Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1584/2024 29.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh xx.xx.2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə sabit pul məbləğində 350 manat məbləğində alimentin, uşağın 3 yaşına çatana kitmi hər ay 150 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, Cavabdeh ilə el adəti üzrə evlənib ailə qurmaqla aralarında xx.xx.2020-ci il tarixdə rəsmi nikah qeyd etdirmişlər. Cavabdeh Kürdəmir rayonunun Şüşün kəndində yerləşən valideyinlərinə məxsus evə gəlin köçüb. Gəlin köçərkən özünə məxsus cehizlərini həmin evə aparıb. Birgə nikahlarından xx.xx.2022-ci il tarixdə X3 anadan olub. Cavabdehlə evləndikdən sonra onunla ər-arvad bir yerdə yaşasalarda cavabdeh onu mütamadi olaraq döyüb işgəncə verib. Onu ailə kimi saymayıb. Onu bir neçə dəfə döyüb atası evinə qovub. Ailəsinin dağılmamasına və oğlu Əlinin atasız böyüməməsinə görə cavabdehin onu mütamadi döyməsinə, işgəncə verməsinə hətda onunla birlikdə anasını belə döyməsinə dözüb. Cavabdeh fərdi təsərrüfatla məşğul olur. Cavabdeh özünə məxsus olan texnika ilə kənd camaatının təsərrüfat işlərini görüb ay ərzində kifəayət qədər pul qazansa da ona və uşağı Əliyə maddi yardım etmir. O, cavabdehə bu əməllərini irad tutanda cavabdeh onu hərdəfə döyür və söyüb təhqir edir. Bu mənada axrıncı dəfə söz-söhbətləri olanda cavabdeh onu döyüb evdən qovub. O, hazırda az yaşlı uşağı ilə birlikdə anasının himayəsində yaşayır. Bu müddət ərzində də cavabdeh nə onunla nədə ki, oğlu Əli ilə maraqlanmır və maddi köməklik etmir. Əli körpə olmaqla ona qulluq etdiyinə görə özü də heç bir yerdə işləyə bilmir və oğlunu tək başına saxlamaqda çətinlik çəkir. Ona görə də cavabdehlə rəsmi nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 350 manat alimentin və uşağın 3 yaşına çatana kitmi hər ay 150 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçı ilə xx.xx.2020-ci il tarixdə rəsmi nikah qeyd etdirmişlər. İddiaçı valideyinlərinə məxsus Kürdəmir rayonunun Şüşün kəndində yerləşən evə gəlin köçüb. Birgə nikahlarından xx.xx.2022-ci il tarixdə X3 anadan olub. Xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılıblar. İddiaçı oğlu Əli ilə birlikdə 2 aydan çoxdur ki, anası evində yaşayır. İddiaçı ona oğlu Əli ilə görüşməyə imkan vermir. Heç bir yerdə işləmir iddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. Ona görə də iddia tələbinin təmin edilməməsi baprədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, AZ T № 035298 nömrəli, nikah haqqında şəhadətnamənin əslindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə rəsmi nikah qeyd edilib. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2022-ci il tarixdə Əli adlı uşaqları doğulmuşdur. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sənədləri hərtərəfli, obyektiv araşdıraraq sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə el adəti üzrə evlənib ailə qurmaqla aralarında xx.xx.2020-ci il tarixdə rəsmi nikah qeyd etdirmişlər. Birgə nikahlarından xx.xx.2022-ci il tarixdə X3 anadan olub. Cavabdehlə evləndikdən sonra onunla ər-arvad bir yerdə yaşasalarda cavabdeh onu mütamadi olaraq döyüb işgəncə verib. Lakin ailənin qorunması üçün o buna dözüb durub. Cavabdeh fərdi təsərrüfatla məşğul olur. Cavabdeh özünə məxsus olan texnika ilə kənd camaatının təsərrüfat işlərini görüb ay ərzində kifəayət qədər pul qazansa da ona və uşağı Əliyə maddi yardım etmir. O, cavabdehə bunu irad tutanda cavabdeh onu döyür və söyüb təhqir edir. Bu mənada axrıncı dəfə söz-söhbətləri olanda cavabdeh onu döyüb evdən qovub. O, hazırda az yaşlı uşağı ilə birlikdə anasının himayəsində yaşayır. Bu müddət ərzində də cavabdeh nə onunla nədə ki, oğlu Əli ilə maraqlanmır və maddi köməklik etmir. Əli körpə olmaqla ona qulluq etdiyinə görə özü də heç bir yerdə işləyə bilmir və oğlunu tək başına saxlamaqda çətinlik çəkir. Ona görə də cavabdehlə rəsmi nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 350 manat alimentin və uşağın 3 yaşına çatana kitmi hər ay 150 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh isə iddia tələbini qəbul etməyərək iddianın təmin olunmamasını xahiş etdi. İddiaçı cavabdehin gəlirləri barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Ona görə də cavabdehin iş yeri və aylıq qazancı barədə rəsmi məlumat olmadığından aliment tələb edən şəxsin xahişi ilə alimentin miqdarı sabit pul məbləbində müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısı və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsati tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun İ bəndinə əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, valideynlərin öz uşaqları üzərində bərabər hüquq və vəzifələrə malik olması, cavabdehin maddi vəziyyəti, həmçinin aliment alan uşaqların mənafeyi nəzərə alınaraq alimentin məbləği hər ay bir uşağa görə sabit pul məbləğində 150 manat miqdarında müəyyən edilməklə xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh tutularaq İddiaçı verilməsi məqsədə müvafiqdir. İş materiallarından göründüyü kimi İddiaçı aliment tələbi ilə bağlı məhkəməyə xx.xx.2024cü il tarixdə müraciət etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən hesab edir ki, aliment xx.xx.2024-cü il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə uyğun olaraq alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də qanunun tələbinə əsasən Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 44 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinin tələbinə görə şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşağa sabit pul məbləğində 150 (bir yüz əlli) manat aliment və 50 manat uşağın 3 yaşınadək saxlanması üçün pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Əsli ilə düzdür Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1584/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1584/2024
29.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver