Məhkəmə qərarları › İş №2(041)-1717/2025

Kürdəmir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(041)-1717/2025

05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1717/2025 05.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X11 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4 və Cavabdeh5 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsinin üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cu il tarixli qərarı və JN-0032, KOD 90616048 saylı torpaq mülkiyyət hüququna dair Dövlət aktı ilə cavabdehlərə verilmiş Kürdəmir rayonunun Yeni Şıxımlı kəndi ərazisində yerləşən 6.29 ha torpaq sahəsinə dair cavabdehlər Cavabdeh5, X3, Cavabdeh4, X2, X6 ilə faktiki olaraq bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1999-cu ilin ortalarında Kürdəmir rayonu Yeni Şıxımlı kənd sakini Cavabdeh4 ailə üzvlərinin birgə mülkiyyətində olan, 6.29 ha torpaq sahəsini satmaq istədiyini bildirmiş və razılığa gələndən sonra sənədlərin hazırlanması üçün vaxt istəmişdir. Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətini ona təqdim edəndə orada göstərilən ailə üzvlərinin razılığını alıb notariusa getmələri barədə vədələşsələr də, lazım olan sənədləri toplaya bilmədiyindən məsələ uzandığına görə Cavabdeh4 torpağın pulunu ödəmiş və bundan sonra dövlət aktında adları olan şəxslər ona ayrı-ayrılıqda 10 il müddətinə etibarnamə vermişlər. Sonradan Köşəlinin qardaşı Azizbəyə əlavə olaraq 200 ABŞ dolları vermiş, bu barədə xx.xx.2007-ci ildə yazılı qəbz yazıb ona vermişdir. Sonradan məlum olmuşdur ki, cavabdehlər daimi yaşamaq üçün Türkiyəyə köçmüşlər. Torpağa aid sənədlər, etibarnamələr və sir sənədləri olsa da, cavabdehlərin notariusda iştiraklarını təmin etmək mümkün olmadığından alqı-satqı müqaviləsini bağlamaq onlardan asılı olmayan səbəblərə görə baş tutmamışdır. 25 il müddətdir ki, həmin torpaq sahəsindən istifadə edir, lakin aralarında rəsmi alqı-satqı müqaviləsi bağlanmadığı üçün torpaq sahəsini öz adına rəsmiləşdirə bilmir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianınn təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məhkəmə bildirişi göndərilmiş, göndərilən məhkəmə sənədləri “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçı yazılı ərizə verərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: -torpağa mülkiyyət hüququna dair dövlət aktında (JN 0032, KOD ********) Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı qərarı ilə 6.29 ha torpaq sahəsi 6 nəfər ailə üzvü ilə (1. Cavabdeh5, 2. Cavabdeh1, 3. X4, 4. X1, 5. X5, 6. Cavabdeh3) verilmişdir. - X4, Cavabdeh1, Cavabdeh2, X5 xx.xx.2007-ci il tarixində, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cu il tarixli qərarı və JN-0032, KOD 90616048 saylı torpaq mülkiyyət hüququna dair Dövlət aktına əsasən, Kürdəmir rayon Yeni Şıxımlı kəndində yerləşən ailələrinə verilmiş 6.29 ha torpaq sahəsindən onlara düşən hissəsini satmağı, pulunu almağı, aldığına dair imza etməyi və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar olan bütün hərəkətləri etməyi İddiaçı 10 il müddətinə etibar etmişlər. -İskəndərov Əziz bəy Binəli oğlu, İddiaçı satdığı torpağa görə xx.xx.2007-ci il tarixdə 200 ABŞ dolları aldığını imzası ilə təsdiq etmişdir. İş materiallarına eyni zamanda şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamələrin sürətləri əlavə edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3.1-ci maddəsinə görə məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Hazırki iş üzrə tərəflər arasında yaranmış münasibətlər 1999-cu ildə yarandığına görə, mübahisənin hüquqi əsasını da həmin dövrdə qüvvədə olmuş maddi hüquq normaları təşkil etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.4-cü maddəsinə əsasən əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır. 23 dekabr 2003-cü il tarixli 566-İİQD nömrəli "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə Məcəllənin 179.1-ci maddəsi yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi: 179.1. Daşınmaz əmlakın mülkiyyətçisi olmayan, lakin on il ərzində ona öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik edən fiziki və ya hüquqi şəxs bu əmlaka mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). 24 iyun 2005-ci il 949-İİQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu ilə 179.1-ci maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi: 179.1. Daşınmaz əmlak mülkiyyət hüququ ilə heç kəsə mənsub olmadıqda və ya daşınmaz əmlakın mülkiyyətcisini müəyyən etmək mümkün olmadıqda, daşınmaz əmlakın mülkiyyətcisi olmayan, lakin on beş il ərzində ona öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik edən fiziki və ya hüquqi şəxs bu əmlaka mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). 179.2. Daşınmaz əmlaka sahiblik müddətinə əsaslanan şəxs hüquq varisi olduğu şəxsin bu əmlaka sahiblik etdiyi bütün müddəti öz sahiblik müddətinə birləşdirə bilər. 179.3. Əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququrta malikdir. 179.4. Əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlakı əldə etmiş şəxsin həmin əmlaka mülkiyyət hüququ bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. 24 iyun 2005-ci il 949-İİQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu ilə Məcəllədən 330-cu maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:-330.1. Bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yazılı (sadə və ya notarial) forması müəyyənləşdirilməmiş əqd şifahi bağlana bilər. 330.2. Əgər tərəflərin razılaşmasında ayrı qayda müəyyənləşdirilməyibsə, bağlanarkən icra edilən bütün əqdlər şifahi bağlana bilər, amma notarial forması müəyyənləşdirilmiş əqdlər və sadə yazılı formasına riayət edilməməsi etibarsızlığına səbəb olan əqdlər istisna təşkil edir. 330.3. Yazılı formada bağlanmış müqavilənin icrası üçün əqdlər, əgər bu, bu Məcəlləyə və müqaviləyə zidd deyildirsə, tərəflərin razılaşması ilə şifahi bağlana bilər. 24 iyun 2005-ci il 949-İİQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu ilə Məcəllədən 335-ci maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi: 335.2. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. 335.3. Əqdin notariat qaydasında təsdiqlənməsindən əsassız boyun qaçıran tərəf əqdin bağlanmasının ləngidilməsi nəticəsində dəyən zərərin əvəzini digər tərəfə ödəməlidir. 336.1. Əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. 336.2. Zərərin əvəzinin ödənilməsi ilə bağlı digər hüquqlar toxunulmaz qalır. Ona görə də, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cu il tarixli qərarı və JN-0032, KOD 90616048 saylı torpaq mülkiyyət hüququna dair Dövlət aktı ilə cavabdehlərə verilmiş Kürdəmir rayonunun Yeni-şıxımlı kəndi ərazisində yerləşən 6.29 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmış hesab edilməli və iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hữuququ tanınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 may 2003-cü ildə Qarrax Çexiyaya qarşı iş üzrə qəbul etdiyi qərarında nümayiş etdirdiyi mövqeyə görə real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da əmlak hüquqları və beləliklə, «mülkiyyət kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə malik olduğuna dair tələblərini də əhatə edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi eyni hüquqi mövqeyini Akimova Azərbaycana qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında da göstərmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara Azərbaycan Respublikası MPM-nin 88-cimaddəsinin müddəalarına əməl edilməklə qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı və JN-0032, KOD 90616048 saylı torpaq mülkiyyət hüququna dair Dövlət aktı ilə cavabdehlərə verilmiş Kürdəmir rayonu, Yeni Şıxımlı kənd ərazisində yerləşən 6.29 ha torpaq sahəsinə dair cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4 və Cavabdeh5 ilə İddiaçı arasında olan alqı-satqı müqaviləsi bağlanmış hesab edilməli, Kürdəmir rayon Yeni Şıxımlı kənd ərazisində yerləşən 6.29 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ tanınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin olunsun. Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı və JN- 0032, KOD 90616048 saylı torpaq mülkiyyət hüququna dair Dövlət aktı ilə cavabdehlərə verilmiş Kürdəmir rayonu, Yeni Şıxımlı kənd ərazisində yerləşən 6.29 ha torpaq sahəsinə dair cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4 və Cavabdeh5 ilə İddiaçı arasında olan alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin və həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ tanınsın. Cavabdehlər qiyabi qətnamənin onlara rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış Kürdəmir rayon məhkəməsinə ərizə verməyə haqlıdırlar. Həmin müddət bitdikdən sonra qiyabi qətnamədən 1 ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar