Məhkəmə qərarları › İş №2(041)-1707/2023

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1707/2023

27.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1707/2023 27.09.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5, tərəflərin iştirakı olmadan, iddiaçı X1 Cavabdeh qarşı cavabdehə məxsus cehiz əşyalarının çıxarılması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin binasında baxaraq, MÜƏYYƏNETDİ: iddiaçı X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəmyə müraciət edərək ona məxsus cehiz əşyalarının onun evindən çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yol verilməzliyinə görə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddiaçı Cavabdeh X2 və X4qa qarşı cehiz əşyaların qanunsuz sahiblikdən azad edilməsi barədə ərizə ilə Abşeron rayon məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.21023-cü il tarixli 2(012)- 1789/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçıya məxsus cavabdehlərdə qalmış cehiz əşyalarının götürülməsi qət olunmuşdur. Göründüyü kimi məhkəmə qətnaməsi ilə mübahisəyə hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin tələblərinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbayçan Respublikası Mülki-Prosessual Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslanmış qərar çıxarır, işə məhkəmə qaydasında baxılmalı deyildirsə iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardad ərizəyə əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-153, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: iddiaçı X1 Cavabdeh qarşı cavabdehə məxsus cehiz əşyalarının çıxarılması tələbinə dair iddia ərizəsindən iddianın yolverilməzliyinə görə imtina olunsun. Ərizəni qəbul etməkdən imtina barədə qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçı X2 rəsmi qaydada verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon məhkəməsinə şikayət verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar