Məhkəmə qərarları › İş №2(041)-1871/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1871/2025

30.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1871/2025 30.09.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X12 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakları ilə, İddiaçı Əlimövsüm oğlunun Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Əlimövsüm oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(041)-78/2025 nömrəli qərardadına əsasən Cavabdeh Vidavdi qızı ilə birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlu X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün ondan Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.77 misli həddində sabit pul məbləğində tutulan alimentin miqdarının azaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikahlarını xx.xx.2008-ci il tarixdə qeyd etdirib evlənmişlər. Cavabdehlə birgə nikahdan xx.xx.2009-cu il tarixdə Lamiyə, xx.xx.2016-cı il tarixdə Günəş adlı iki uşaqları olub. Cavabdehlə bir müddət ərarvad bir yerdə yaşayandan sonra cavabdehin təqsiri üzündən ailə münasibətləri pozulmuş və ayrılmışlar. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)- 907/2018 nömrəli qətnaməsinə əsasən cavabdehlə aralarında bağlanmış nikah pozulmuşdur. Həmin qətnaməyə əsasən cavabdehlə birgə nikahdan doğulmuş Lamiyə və Günəş adlı uşaqları cavabdehin himayəsində saxlanılmaqla, onların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün ondan hər ay hər uşağa görə sabit pul məbləğində 100 manat olmaqla, cəmi 200 manat alimentin tutularaq cavabdeh X3 verilməsi qət edilmişdir. Öz İİİ dərəcəli əlil olmaqla heç bir yerdə işləmir və məhkəmənin qətnaməsinə əsasən təyin edilmiş alimenti ödəməyə maddi imkanı yoxdur. Bütün bunlara baxmayaraq Cavabdeh alimentin indeksasiya edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və Kürdəmir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(041)-78/2025 nömrəli qərardadına əsasən cavabdehlə birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlu X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün ondan Cavabdeh xeyrinə sonrakı artımlar nəzzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,77 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qərardad qəbul edilmişdir. Həmin qərardada əsasən o hər ay hər uşağa görə 308 manat olmaqla, 616 manat aliment ödəməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, müdafiə etdiyi şəxs ilə Cavabdeh nikahı pozulmuşdur və birgə nikahdan iki övladları – Lamiyə və Günəşin olduğunu bildirir. Kürdəmir rayon Məhkəməsinin qərarına əsasən, müdafiə etdiyi şəxs hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat aliment ödəməli idi. İddiaçı İİİ dərəcəli əlil olduğunu və işləmədiyini, bu səbəbdən də alimenti ödəməkdə çətinlik çəkdiyini qeyd edir. Sonradan, Kürdəmir rayon Məhkəməsinin yeni qərarı ilə aliment indeksasiya edilərək hər uşaq üçün minimum əmək haqqının 0,77 misli, yəni hər uşaq üçün 308 manat, cəmi 616 manat müəyyən edilmişdir. İddiaçı İİİ qrup əlil olmaqla, əlilliyə görə aldığı 180 manat məbləğində müavinətdən başqa gəlir mənbəyinn olmaması artırılan məbəği ödəmək üçün heç bir maddi imkanı yoxdur. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinə etiraz edərək izahatında göstərdi ki, qarşı tərəfin dedikləri ilə razı deyil. O tək qadındır və hal-hazırda işsizdir, uşağının biri tələbə digəri isə məktəblidir onların saxlanılmasında əziyyət çəkir, alimenti şəxsi ehtiyacı üçün istifadə etməmişdir. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)-907/2018 nömrəli qətnaməsi ilə, Cavabdeh ilə İddiaçı arasında 14 sentyabr 2008-ci il tarixdə bağlanmış və Kürdəmir rayon İHB-nin Xırdapay kəndi üzrə nümayəndəliyində 17 nömrə ilə qeydə alınmış nikah pozmuş, tərəflərin birgə nikahlarından 05 iyun 2009-cu il tarixdə anadan olmuş X8 və 12 aprel 2016-cı il tarixdə anadan olmuş X9 anası X2 himayəsində saxlanılmış, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)- 139/2018 nömrəli qətnaməsi ilə 05 iyun 2009-cu il tarixdə anadan olmuş X8 və 12 aprel 2016-cı il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək onların saxlanması üçün İddiaçı hər ay hər uşağa görə sabit pul məbləğində 100 manat, cəmi 200 manat alimentin tutularaq Cavabdeh verilməsi qət etmişdir. -Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(041)-78/2025 saylı qərardadı ilə, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)-139/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya edilərək, bu qərardad qanuni qüvvəsinə mindiyi tarixdən başlayaraq, yetkinlik yaşına çatmayan xx.xx.2009-ci il təvəllüdlü X4 və xx.xx.2016-ci il təvəllüdlü X1 üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,77 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. -Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli, 1056 nömrəli Kürdəmir Rayon İcra və Probasiya şöbəsinə ünvanladığı məktubuna əsasən, Kürdəmir şəhər Qagacılı kənd sakini İddiaçı oglu xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci ilədək Yüngül dərəcəli əqli gerilik davranış pozuntuları və nitq qüsuru diaqnozu ilə Kütdəmir MRXnın Psixiatriya şöbəsində stasionar müalicədə olmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 1208 nömrəli məktubuna əsasən, İddiaçı Salyan RPX-da xx.xx.2024-cü il tarixdə X5 tərəfindən müayinə edilib. Yüngül dərəcəli əqli gerilik davranış pozuntuları və nitq qüsuru diaqnozu ilə ambulator müayinə tövsiyyə edilmişdir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah 2018-ci il tarixdə pozulmuş, birgə nikahdan olan hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat aliment tutulması müəyyən edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(041)-78/2025 saylı qərardadı ilə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)-139/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya edilərək, bu qərardad qanuni qüvvəsinə mindiyi tarixdən başlayaraq, yetkinlik yaşına çatmayan xx.xx.2009-ci il təvəllüdlü X4 və xx.xx.2016-ci il təvəllüdlü X1 üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,77 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır.İddiaçı İİİ qrup əlil olmaqla, əlilliyə görə aldığı 180 manat məbləğində müavinətdən başqa gəlir mənbəyi yoxdur. Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarın 8.4-cü bəndinə əlavə edilmiş 8.4-3-cü bəndində göstərilmişdir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Məhkəmə, iddiaçının yüngül dərəcəli əqli gerilik davranış pozuntuları və nitq qüsuru diaqnozu ilə müalicəyə ehtiyacı olduğunu, İİİ qrup əlil olmaqla, əlilliyə görə aldığı 180 manat məbləğində müavinətdən başqa gəlir mənbəyinn olmamasını, təyin edilmiş alimenti ödəmək imkanının olmasını nəzərə alaraq, hər uşağa görə müəyyən edilmiş alimentin 100 manat həcmində azaldılmasını ədalətli, həm uşaqların, həmdə ki, tərəflərin mənafeyinə uyğun hesab edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, təyin edilmiş alimentin miqdarı azaldılaraq, qətnamə qanuni qüvvəsinə mindiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2009-ci il təvəllüdlü X4 və xx.xx.2016-ci il təvəllüdlü X1 üçün İddiaçı Əlimövsüm oğlundan Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment tutulub iddiaçı Cavabdeh ödənilməlidir. İşdə olan sənədlərdən məlum olur ki, iddiaçı 50 manat mediasiya xərci, 50 manat dövlət rüsumu ödəmişdir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Təyin edilmiş alimentin miqdarı azaldılaraq, qətnamə qanuni qüvvəsinə mindiyi gündən başlayaraq, yetkinlik yaşına çatmayan xx.xx.2009-ci il təvəllüdlü X4 və xx.xx.2016ci il təvəllüdlü X1 üçün İddiaçı Əlimövsüm oğlundan Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilsin. Cavabdeh məhkəmə xərclərinin əvəzi olaraq 100 (bir yüz) tutularaq İddiaçı Əlimövsüm oğluna ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar