Məhkəmə qərarları › İş №2(041)-1515/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1515/2024

26.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1515/2024 26.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət və cehiz tələbinə dair” iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1 komplekt qızıl-zinət əşyaları, 2 ədəd sep, 1 ədəd qolbağ, 5 ədəd üzük, 1 cüt sırğa, valideynləri tərəfindən ona verilmiş 1950 manat dəyərində olan 1 ədəd üzük və adları qeyd edilmiş, 1. çörək maşını 1 ədəd, 2. Qazan 4 ədəd, 3. Qəfədan 1 ədəd, 4. Çaynik 1 ədəd, 5. Boşqab 1 komplekt, 6. Yastıq 3 ədəd, 7. Yorğan 2 ədəd, 8. Xalça 2 ədəd, 9. Stəkan 6 ədəd, 10. Nəlbəki 6 ədəd,

11. Bulud dəsti 3 ədəd, 12. Paltar təzə və işlənmiş, 13. Meyvə qabı 4 ədəd, 14. Ləpə qabı 2 ədəd, 15. Şirniyyat qabı 2 ədəd, 16. Üçmərtəbə şirniyyat qabı 1 ədəd, 17. Külqabı 2 ədəd,

18. Armudu stəkan 6 ədəd, 19. Qənd qabı 6 ədəd, 20. Saat 1 ədəd, 21. Lüstur 1 ədəd, 22. Aura qazan 2 ədəd, 23. Çuğun qazan 6 ədəd, 24. Ət maşını 1 ədəd, 25. Çay qaşığı 6 ədəd,

26. Çuğun qəfədan 1 ədəd, 27. Çaynik 3 ədəd, 28. Yataq dəsti 3 ədəd, 29. Qətvə dəsti 3 ədəd, 30. Süfrə parça 3 ədəd, 31. Boşqab dəsti 48 ədəd, 32.Tək boşqab 18 ədəd, 33. Xrustal stəkan 12 ədəd, 34. Nəlbəki 12 ədəd, 35. Nimdar 6 ədəd, 36. Ədyal 4 ədəd, 37. Çaşqa dəsti 3 ədəd, 38. Bakal dəsti 5 dəst, 39. Araq stəkanı 6 ədəd, 40. Xrustal güldan 1 ədəd, 41. Abedni hamsından, 42. Pərdə 4 ədəd, 43. Xalça 3 ədəd, 44. Divan, kreslo 2 ədəd, 45. Stol 1 ədəd, 46. Stul 6 ədəd, 47. Komplekt mebel dəsti, 48. Qaşıq 12 ədəd, 49. Vilka 12 ədəd, 50. Meyvə bıçağı 12 ədəd, 51. Bıçaq dəsti 6 ədəd, 52. Dəsmal dəsti 6 ədəd,

53. Pastel dəsti 6 ədəd, 54. Yastıq üzü 6 ədəd, 55. Yastıq 8 ədəd cavabdehdən alınaraq onun xeyrinə verilməsi haqqında qərar verilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında cavabdehin nümayəndəsi Nümayəndə vəsatətlə çıxış edərək bildirdi ki, iddia ərizəsi üzrə oğlu Cavabdeh Bakı şəhəri, Səbail rayonu, N saylı hərbi hissədə qeydiyyatda olmaqla yaşayır. Odur ki, mülki işin aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etdi. İddiaçı mülki işin aidiyyatı üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarında olan şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh Bakı şəhəri Səbail rayonu N saylı hərbi hissədə qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35 və 45-ci maddələrini rəhbər tutaraq,

Q Ə R A R A A L D İ:

İddiaçı Cavabdeh qarşı “qızıl-zinət və cehiz tələbinə dair” iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması ücün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə şikayət verilə bilər.

HAKİM R.B.MEHDİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar