Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1707/2025 28.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X16 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçının nümayəndəsi X5 Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X1, xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay müəyyən edilmiş 246 manat alimentin miqdarının (həcminin) azaldılaraq, İddiaçı qazancından 3/4 hissəsini tutmaqla ümumilikdə 495 manat alimentin İddiaçı tutularaq Cavabdeh verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-4182/2024 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş və birgə nikahdan anadan olmuş övladları, xx.xx.2018-ci il təvəllüdlü X4, xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X7 ananın himayəsinə verilmiş və hər uşağa görə hər ay 246 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Hal-hazırda məhkəmə qətnaməsi ilə təyin olunmuş alimentin ödənilməsi İddiaçı çətinliklər törətməkdədir. Belə ki, İddiaçı SEE BREEZ də qeyri-rəsmi sürücü işləyirdi və xx.xx.2025-ci ildən işdən çıxarılmışdır. xx.xx.2025-ci ildə Sabunçu rayon İcra Şöbəsinin icra məmuruna "işlə təmin olunması" üçün müraciət etmiş, işlə təmin olunmasına dair "DOST" mərkəzinin məşğulluq şöbəsinə yönəldilmiş, lakin təklif olunan maaşlar 450-500 manat civarında olması səbəbindən işlə təmin edilməmişdir. İddiaçı hal-hazırda 22 manatlıq günəmuzd işlə təmin olunmuşdur. İddiaçının nümayəndəsi X9 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Sabunçu rayon Məhkəməsinin qərarı ilə İddiaçı hər uşağa görə ayda 246 manat aliment tutulması qət edilmişdir. İddiaçı işsiz qaldığı və hazırda günəmuzd işlə təmin olunduğu üçün aliment ödənişində çətinliklər yaşayır. O, işlə təmin olunmaq üçün müraciət etsə də, təklif olunan maaşların azlığı səbəbindən işlə təmin edilməmişdir. İddianın təmin olunmasını xahiş etdi. Cavabdeh izahatında göstərdi ki, İddiaçı bir müddətdir ki artıq aliment ödəməkdən yayınır və ona görə də aliment borcu mövcuddur. İddiaçının ödədiyi alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Qızı əlildir onun müalicə olunmasına ehtiyac var, müalicələrin olunması üçün maddi imkanı yoxdur. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Məhkəmə, tərəflərin izahatını dinləyib, qeyd edilən və işdə olan digər sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş; - Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-4182/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X4, xx.xx.2020-ci il təvəllüdlü X6 atadan alınaraq Cavabdeh himayəsinə verilməsi, xx.xx.2021-ci il təvəllüdlü X7 isə boşanmadan sonra anasının himayəsində saxlanılması, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. - Bakı şəhər Sabunçu rayon İHB-nın Maştağa qəsəbəsi inzibatə ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 2205 nömrəli arayışına əsasən, İddiaçı həqiqətən də Maştağa qəsəbəsi, Ərəblinski küçəsi ev 6 ünvanında daimi passport qeydiyyatındadır. - 5 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. -4 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2018-ci il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. -Kürdəmir regional “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. -Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin Maştağa qəsəbəsi bölməsinin xx.xx.2016-cı il tarixli, AZ-İİ 166053 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə X10 nikahı xx.xx.2020-ci il tarixdə 117 nömrə ilə qeydə alınıb. Nikah bağlandıqdan sonra arvada Sadıqova soyadı verimişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcud deyildir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4182/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qanuni qüvvəsini alıb. Qətnamədən apellyasiya şikayəti verilməmişdir. Təyin edilmiş alimentin məbləği həmin qətnamədə kifayət qədər əsaslandırılmış, qətnamə çıxarıldıqdan sonra İddiaçı ailə vəziyyətində dəyişiklik baş verməmişdir. Məhkəmə uşaqların diqqətəlayiq mənafeyini nəzərə alaraq qeyd edir ki, alimentin azaldılması tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 238-ci, 241-244-cü, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-1707/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1707/2025
28.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver