəməməsi ilə bağlı düşüncələri, onun atasını aldatdığına şahid olduqlarını əminliklə söyləməkləri, həmçinin Cavabdeh da onlarda anaları haqqında mənfi fikirlər formalaşdırması, bununla da analarına qarşı neqativ münasibətlərin daha da kəskinləşməsinə səbəb olmuşdur. X11 və xx.xx.2016-cı il təvəllüdlü X2 anaları X16 ilə görüşməklərinə, onunla ünsiyyətdə olmaq istəməməklərinə səbəb – yuxarıda qeyd olunan amillərlə əlaqədar onların psixi-emosional vəziyyətlərində əmələ gələn neqativ yaşantıları (ünsiyyətə girməmək, qəbul etməmək, tənqid etmək, küskünlük, bağışlamamaq, aqressivlik və s.) ilə əlaqədardır. Məhkəmə iddiaçı X8 və onun nümayəndəsi Vəkil və Cavabdeh izahatlarını dinləyib, həmçinin işdə olan rəsmi sənədləri tədqiq edərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə xx.xx.2013-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və nikahlarını Kürdəmir rayon Topalhəsən kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 25 nömrəli nikah qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2014-cü ildə X11 və xx.xx.2016-cı ildə isə X18 anadan olmuşdur. Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-683/2021 saylı qətnaməsinə əsasən ailədaxili münaqişələri olduğu üçün Cavabdeh ilə aralarında bağlanmış və Kürdəmir rayon Topalhəsənli kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 25 nömrəli nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X9 ataları Cavabdeh Raqif oğlunun yanında qalmaları müəyyən edilmişdir. Hazırda cavabdehlə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2014-cü ildə X11 və xx.xx.2016cı ildə isə X13 atalarından alınaraq ona verilməsini cavabdehdən tələb etsə də, buna nail ola bilməmiş və meddiasiya prosedurunda da, bu barədə razılıq əldə olunmamışdır. Nikah pozularkən uşaqların atalarının yanında qalmasına razılıq verməyinin səbəbi həmin vaxt heç bir yerdə işləməməsi, təhdid altında olması və məddi vəziyyətinin çətin olmamsı olmuşdur. Ona görə də o, uşaqların müvəqqəti olaraq atalarının yanında qalmasına razılıq vermişdir. Lakin hazırda Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 3 saylı Respublika Xüsusi İnternet Məktəbində işə qəbul olunmuş, orada qadimə olaraq işləyir və aylıq vəzifə maaşı 468,00 manatdır. Hazırda uşaqlarına baxacaq maddi vəziyyətdədir və daimi iş yeri var. Cavabdehin pis vərdişləri var və bütün bu hallar uşaqların təlim-tərbiyəsinə mənfi təsir göstərir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X21 2(041)-13/2024 saylı mülki iş üzrə məhkəmə-psixoloji ekspertizasından keçən X16, Cavabdeh, X9, X7 dair xx.xx.2024-cü il tarixli, 2306 saylı rəyində aparılmış eksperimental-psixoloji müayinə gedişində X8 əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilməklə emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, hirslilik, aqressiv davranışlara meyllilik aşkar edilmir. Aparılmış eksperiental-psixoloji müayinə zamanı Cavabdeh əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilməklə fərdi-psixoloji xüsusiyyətlərində qıcığa qarşı həssaslıq, öz fikirlərini üstün tutmaq, başqalarının hiss və yaşantılarına laqeydlik, nümayişkar davranışlara meyillilik, hövsələsizlik, kobudluq aşkar edilmişdir. Həmçinin xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X2 anaları X16 ilə görüşməklərinə, onunla ünsiyyətdə olmaq istəməməklərinə səbəb – yuxarıda qeyd olunan amillərlə əlaqədar onların psixi-emosional vəziyyətlərində əmələ gələn neqativ yaşantıları (ünsiyyətə girməmək, qəbul etməmək, tənqid etmək, küskünlük, bağışlamamaq, aqressivlik və s.) ilə əlaqədardır. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X9 məhkəmədə atalarının yanında qalmasını bildirsələrdə onların Cavabdeh aparılmış eksperiental-psixoloji müayinə nəticəsində fərdipsixoloji xüsusiyyətlərində qıcığa qarşı həssaslıq, öz fikirlərini üstün tutmaq, başqalarının hiss və yaşantılarına laqeydlik, nümayişkar davranışlara meyillilik, hövsələsizlik, kobudluq aşkar edildiyinə görə Rafiq və Dəniz adlı uşaqların atalarının himayəsində saxlanılmasını məqsədə müvafiq hesab etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində göstərilir ki, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olmaqla, 7 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 7 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinin tələbinə görə uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişaafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1-ci maddəsində göstərilir ki, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənfelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli və İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X18 Cavabdeh alınıb İddiaçı himayəsinə verilməli, mübahisənin həlli ilə bağlı mediasiya xərci kimi ödənilmiş 50 manat, dövlət rüsumu kimi ödənilmiş 50 manat və 110 manat vəkil xidmət haqqı olmaqla ümumilikdə 210 manat Cavabdeh alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X18 Cavabdeh alınıb İddiaçı himayəsinə verilsin. Mübahisənin həlli ilə bağlı mediasiya xərci kimi ödənilmiş 50 manat, dövlət rüsumu kimi ödənilmiş 50 manat və 110 manat vəkil xidmət haqqı olmaqla ümumilikdə 210 manat pul Cavabdeh alınıb İddiaçı bdənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-13/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-13/2024
20.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver