Məhkəmə qərarları › İş №2(041)-1885/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1885/2024

21.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1885/2024 21.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Kürdəmir rayon məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(041)-1112/2021 nömrəli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü övladı X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün təyin olunmuş 200 manat alimentin məbləğinin azaldılaraq 80 manat təyin olunması, mediasiya prosesinə ödədiyi 60 manat pulun 30 manatının cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Kürdəmir rayon məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(041)-1121/2021 saylı qətnaməsi ilə cavabdeh X2 ilə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2009-cü il təvəllüdlü X7 cavabdeh anasının yanında saxlanılmış və onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan 20 aprel 2021-ci il tarixdən 200 manat aliment tutulması qət edilmişdir. Həmin vaxt o, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də ictimai işlər üzrə köməkçi vəzifəsində işləmiş, 250 manat aliment almışdır. O, boşandıqdan sonra atası evində yaşayır və atası gözdən əlil olduğuna görə ona 350 manat pensiya və 100 manat baxım pulu verilmişdir. Özünün yeganə qazancı olan 250 manat əmək haqqından hər ay birbaşa 200 manat aliment tutulmuş, dolanışıq üçün 50 manat pul qalmışdıür. Atası ilə birgə onların dolanışığı atasının aldığı 450 manat pensiya və onun 50 manatının hesabına həyata keçirilmişdir. X3 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Bundan sonra keçən 10 ay ərzində onun əmək haqqı üzrə aldığı 345 manatın 200 manatı alimentə tutulur və onun dolanışığına 145 manat pul qalır. Həmçinin oğlu Cəmşid Naxçıvanski adına hərbi litseüydə təhsil almaq üçün sənədlərini ora təqdim etmiş və bundan sonra o, Dövlətin təminatına alınacaqdır. Hazırda yaranmış bu vəziyyətdə təyin olunmuş alimenti ödəməkdə çox çətinlik çəkir. Həmçinin 2021-ci ildə aliment təyin olunarkən Məhkəmə Ailə Məcəlləsinin 76-cı maddəsinin tələblərinə əməl etməmsdir. Bu Məcəllənin 76.1.1-ci maddəsinə əsasən bir uşağa görə qazancın dörddə bir hissəsimiqdarında təyin olunmalı olunmalı idi. Həmin vaxt bu məbləğ 250 manata görə alimentin miqdarı 65 manat müəyyənləşdirilməli olmaqla hazırki vəziyyətdə 345 manat əmək haqqının dörddə bir hissəsi 87 manat təşkil edir. Ona görə də Kürdəmir rayon məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(041)-1112/2021 nömrəli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü övladı X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün təyin olunmuş 200 manat alimentin məbləğinin azaldılaraq 80 manat təyin olunması, mediasiya prosesinə ödədiyi 60 manat pulun 30 manatının cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-1121/2021 nömrəli qətnaməsinə əsasən İddiaçı ilə aralarında olan nikah pozulmuşdur. Həmin qətnaməyə əsasən iddiaçı ilə birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X7 onun yanında saxlanılmış və onun saxlanmasına görə iddiaçıdan 200 manat məbləğində alimentin iddiaçıdan alınıb ona verilməsi qət edilmişdir. İddiaçının ödədiyi alimentlə oğlu Mirsəidi saxlamaqda çətinlik çəkir. Oğlu Mirsəidin hazırda əməliyyat olunmasına ehtiyac var, onu əməliyyat etdirməyə maddi imkanı yoxdur. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nin Mollakənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı verilmiş xx.xx.2024-cü il tarixli, 286 nömrəli arayışdan görünür ki, Mirzəyev X9 rayonunun Mollakənd kəndində tək yaşayır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, AZ-İİ 373101 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonunun Mollakənd kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş İddiaçı notariat qaydasında təsdiq olunmuş xx.xx.2024-cü il tarpixli ərizəsindən görünür ki, o, xx.xx.2009-cu il təvəllüdlü ovladı X5 Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almasına heç bir etirazının olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş və X8 verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi X15nin xx.xx.2024-cü il tarixli, 3-17-7/2-17967/2024 nömrəli arayışından görünür ki, X15 ilə xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlayaraq Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC üzrə ictimai işlər üzrə köməkçi vəzifəsinə təhkim edilmiş və 01 aprel 2023-cü il tarixdən 31 mart 2024-cü il tarixinədək aldığı əmək haqqından aprel 2023-cü ildən mart 2024-cü il tarixinədək əmək haqqından alimentlə əlaqədar ümumilikdə 1996,65 manat məbləğində pul tutulmuşdur. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, habelə işdə olan sənədləri hərtərəfli, obyektiv araşdıraraq sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-1121/2021 nömrəli qətnaməsinə əsasən X2 ilə İddiaçı arasında 12 iyun 2000-ci il tarixdə bağlanmış və Kürdəmir rayon Mollakənd kənd İcra Nümayəndəliyində 12 nömrə ilə qeydə alınmış nikah pozulmuş, onların birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X7 anası Cavabdeh himayəsində saxlanılmış və onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay sabit pul məbləğində 200 manat alimentin alınıb X1 verilməsi qət edilmişdir. Cavabdeh hazırda oğlu X7 ilə birlikdə yaşamaqla, oğlunu saxlamaqda çətinlik çəkir. Hazırki iş üzrə İddiaçı isə məhkəmənin qətnaməsinə əsasən alimenti tam məbləğdə ödəmmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı aldığı az miqdarda əmək haqqı ilə dolana bilmədiyini göstərsə də, bu onun məhkəmənin qətnaməsinə əsasən təyin edilmiş aliment məbləğini ödəmək vəzifəsindən azad edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ bəndində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında“ BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısı və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirə bilər və ya aliment ödəməli olan şəxs tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun İ bəndinə əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, habelə aliment alan uşağın maraqları və yaşayış minimumu nəzərə alınaraq alimentin miqdarı müəyyən edilmişdir. Ona görə də iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar