Məhkəmə qərarları › İş №2(041)-1861/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1861/2025

26.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1861/2025 26.09.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1334/2024 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü Nümayəndə Yaşar qızının onun yanında saxlanılması nəzərə alınaraq, hər bir uşağa görə 250 manat, cəmi 500 manat alimentin təyin olunaraq, Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kürdəmir Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli, 2(041)-433/2018 saylı qətnaməsinə əsasən, cavabdehlə aralarında olan nikah pozulmuş, birgə nikahdan olan 3 övladları ananın yanında saxlanılmış və qazancının yarısı miqdarında aliment təyin olunmuşdur. Bundan sonra cavabdehlə aralarında barışıq əldə olunmuş və bir müddət nikah bərpa olunmadan bir yerdə yaşamışlar və 4-cü uşaqları doğulmuşdur. Bundan sonra yenə aralarında narazılıq yaranmış, onlar ayrılmış və hal-hazırda ayrı yaşayırlar. Ayda 940 manat əmək haqqından aliment tutularaq cavabdehə ödənilir. 18 noyabr 2022-ci ildən oğlu xx.xx.2010-cu il təvəllüdlü X9 və qızı xx.xx.2014-cü il təvəllüdlü Nümayəndə Yaşar qızı onun yanında daimi yaşamağa başlamışlar. Onlar analarının yanına getmək istəmirlər. Yanında daimi yaşayan hər iki övladının yanında saxlanılması barədə Kürdəmir Rayon Məhkəməsinə ərizə vermiş və Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1334/2024 saylı qətnaməsi ilə, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X9 və qızı xx.xx.2014-cü il təvəllüdlü Nümayəndə Yaşar qızı ataları iş üzrə İddiaçı, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X5 anaları iş üzrə Cavabdeh yanında saxlanılmışdır. Daha sonra məhkəmə qətnaməsini Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə təqdim etmiş və aliment ödənişinin dayandırılmasını xahiş etmişdir. Lakin yanında qalan 2 uşağa görə aliment ödənişinə görə məhkəmə qətnaməsinin olmasını bildirmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə əlavə olaraq bildirmişdir ki, oğlu Yaşar hərbiçi- gizir olmaqla hal-hazırda Gədəbəydə işləyir. 3 ildir ki, qarşı tərəflə aralarında aliment üzərində mübahisələr davam edir. Nümayəndə Yaşar qızı 3 yaşından etibarən onların himayəsində yaşamasına baxmayaraq Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-35/2024 saylı qətnaməsi ilə atasından alınaraq anasına verilmiş və saxlanılması üçün hər ay oğlundan 386 manat miqdarında aliment tutulur. Daha sonra Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1334/2024 saylı qətnaməsi ilə 2 uşaq anaya, 2 uşaq isə atanın himayəsinə verilmişdir. Oğlunun himayəsində olan uşaqların saxlanması üçün aliment kəsilməsini yox, kəsilmiş 386 manat alimentin dayandırılmasını xahiş edir. Anası uşaqların saxlanılmasına maddi imkanı çatmırsa onları da oğlu Yaşarın himayəsinə verə bilər. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayənədinin izahatını dinləyib, işdə olan sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)-433/2018 saylı qətnaməsindən görünür ki, X6 ilə İddiaçı arasında 07 iyul 2009-cu ildə tarixdə bağlanmış və Kürdəmir RİHB-nın Mollakənd İcra Nümayəndəliyində 10 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il tarixdə doğulmuş X9, xx.xx.2012-ci il tarixdə doğulmuş X8 və xx.xx.2015-ci il tarixdə doğulmuş Nümayəndə Yaşar qızının anaları X1 yanında saxlanılması, xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü Nümayəndə Yaşar qızının yetkinlik yaşına çatanadək maddi təminatları üçün azyaşlı uşaqların cavabdeh İddiaçı alındığı vaxtdan onun qazancının (başqa gəlirlərinin) yarısının tutularaq Kurdəmir rayonu, Carlı kəndində yaşayan X4 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-35/2024 saylı qətnaməsindən görünür ki, xx.xx.2014-cü il tarixdə anadan olmuş Nümayəndə Yaşar qızının atası İddiaçı alınaraq anası X1 himayəsinə verilməsi, xx.xx.2010-cu il tarixdə anadan olmuş X7 anası X2 alınaraq atası İddiaçı himayəsinə verilməsi qət edilmişdir. iş materiallarına əlavə edilmiş Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1334/2024 saylı qətnaməsindən görünür ki, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü Nümayəndə Yaşar qızının ataları, iş üzrə İddiaçı, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X3 anaları, iş üzrə Cavabdeh yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli AZ-İİ 415796 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə X9 doğulmuşdur. İş materiallarında olan xx.xx.2014-cü il tarixli AZ-İİİ 304300 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2014-cü il tarixdə Nümayəndə Yaşar qızı doğulmuşdur. İşin faktiki hallarından müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından Alı, Murad, Pəri və Nuray adlı uşaqları doğulmuş, sonradan ailə münasibətləri pozulduğu üçün nikahları pozulmuş, hazırda ayrı yaşayırlar. Uşaqlarından ikisi- Alı, Pəri atasının, digər ikisi- Murad və Nuray isə analarının himayəsində saxlanılmışdır. İddiaçı onda saxlanılan uşaqlara görə cavabdehin də aliment ödəməli olduğunu bildirir. Məhkəmə qeyd edir ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Hazırkı iş üzrə iddiaçı məhkəməyə müraciət edərək birgə nikahdan doğulmuş iki uşağının saxlanılması üçün cavabdeh - uşaqların anasından aliment tələb etsə də onun maddi vəziyyəti, zəruri vəsaitə malik olması barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə verilmiş sorğulara əsasən də cavabdehin, yəni uşaqların anasının maddi vəziyyəti və gəlirləri barədə məlumat aşkar edilməmişdir. İş üzrə toplanmış sübutlar və iddiaçının nümayəndəsinin izahatları əsasında müəyyən edilmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulduqdan sonra, tərəflərin birgə nikahlarından doğulmuş uşaqlar - X9, X8 və Nümayəndə Yaşar qızının anaları X1 yanında saxlanılması və onların yetkinlik yaşına çatanadək cavabdeh İddiaçı qazancının (başqa gəlirlərinin) yarısının tutularaq X4 ödənilməsi müəyyən edilmişdir. Sonradan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə X9 və Nümayəndə Yaşar qızının atalarının yanında, X8 və tərəflərin nikahlarının pozulmasından sonra doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X3 isə anaları Cavabdeh yanında saxlanılması müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində və nümayəndəsi məhkəmə iclasında verdiyi izahatlarda göstərmişdir ki, əvvəllər üç uşağa görə cavabdehin qazancının (başqa gəlirləri də daxil olmaqla) yarısı aliment kimi tutulmuşdur. Sonradan uşaqlardan ikisinin atasının himayəsinə verilməsi səbəbindən həmin hissədə alimentin dayandırılması tələb olunur. Bununla belə, iddia tələbində uşaqların atasının himayəsinə verilməsinə baxmayaraq, həmin uşaqlara görə ödənilən alimentin dayandırılması deyil, əksinə iki uşağa görə aliment tutulması istənilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı cavadehlə birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü Nümayəndə Yaşar qızının onun yanında saxlanılması nəzərə alınaraq, hər bir uşağa görə 250 manat, cəmi 500 manat miqdarında alimentin cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıya uşaqlardan ikisinin onun yanında saxlanılması nəzərə alınmaqla alimentin azaldılması barədə iddia qaldırmaq hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməsin. İddiaçıya uşaqlardan ikisinin onun yanında saxlanılması nəzərə alınmaqla alimentin azaldılması barədə iddia qaldırmaq hüququ izah edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar