Məhkəmə qərarları › İş №2(041)-1886/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1886/2024

19.08.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1886/2024 19.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Mən Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Ərizəçi Kürdəmir rayon X1 Pərviz Tahir oğlu və X2 publik hüquqi şəxsinin Ucar Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası maraqlı şəxs qisməndə cəlb edilməklə X2 publik hüquqi şəxsinin Ucar Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının torpaq müsabiqə və hərracların nəticələri barədə xx.xx.2024-cü il tarixli, 87 nömrəli protokolunun və 006284 saylı Şəhadətnaməsinin ləğv edilməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Ərizəçi Kürdəmir rayon Köhünlü Bələdiyyəsinin sədri Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək X2 publik hüquqi şəxsinin Ucar Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının torpaq müsabiqə və hərracların nəticələri barədə xx.xx.2024-cü il tarixli, 87 nömrəli protokolunun və 006284 saylı Şəhadətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən edildi ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilməməklə verilmişdir. Belə ki, hazırki ərizə iddia icraatı qaydasında verilməli olduğu halda xüsusi icraat qaydasında verilmişdir. Bu isə ərizəsinin xüsusi icraat qaydasında məhkəmədə baxılmasını mümkünsüz edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də hesab edirəm ki, iddia ərizəsi AR MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilməməklə verildiyinə və onun məhkəmə icraatı mümkün olmadığına görə ərizəçi Kürdəmir rayon X1 Pərviz Tahir oğlu və X2 publik hüquqi şəxsinin Ucar Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası maraqlı şəxs qisməndə cəlb edilməklə X2 publik hüquqi şəxsinin Ucar Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının torpaq müsabiqə və hərracların nəticələri barədə xx.xx.2024-cü il tarixli, 87 nömrəli protokolunun və 006284 saylı Şəhadətnaməsinin ləğv edilməsi tələbinə dair ərizəsiiddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçi Kürdəmir rayon X1 Pərviz Tahir oğlu və X2 publik hüquqi şəxsinin Ucar Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası maraqlı şəxs qisməndə cəlb edilməklə X2 publik hüquqi şəxsinin Ucar Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının torpaq müsabiqə və hərracların nəticələri barədə xx.xx.2024-cü il tarixli, 87 nömrəli protokolunun və 006284 saylı Şəhadətnaməsinin ləğv edilməsi tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə qaytarılsın. Ərizəçiyə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar