Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1559/2025 28.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aidə Sədrəddin qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə sabit pul məbləğində 246 manat aliment alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslanmışdır ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-1779/2016 qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulmuşdur. Qətnaməyə əsasən xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 onun yanında saxlanılmaqla onların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2016-cı il tarixdən başalayaraq Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 70 manat olmaqla, cəmi 210 manat aliment alınaraq ona ödənilməsi təmin olunmuş və qətnamə qanuni qüvvəsini almışdır. Sonradan icra şöbəsində olarkən cavabdeh onu aldadaraq güya uşaqları öz himayəsinə götürəcəyini bildirmiş və oda alimentdən imtina etmişdir. Hazırda uşaqlar onun himayəsindədir. Hazırda istehlak mallarının və xidmətlərin artması nəticəsində övladları xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X2 üçün yaranan itkilərin tam və ya qismən kompensasiyasına zərurət yaranmışdır. Məhkəmə iclasına iddiaçı ərizə ilə müraciət edərək ailə vəziyyəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçı ilə 2007-ci ildə ailə həyatı qurublar. Onların birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 doğulmuşdur. Münasibətləri daima normal olub. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-1779/2016 qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Hazırda ikinci dəfə ailə həyatı qurmuşdur. İkinci evliliyindən xx.xx.2018-ciil təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X8 doğulmuşdur. "xxxx" MMC-də satış təmsilçisi vəzifəsində işləyir. Əmək haqqısı 420 manat təşkil edir. İddiaçıya bir uşağın saxlanması üçün hər ay 100 manat olmaqla, ümumilikdə ən çoxu 300 manat aliment ödəməyə maddi imkanı çatır. Ona görə də iddianın qismən təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olubolmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Məhkəmə, cavabdehin izahatını dinləyib, işdə olan sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(041)-1779/2016 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 14 dekabr 2007-ci il tarixdə bağlanmış və Kürdəmir RİHB-nin Xırdapay kəndi üzrə icra nümayəndəliyində 38 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 anası İddiaçı yanında saxlanılmış, xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək maddi təminatları üçün 18 iyul 2016-cı il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa sabit pul məbləğində 70 manat olmaqla, cəmi 210 (iki yüz on) manat alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan mygov informasiya sistemindən xx.xx.2025-ci il tarixli çıxarışlardan görünür ki, xx.xx.2011-ci il tarixli 1AZ-İ 615056 nömrəli, xx.xx.2013-cü il tarixli 1AZ-İİİ 110716 nömrəli və xx.xx.2009-cu il tarixli AZ-İİ 188308 nömrəli doğum haqqında şəhadətnamələrə əsasən tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il tarixdə X6, xx.xx.2013-cü il tarixdə X7 və xx.xx.2008-ci il tarixdə isə X10 doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Kürdəmir rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 77427/2016 nömrəli məktubdan görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-1779 saylı icra sənədinin icraatına tələbkarın ərizəsi əsasında “İcra Haqqında” AR Qanunun 20-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixdə xitam verilmişdir. Hal-hazırda şöbənin icraatında İddiaçı aliment tələbinə dair heç bir icra sənədi yoxdur. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli AZ-İİ 226183 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 xx.xx.2017-ci ildə Kürdəmir rayon Qeydiyyat şöbəsində 296 nömrəli akt qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Gərayev, arvada Gərayeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AA4434365 və AA5394952 nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Cavabdeh ilə X3 birgə nikahlarından xx.xx.2018-ci il tarixdə X9 və xx.xx.2022-ci il tarixdə isə X8 doğulmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 04 nömrəli arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli Əmək Müqaviləsi ilə "xxxx" MMC şirkətinə satış təmsilçisi vəzifəsinə işə qəbul olunmuş və onun aylıq əmək haqqısı DSMF, İşsizlik, İcbari Tibbi Sığorta tutulmaları daxil 420 manat təşkil edir. İşə əlavə olunmuş, Cavabdeh tərəfindən verilmiş ərizədən görünür ki, aylıq əmək haqqısı 420 manat təşkil edir. İkinci dəfə ailə həyatı qurmuş və himayəsində 2 azyaşlı uşağı vardır. Aliment tələbi ilə bağlı hər ay bir uşağa görə 100 manatdan artıq aliment ödəməyə maddi imkanı çatmır. İşin faktiki hallarından müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından Anar, Ləman və Zəhra adlı üç uşaqları doğulmuş, sonradan ailə münasibətləri pozulduğu üçün hazırda ayrı yaşayırlar. Üç uşağa görə aliment tutulması barədə məhkəmə qətnaməsi mövcud olsa da Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-1779 saylı icra sənədinin icraatına tələbkarın ərizəsi əısasında Kürdəmir rayon İcra və probasiya şöbəsində xitam verilmişdir. İddiaçı azyaşlı uşaqlarını maddi cəhətdən təmin edə, onların təlabatını ödəyə bilmədiyini bildirir və cavabdehdən aliment tələb edir. Cavabdeh isə iddia tələblərini qismən qəbul edərək hazırda yenidən ailə həyatı qurduğunu, himayəsində iki azyaşlı uşağının olmasını və uşaqların saxlanması üçün hər ay hər uşağa görə 100 manat aliment ödəyə biləcəyini bildirir. Məhkəmə qeyd edir ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Hazırki iş üzrə müəyyən edilən hallardan məlum olur ki, iddiaçı tutulmalı olunan alimentin miqdarının cavabdehin yüksək gəlirə malik olması ilə əsaslandırdığı halda, bununla bağlı hər hansı sübutunu işə əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı hər bir uşaq üçün 246 manat məbləğində aliment tələb etsə də, cavabdehin maddi vəziyyəti, yüksək gəlirə malik olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, cavabdeh yenidən nikaha daxil olaraq ailə qurmuş, həmin nikahdan iki azyaşlı uşaqları vardır, aldığı əmək haqqı tutulmalar da daxil olmaqla 420 manat təşkil edir. Bu halda üç uşağa görə iddia olunan yüksək məbləğdə aliment cavabdehin öhdəsində olan digər uşaqların maddi təminatını çətinləşdirə bilər. Buna görə də məhkəmə hər uşaq üçün tələb olunan aliment məbləğini 246 manat deyil, 100 manat səviyyəsində müəyyən etməyi məqsədəuyğun hesab edir (400x0,25=100). Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110-cu maddəsinin 110.2-ci bəndinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15№-li qərarın “8.4-10-ci bəndinə əsasən, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün ödənilməli olan dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən Cavabdeh tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 56 (əlli altı manat) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissədə dərhal icraya yönəldilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-1559/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1559/2025
28.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver