Məhkəmə qərarları › İş №2(041)-1654/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1654/2025

30.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1654/2025 30.09.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddia ərizələrinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək onunla Cavabdeh birgə nikahından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 280 (iki yüz səksən) manat alimentin, X2 3 yaşına çatana kimi ona qulluq etməyinə görə cavabdehdən hər ay əlavə olaraq sabit pul məbləğində 150 (yüz əlli) manat pulun, Aminin müalicəsinə görə hər ay 300 (üç yüz) manat məbləğində pulun, həmçinin mediasiya xərcinə ödədiyi 60 (altmış) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə arasında bağlanmış xx.xx.2021-ciil tarixli nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı izahat verərək bildirdi ki, Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə evlənib ailə quraraq onun valideynlərinin Kürdəmir rayonunun Pirili kəndindəki evlərinə gəlin köçmüşdür. Bir il cavabdehlə birlikdə onun valideynlərinin evində yaşayandan sonra Kürdəmir rayonuna köçüb kirayə ev tutub 2 ildə onunla birlikdə kirayədə yaşamışlar. Kirayədə yaşadıqları müddətdə cavabdehlə birgə nikahdan xx.xx.2023-cü il tarixdə Amin adlı bir uşaqları doğulmuşdur. Cehizlərinin yarısı cavabdehin valideynlərinin evində, yarısı da kirayədə yaşadıqları evdə qalmışdır. Oğlu Amin spastik terapiya. Kvadropleqik spastik serebral iflic. Uşaq serebral iflic, kvadropleqik forma diaqnozu ilə X1 Poliklinika şöbəsində dispanser qeydiyyatında olmasına baxmayaraq cavabdeh onun müalicəsi ilə maraqlanmır. Özü də İİİ dərəcəli əlil və oğlu Aminin körpə olması ilə əlaqədar işləyə bilmədiyinə görə oğlu Amini müalicə etdirə bilmir. Cavabdeh isə bütün günü telefonla danışaraq Şahsevən kəndindən olan Şəmiyeva Ellada adlı qadınla xəyanət edir. xx.xx.2025-ci il tarixdə cavabdeh onu aldadaraq maşınını düzəltdirmək adı ilə evdə oğlu Aminin müalicəsinə yığdıqları 3000 manat pulunu, ona məxsus telefonu, nişan üzüyünü götürüb Göyçay şəhərinə gedəcəyini bildirib kirayədə yaşadıqları evdən çıxmışdır. Qalan qızılları isə cavabdeh satdığa qoymuşdur. Cavabdeh xx.xx.2025-ci il tarixdə kirayə yaşadıqları evdən çıxandan sonra gecə Şəmiyeva Elladanın valideynləri kirayə yaşadıqları evə gələrək ona hədə-qorxu gələrək cavabdeh əri Cavabdeh onların qızını qaçıraraq Gürcüstan Respublikasına apardığını və onlardan şikayət edəcəklərini bildirmişdir. Hazırda xəstə oğlu Aminlə birlikdə öz valideynlərinin evində yaşayır. Oğlu Amin xəstə və körpə olmaqla ona qulluq etdiyinə görə özü də heç bir yerdə işləyə bilmir və oğlunu təkbaşına saxlamaqda maddi çətinlik çəkir. Qarşılıqlı iddiaya isə etiraz etmir. Boşanmağa razıdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, Cavabdeh İddiaçı ilə 17 mart 2021-ci ildə rəsmi nikaha daxil olmuşlar. Bu nikahdan tərəflərin xx.xx.2023-cü il təvəllüdlü uşağı X4 doğulmuşdur. Cavabdeh İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək iddiaçıdan bir uşağın saxlanması üçün aliment tələbi barədə iddia qaldırmışdır. Nikaha girdikdən sonra iddiaçı Cavabdeh İddiaçı ilə münasibətləri bir müddət normal olsa da, sonradan cavabdehlə münasibətləri pozulmuşdur. Cavabdeh həyat yoldaşının ailə üçün etdiyi fədakarlığını qiymətləndirməmiş, əksinə yalanları ilə öz ailəsini dağıtmışdır. Cavabdeh Pirili kəndinə iddiaçının ailəsinə məxsus evə gəlin getsə də, sonradan təkidlə rayonda yaşamağa gəlmişdir. İddiaçı hal-hazırda Gürcüstan Respublikasında işləməyə getmişdir. İlkin iddianı uşağın saxlanması üçün qanunla müəyyən edilmiş həddə, yəni 246 manat aliment hissəsində qəbul edir, digər hissələrdə isə qəbul etmirlər. Qarşılıqlı iddianın isə təmin olunmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia qismən və qarşılıqlı iddia tələbləri isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Kürdəmir regional “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İİ № 467998 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə X5 xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında 216 nömrə ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra ərə Abdurahmanov, arvada Abdurahmanova soyadı verilmişdir. İş materiallarında olan Kürdəmir regional “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZ-İV № 941699 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən tərəflərin birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü X4 doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair verilmiş məlumatdan görünür ki, İddiaçı xx.xx.2026-cı ilə kimi üçüncü dərəcəli əlillik dərəcəsi verilmişdir. Daiqanozu İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İ tip ağır forma insulindən asılı tez-tez ketoasidoz hipoqlikemik vəziyyətlə, İnsulindən asılı şəkərli diabet, Böyrəklərin zədələnmısi ilə, Diabetik neyropatiya, İnsulindən asılı şəkərli diabet, Gözlərin zədələnməsi ilə, OU diabetik retenopatiya, İnsulindən asılı şəkərli diabet, Nevroloyi ağırlaşmalarla, Diabetik polineyropatiya, Diffuz urla müşayiət olunan anadangəlmə hipotireoz, Hipotireyoz, D vitamininin çatmamazlığı, Vit D defsiti, Dəmir defisitli anemiya, Anemiya, Arxa qütbün və ləkənin degenerasiyası, Arxa qütbün degenerasiyası. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair verilmiş məlumatdan görünür ki, X3 müddətsiz olaraq birinci dərəcəli əlillik dərəcəsi verilmişdir. Diaqnozu Spastik tetraplegiya, Kvadroplegik spastik serebral iflic, Uşaq serebral iflici, kvadroplegik forma. Elektron Məhkəmə Elektron İnformasiya Sistemi vasitəsilə verilmiş sorğuya cavabdan görünür ki, İddiaçı üçüncü dərəcəli əlil olmaqla 120 manat, X4 isə birinci dərəcəli əlil olmaqla 180 manat müavinət alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmə ilkin iddia üzrə cavabdehin nikahın pozulmasına təkid etməsini və ilkin iddia üzrə iddiaçının 3 ay vaxt verilmədən nikahın pozulmasına razı olmasını nəzərə alaraq qeyd edir ki, tərəflər arasında Kürdəmir regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixində bağlanmış 216 nömrəli nikah pozulmalıdır. Həmin Məcəllənin 22.2.1-ci maddəsinə əsasən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməlidir. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən, uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə iddia tələbi ilə bağlı uşağın azyaşlı olmasını və tərəflər arasında yetkinlik yaşına çatmayan uşağın hansı valideynin yanında qalması barədə mübahisə olmadığını nəzərə alaraq qeyd edir ki, xx.xx.2023-cü il təvəllüdlü X2 anası İddiaçı yanında qalması müəyyən edilməlidir. Həmin Məcəllənin 22.2.2-ci maddəsinə əsasən, nikahın pozulması haqqında qətnamə qəbul edilərkən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanunla 2025-cü il üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını müəyyən edən saziş təqdim edə bilərlər. Qeyd edilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. İddia ərizəsində birgə nikahdan doğulmuş uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 280 manat sabit pul məbləğində alimentin tutulması xahiş edilsə də məhkəmə hesab edir ki, uşaqlar üçün yaşayış minimumu, valideynlərin öz uşaqları üzərində bərabər hüquq və vəzifələrə malik olması, cavabdehin maddi vəziyyəti, həmçinin aliment alan uşağın mənafeyi nəzərə alınaraq alimentin məbləği 246 manat məbləğində müəyyən edilməlidir. Ailə Məcəlləsinin 110-cu maddəsinin 2-ci bəndinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbinə əsasən, sabit pul məbləğində təyin edilən alimentin miqdarı ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidir (400 x 0,615 = 246 manat). Məhkəmə ilkin iddia üzrə iddiaçının iddia tələbinin “uşağın 3 yaşına çatana qədər cavabdehdən əlavə 150 manat pulun ödənilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbinin bu hissəsinin əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsi təşkil edir. AM-in 84.1-ci maddəsinə görə, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2 və 84.2.2-ci maddələrinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Göründüyü kimi, ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad o halda ərindən məhkəmə qaydasında aliment ödəməsini tələb edə bilər ki, tərəflərin rəsmi nikahı olsun, ər arvada maddi cəhətdən kömək göstərilməsindən imtina etsin və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmasın, eləcə də alimenti ödəməli olan tərəf zəruri vəsaitə malik olsun. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı cavabdehin zəruri vəsaitə malik olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etmədi. Odur ki, məhkəmə iddia tələbini bu hissədə qismən, 50 manat məbləğdə təmin edilməsi qənaətinə gəlir. Məhkəmə ilkin iddia üzrə iddiaçının iddia tələbinin uşağın müalicəsinə görə hər ay 300 (üç yüz) manat məbləğində pulun tutulmasına münasibətdə qeyd edir ki, uşağın müalicəsi üçün hər ay həmin məbləğdə pul xərclənməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə əldə olunmuş məlumata əsasən, uşağın müalicəsi üçün hər ay dövlət tərəfindən 180 manat müaviənt ödənilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, ilkin iddia tələbi qismən və qarşılıqlı iddia tələbi isə tam təmin edilməli, tərəflər arasında xx.xx.2022-ci il tarixdə Kürdəmir regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmalı, birgə nikahdan olan xx.xx.2023-cü il təvəllüdlü X2 ananın yanında qalması müəyyən edilməli, Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmasına görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulmalı, xx.xx.2023-cü il təvəllüdlü X2 3 yaşına çatana kimi ona qulluq etməyinə görə Cavabdeh 50 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməli, ödənilmiş mediasiya xərci ilkin iddia üzrə cavabdehə aid edilməli, iddia tələbləri qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə cavabdehdən yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tutulmalı olan aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən tutulmalı və alimentin tutulması dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, mediasiya xərci ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220-ci, 358ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən, qarşılıqlı iddia tələbi isə tam təmin edilsin. İddiaçı və Cavabdeh arasında Kürdəmir regional “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə 216 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulsun. Tərəflərin birgə nikahdından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması müəyyən edilsin. xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulsun. İlkin iddia üzrə Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X4 3 yaşına çatanadək, yəni xx.xx.2026-cı il tarixədək hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İlkin iddia üzrə Cavabdeh mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manat tutularaq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İlkin iddia üzrə Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 49.52 (qırx doqquz manat əlli iki qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar