Məhkəmə qərarları › İş №2(041)-1683/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1683/2024

28.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1683/2024 28.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh xx.xx.2024-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə sabit pul məbləğində 300 manat məbləğində alimentin, uşağın 3 yaşına çatana kimi hər ay 100 manat pulun və Mediasiya şurasına ödədiyi 50 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, Cavabdeh ilə 2023-cü il tarixdə el adəti üzrə evlənib ailə qurmaqla cavabdehin Masallı rayonunun Təzə Alvadı kəndində yerləşən valideyinlərinə məxsus evə gəlin köçüb. Qaynı Məcid onların nikah bağlanmasına mane olduğu üçün cavabdehlə aralarında rəsmi nikah qeyd etdirməyiblər. Gəlin köçdüyü vaxtdan 8 ay sonra cavabdeh yaşamaq üçün başqa ev tapmaq adı ilə onu Kürdəmir şəhəri, Aşıq Bilal küçəsində yaşayan nənəsi Tehran Əliyevanın yanına gətirib ona və nənəsinə bildirib ki, ev tapıb gəlib onu aparacaq. Bundan sonra cavabdeh onunla əlaqə saxlamayıb və telefonuna cavab verməyib. O, nənəsinin yanına gələndə cavabdehdən hamilə idi. xx.xx.2024-cü il tarixdə oğlu anadan olub. Cavabdehə telefon vasitəsi ilə məlumat verərək anadan olan övladına atalıq verməsini bildirib. Bundan sonra cavabdeh onunla heç bir əlaqə saxlamayıb və telefona cavab verməyib. O, məcburiyyət qarşısında qalıb oğluna öz soyadı ilə doğum haqqında şəhadətnamə alıb. Sonradan övladının atalığının tanınması üçün və cavabdehin soyadına keçirilməsi ilə əlaqədar cavabdehə olan təklifləri nəticəsiz qalıb. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il taitxli 2(041)- 870/2024 nömrəli qətnaməsinə əsasən atalıq müəyyən olunmuş və xx.xx.2024-cü il tarixdə doğulmuş oğlunun adına yeni xx.xx.2024-cü il tarixli AZ №010726 qeydiyyat nömrəli doğum haqqında şəhadətnamə alıb. Hazırda övladı 6 ay 21 günlükdür. Keçən müddət ərzində uşağın atası kimi cavabdeh onunla maraqlanmayıb. Uşağı saxlamaq sahəsində təlabat artır və hazırda bu sahədə o, problemlər yaşayır, yeganə gəlir mənbəyi nənəsinin aldığı pensiyadır. Bu səbəbdən də cavabdehdən aliment tələb etmək qərarına gəlib. Ona görə də Cavabdeh qeyri rəsmi rəsmi nikahlarından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay bir uşağa görə sabit pul məbləğində 300 manat alimentin və uşağın 3 yaşına çatana kitmi hər ay 100 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, AZ İ № 439625 nömrəli, atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X1 atası hesab edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, AZ V № 010726 nömrəli, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin faktiki nikahlarından xx.xx.2024-cü il tarixdə Fariz adlı uşaqları olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il taitxli 2(041)-870/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh faktiki nikahlarından xx.xx.2024cü il darxdə doğulmuş X1 atasının Masallı rayonunun Təzə Alvadı kənd sakini Cavabdeh olması müəyyən edilmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, işdə olan sənədləri hərtərəfli, obyektiv araşdıraraq sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı, Cavabdeh ilə 2023-cü il tarixdə el adəti üzrə evlənib ailə qurmaqla cavabdehin Masallı rayonunun Təzə Alvadı kəndində yerləşən valideyinlərinə məxsus evə gəlin köçüb. Qaynı Məcid onların nikah bağlanmasına mane olduğu üçün cavabdehlə aralarında rəsmi nikah qeyd etdirməyiblər. Gəlin köçdüyü vaxtdan 8 ay sonra cavabdeh yaşamaq üçün başqa ev tapmaq adı ilə onu Kürdəmir şəhəri, Aşıq Bilal küçəsində yaşayan nənəsi Tehran Əliyevanın yanına gətirib ona və nənəsinə bildirib ki, ev tapıb gəlib onu aparacaq. Bundan sonra cavabdeh onunla əlaqə saxlamayıb və telefonuna cavab verməyib. O, nənəsinin yanına gələndə cavabdehdən hamilə olub. xx.xx.2024-cü il tarixdə oğlu anadan olub. Cavabdehə telefon vasitəsi ilə məlumat verərək anadan olan övladına atalıq verməsini bildirib. Bundan sonra cavabdeh onunla heç bir əlaqə saxlamayıb və telefona cavab verməyib. O, məcburiyyət qarşısında qalıb oğluna öz soyadı ilə doğum haqqında şəhadətnamə alıb. Sonradan övladının atalığının tanınması üçün və cavabdehin soyadına keçirilməsi ilə əlaqədar cavabdehə olan təklifləri nəticəsiz qalıb. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il taitxli 2(041)-870/2024 nömrəli qətnaməsinə əsasən atalıq müəyyən olunmuş və xx.xx.2024-cü il tarixdə doğulmuş oğlunun adına yeni xx.xx.2024-cü il tarixli AZ №010726 qeydiyyat nömrəli doğum haqqında şəhadətnamə alıb. Hazırda övladı 6 ay 21 günlükdür. Keçən müddət ərzində uşağın atası kimi cavabdeh onunla maraqlanmayıb. Uşağı saxlanılması üçün təlabat artığından, problemlər yaşayır, yeganə gəlir mənbəyi nənəsinin aldığı pensiyadır. Bu səbəbdən də cavabdehdən aliment tələb etmək qərarına gəlib. Ona görə də Cavabdeh qeyri rəsmi nikahlarından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay bir uşağa görə sabit pul məbləğində 300 manat alimentin və uşağın 3 yaşına çatana kitmi hər ay 100 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh isə iddia tələbini qəbul etməyərək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. İddiaçı cavabdehin gəlirləri barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Ona görə də cavabdehin iş yeri və aylıq qazancı barədə rəsmi məlumat olmadığından aliment tələb edən şəxsin xahişi ilə alimentin miqdarı sabit pul məbləbində müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin İİ bəndində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyası 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısı və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsati tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun İ bəndinə əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, valideynlərin öz uşaqları üzərində bərabər hüquq və vəzifələrə malik olması, cavabdehin maddi vəziyyəti, həmçinin aliment alan uşaqların mənafeyi nəzərə alınaraq alimentin məbləği hər ay bir uşağa görə sabit pul məbləğində 150 manat miqdarında müəyyən edilməklə uşağın 3 yaşına çatana kimi hər ay 50 manat pulun xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh tutularaq İddiaçı verilməsi məqsədə müvafiqdir. İş materiallarından göründüyü kimi İddiaçı aliment tələbi ilə bağlı məhkəməyə xx.xx.2024cü il tarixdə müraciət etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən hesab edir ki, aliment xx.xx.2024-cü il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə uyğun olaraq alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də qanunun tələbinə əsasən Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 38 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinin tələbinə görə şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh faktiki nikahlarından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 23 iyul 2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşağa sabit pul məbləğində 150 (yüz əlli) manat aliment və 50 manat uşağın 3 yaşınadək saxlanması üçün pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 38 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar