Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1878/2025 23.09.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə yaşadıqları müddətdə xx.xx.2017-cü il tarixdə anadan olmuş Busə, xx.xx.2018-ci il tarixdə anadan olmuş Əsra və xx.xx.2022-ci il tarixdə anadan olmuş Ömər adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 246 manat miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, tərəflər 2017-ci ildə nikahlarını qeyd etdirmədən ailə həyatı qurmuşlar. Birgə yaşadıqları müddətdə xx.xx.2017-cü il tarixdə Busə, xx.xx.2018-ci il tarixdə Əsra və xx.xx.2022-ci il tarixdə Ömər adlı 3 uşaqları anadan olmuşdur. Hazırda cavabdehlə ailə münasibətləri pozulmuş və ayrılmışlar. Ayrılmaqlarına səbəb xasiyyətlərinin uyğun gəlməməsi olmuşdur. Hazırda isə azyaşlı uşaqlarını saxlaya bilmir. Cavabdeh müxtəlif işlərlə məşğul olaraq xeyli miqdarda qazanc əldə edir. Məhkəmə iclasında İddiaçı izahatında göstərdi ki, Cavabdeh ilə qeyri-rəsmi nikahda olub və bu nikahdan üç uşaqları var. Uşaqları ilə mütəmadi əlaqə saxlayır. 9 aydır ki, ayrı yaşayırlar, uşaqları saxlamaqda çətinlik çəkir odur ki, aliment tələb etmək qərarına gəlmişdir. Cavabdeh 166 yük daşıma şirkətində işləyir və aylıq 1500-1800 manat miqdarında qazanca malikdir. Odur ki, cavabdehdən rəsmi qaydada aliment tələb etməyi qərara almışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). İşdə olan, Kürdəmir Rayon Qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli, AZ-İV 050334 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2017-ci il tarixdə anadan olub, atası X4, anası İddiaçıdır. - Kürdəmir Rayon Qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli, AZ-İV 194105 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2018-ci il tarixdə anadan olub, atası X4, anası İddiaçıdır. -Kürdəmir regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsinin 1304.2023-cü il tarixli, AZ-İV 808920 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə anadan olub, atası X4, anası İddiaçıdır. -Kürdəmir rayon İHB-nın Yenikənd kənc İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 149 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən də xx.xx.1989-cu il tarixdə doğulmuş və Kürdəmir rayonu Yenikənd kəndində yaşayır. - Kürdəmir rayon Qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli, AZ-İ 325419 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2017-ci ildə vətəndaş İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 35 nömrə ilə qeydə alınmışdır. -Kürdəmir rayon Qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli, AZ-İ 343653 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2018-ci ildə vətəndaş İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 332 nömrə ilə qeydə alınmışdır. -Kürdəmir rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, AZ-İ 439427 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2022-ci ildə vətəndaş İddiaçı doğulmuş X5 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2023-ci il tarixdə 43 nömrə ilə qeydə alınmışdır. Məhkəmə, tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Hazırki iş üzrə cavabdehin rəsmi olaraq işlədiyi yer haqqında sübut məhkəməyə təqdim edilməsə də, iddiaçının verdiyi məlumata əsasən Cavabdeh 166 yük daşıma şirkətində işləyir və aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında tutulmasına etiraz etməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 01 avqust 2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay əmək haqqının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. İşdə olan sənədlərdən məlum olur ki, iddiaçı 60 (altmış) manat mediasiya xərci ödəmişdir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 01 avqust 2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay əmək haqqının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh məhkəmə xərci olaraq 60 (altmış) manat İddiaçı, 40 (qırx) manat dövlət büdcəsinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamənin alimentə dair hissəsi dərhal icraya yönəldilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-1878/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1878/2025
23.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver