Məhkəmə qərarları › İş №2(041)-1637/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1637/2025

06.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1637/2025 06.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yığılan aliment pulunun ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)-400/2018 saylı qətnaməsi üzrə 11 may 2025-ci il tarixə kimi Cavabdeh xeyrinə azyaşlı uşaqları X6 və X4 "saxladığına görə" ödəməli olduğu aliment məbləğinin ödənilmiş hesab edilməsi və həmin aliment məbləğini ödəməkdən azad edilməyi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslanmışdır ki, tərəflər 3 noyabr 2012-ci il tarixdə evlənərək ailə həyatı qurmuş, 2014-cü ildə isə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan onların 3 övladı var: Dilşad (xx.xx.2014), Kəmaləddin (xx.xx.2017) və Səma (xx.xx.2021). Fəridə evdar qadın olduğu üçün ailəni dolandırmaq məqsədilə iddiaçı taksi xidməti göstərmiş, ünvanlı sosial yardım almaq üçün müraciət etsələr də, yardım ala bilməyiblər, çünki ailədə işləyən olmalıdır. İddiaçı rəsmi iş tapa bilmədiyi üçün, boşanmadan sonra alimentin azlığı halında qalan məbləği ünvanlı sosial yardım olaraq almaq ümidi ilə qarşılıqlı razılıq əsasında formal boşanma üçün Kürdəmir rayon məhkəməsinə müraciət etmişlər və məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(041)-400/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, aralarında olan nikah pozulmuş və uşaqları Dilşad və Kəmaləddinin yetkinlik yaşlarına çatanadək hər ay hər uşağa görə 80 manat alimentin İddiaçı alınıb Cavabdeh ödənilməsi qət etmişdir. Boşanma və aliment tələbi formal xarakter daşımış, Fəridə ilə ailə münasibətləri faktiki olaraq davam etmiş, boşanmadan 4 il sonra, yəni 2021-ci ildə Səma adında övladları anadan olmuşdur. Onlar hər ikisi eyni təsərrüfatı idarə edib ailə münasibətlərini qarşılıqlı olaraq davam etdiriblər. 2024-cü ildən münasibətləri həqiqətən də, pozulmuş və cavabdeh ayrı evə köçmüşdür. Bundan sonra cavabdeh Kürdəmir rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək, 2018-ci ildə formal olaraq təyin edilmiş alimenti tələb etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh ilə 3 noyabr 2012-ci il tarixdə evlənərək ailə həyatı qurmuş, 2014-cü ildə isə rəsmi nikaha daxil olmuşlar. 2024-cü ilin avqust ayınadək ər-arvad kimi birgə yaşamış və təsərrüfatlarını birgə idarə etmişlər. Kürdəmir rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)-400/2018 saylı qətnaməsi ilə nikahları öz razılıqları və məqsədli şəkildə pozulsa və hər ay hər uşağa görə 80 manat alimentin tutulması qət edilsə də, ərizədə qeyd etdiyi kimi ailə münasibətləri pozulmamış, qətnamə onlara ünvanlı sosial yardım almaq üçün sənəd kimi lazım olmuşdur. Bu halı təsdiq etmək üçün keçən 7 il müddətində cavabdehin aliment tələb etməməsi və 1 manat da olsun aliment ödəməməsi və formal boşanandan 4 il sonra, yəni 2021-ci ildə Səma adında övladlarının anadan olması sübut kimi yetərlidir. Cavabdehin anası 2024-cü ilin avqust ayında arvadı Fəridəni kiçik qızı Səma ilə birlikdə kirayədə qaldığı Şirvan şəhərinə aparmış və geri qayıtmasına imkan verməmişdir. Uşaqları Dilşad və Kəmaləddin onun yanında qalmış və təhsillərini davam etdirmişlər. Cavabdehin müvəqqəti təminat tədbiri kimi verdiyi ərizəsinə əsasən Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə uşaqlarla ünsiyyət hüququ müəyyən edilmiş, uşaqları 11 may 2025-ci il tarixdə Şirvan şəhərində anası ilə görüşə aparmış, vəkil Ruslan Mirzəyevin təşkilatçılığı ilə Şirvan şəhər polis şöbəsinin əməkdaşları qanunsuz olaraq uşaqları ondan alıb anasına vermişdir. Uşaqların təhsili yarımçıq qaldığı üçün aidiyyəti üzrə bütün instansiyalara şikayət ərizəsi göndərməsinə baxmayaraq, heç bir nəticəsi olmamışdır. Bu faktları təsdiq edən kifayət qədər sübutları var və onların bir qismini məhkəməyə təqdim etmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq. iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Məhkəmə, iddiaçının izahatını dinləyib, işdə olan sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan: - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)-400/2018 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 22 iyul 2014-cü il tarixdə bağlanmış və Kürdəmir rayon qeydiyyat şöbəsində 280 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından 05 iyul 2014-cü il tarixdə doğulmuş X18 qizi və 21 fevral 2017-ci il tarixdə doğulmuş X7 anası Cavabdeh yanında saxlanılması, 05 iyul 2014-cü il tarixdə doğulmuş X11 və 21 fevral 2017-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək maddi təminatları üçün 19 fevral 2018-ci il tarixdən başlayaraq Kürdəmir rayonu Sovla kəndində yaşayan İddiaçı hər ay hər uşağa görə sabit pul məbləğində 80 manat olmaqla, ümumilikdə 160 manat aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. - Kürdəmi şəhər R.Quliyev adına 5 nömrəli tam orta ümumitəhsil məktəbinin rəhbərliyi tərəfindən İddiaçı, övladları X11 və X2 xx.xx.2025-ci il tarixindən məktəbə getmədikləri, dərslərdə iştirak etmədikləri barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq heç bir nəticəsinin olmaması barədə məktub göndərilmişdir. -Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(041)-22/2024 saylı qərardadı ilə, İddiaçı Cavabdeh qarşı uşaq tələbinə dair mülki işə baxılıb qurtaranadək, hazırki vəziyyətdə uşağın azyaşlı olmasını nəzərə alaraq, iş üzrə yekun məhkəmə aktı çıxarılıb qanuni qüvvəyə minənədək Cavabdeh övladları- xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X6 hər həftənin şənbə və bazar günləri səhər saat 10:00-dan 16:00-dək ünsiyyət hüququ təmin edilməsi və buna mane ola biləcək hərəkətlər uşaqların atası, iş üzrə maraqlı şəxs İddiaçı və digər üçüncü şəxslərə qadağan edilməsi qərara alınmışdır. - Kürdəmi şəhər R.Quliyev adına 5 nömrəli tam orta məktəbinin xx.xx.2025-ci il tarixli, 47 və 48 nömrəli arayışlarına əsasən, X11 və X7 həqiqətən də Kürdəmi şəhər R.Quliyev adına 5 nömrəli tam orta məktəbində 2022-ci ildən hal-hazırki vaxta qədər təhsil alırlar. -Məktəbəqədər və Ümumi Təhsil Üzrə X12 Aran Regional Təhsil İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-29-69/2-N-3208-4/2025 nömrəli məktubunda, Kürdəmir şəhər R.Quliyev adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində təhsil alan X11 (5-ci sinif) və X2 (2-ci sinif) təhsildən yayınması ilə bağlı aparılan profilaktik işlər barədə məlumat verilimişdir: 2025-ci il mayın 12-də təhsildən yayınma faktı ilə bağlı profilaktik işlər aparılmış, məktəb tərəfindən məlumatlar verilmiş, valideynə və müvafiq qurumlara məktublar ünvanlanmışdır. Şagirdlərin biliyi qiymətləndirilib və tədrisin bərpası üçün lazımi addımlar atılmışdır. -Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin məktubunda, İddiaçı müraciətinə əsasən, aliment borcuna görə barəsində icra tədbirləri davam etdirildiyi, yığılmış aliment borcunun ləğv edilməsi barədə ərizəsinin hazırda məhkəmənin icraatında olduğu qeyd edilmiş və "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmə qərarları bütün dövlət orqanları və şəxslər üçün məcburidir. Həmçinin, 4.1-ci maddəyə əsasən, hər kəs qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olması izah edilmişdir. - Daxili işlər Nazirliyi Baş İctimai Təlükəsizlik İdarəsinin məktubunda, İddiaçı müraciətinə əsasən, Rəşad Kəmaləddin oğlunun Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) və Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətlərə baxılmışdır. Müraciətlərlə bağlı Şirvan şəhər Polis Şöbəsinin rəhbərliyinin qəbulunda ona hüquqları izah edilmiş və Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən ona qarşı qanunazidd hərəkətlərə yol verilməsi təsdiqini tapmamışdır. -Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Atakişili kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 872 nömrəli İddiaçı və Cavabdeh verilən arayışda, tərəflər 2022-ci ildən 02 avqust 2024-cü il tarixinə kimi Kürdəmir rayonunun Atakişili kəndində X1 məxsus evdə vətəndaş nikahında birgə yaşayıblar. Ailə tərkibləri: qızı X11 (xx.xx.2014), oğlu X7 (xx.xx.2017), qızı X15 (xx.xx.2021). -Kürdəmir Rayon Məhkəməsinə təqdim edilmiş aktda, Kürdəmir rayonunun Sovla kəndində yaşayan və sonradan Kürdəmir şəhərinə yaxın bir kənddə məskunlaşan İddiaçı Kamaləddin oğlunun uşaqları, X11 və Nəsirov Kamaləddin oğlunun təhsil və yaşayış yeri haqqında məlumat verilir: uşaqlar 11 may 2025-ci il tarixinə qədər Sovla kəndində, sonra isə Kürdəmir şəhərinə bitişik bir kənddə yaşayıblar və orada 5 saylı tam orta məktəbdə təhsil alıblar. Həmçinin, onların bazar günləri və tətillərdə Sovlada babaları Kəmaləddin Nəsirovun evində olduqları qeyd olunur. X13, X16, X9 və X3 həmin akta imza etmişlər. İşin faktiki hallarından müəyyən olunur ki, tərəflər arasında nikah Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)-400/2018 saylı qətnaməsi ilə pozulsa da, onlar birgə yaşamış, uşaqlar da atasının himayəsində olmuşdur. 2021-ci ildə Səma adında övladlarının anadan olmuşdur. Cavabdeh 2024-cü ilin avqust ayında kiçik qızı Səma ilə birlikdə anasının kirayədə qaldığı Şirvan şəhərinə getmiş və geri qayıtmamışdır. Uşaqları Dilşad və Kəmaləddin iddiaçının yanında qalmış və təhsillərini davam etdirmişlər. Cavabdehin müvəqqəti təminat tədbiri kimi verdiyi ərizəsinə əsasən Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə uşaqlarla ünsiyyət hüququ müəyyən edildiyindən iddiaçı 11 may 2025-ci il tarixdə uşaqları Dilşad və Kəmaləddini Şirvan şəhərində anası ilə görüşə aparmış, Şirvan şəhər polis şöbəsinin əməkdaşları uşaqları ondan alıb anasına vermişdir. Uşaqların təhsili yarımçıq qaldığı üçün iddiaçı aidiyyəti üzrə bütün instansiyalara şikayət ərizəsi göndərməsinə baxmayaraq, heç bir nəticəsi olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə aliment valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün məhkəmə qaydasında valideynlərdən tutulan vəsaitdən ibarətdir. Hazırki işin faktiki və mübahisə edilməyən hallarından görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)-400/2018 saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından 05 iyul 2014-cü il tarixdə doğulmuş X18 qizi və 21 fevral 2017-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə sabit pul məbləğində 80 manat olmaqla, ümumilikdə 160 manat alimentin İddiaçı tutulması müəyyən edildiyi halda, həmin uşaqlar aliment tutlmalı olan İddiaçı himayəsində olmuş və əlavə olaraq tərəflərin həmin dövrdə birgə yaşadıqları müddətdə, yəni xx.xx.2021-ci ildə Səma adında övladları anadan olmuşdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Nəsirov X5 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(041)-400/2018 saylı qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlq X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə təyin edilmiş 80 manat sabit pul məbləğində alimentin 19 fevral 2018-ci il tarixdən 11 may 2025-ci il tarixədək ödənişindən azad edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Nəsirov X5 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(041)-400/2018 saylı qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə təyin edilmiş 80 manat sabit pul məbləğində alimentin 19 fevral 2018-ci il tarixdən 11 may 2025-ci il tarixədək ödənişindən azad edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar