Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1403/2024 07.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Mən Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, İddiaçı cavabdeh Hüseynova (Mirzəyeva) Giləxanım Abduləziz qızına qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-1121/2021 nömrəli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü övladı X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçüne təyin olunmuş 200 manat alimentin məbləğinin azaldılaraq 87 manat təyin olunması, mediasiya prosesinə ödədiyi 60 manat pulun 30 manatının cavabdehdən alınaraq oqna qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən edildi ki, iddia ərizəsinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Bu isə iddia ərizəsinin məhkəmədə baxılmasını mümkünsüz edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinin tələbinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinin tələbinə görə ərizəyə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də hesab edirəm ki, iddia ərizəsi AR MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilməməklə verildiyinə və onun məhkəmə icraatı mümkün olmadığına görə iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdeh Hüseynova (Mirzəyeva) Giləxanım Abduləziz qızına qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi iddiaçıya qaytarılsın. İddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1403/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1403/2024
07.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver