Məhkəmə qərarları › İş №2(041)-1908/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1908/2025

06.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1908/2025 06.10.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının məcburi qaydada çıxarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının məcburi qaydada çıxarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh X2 ona məxsus Kürdəmir şəhəri, İ.Məmmədov küçəsi, 21, mənzil 2-də yerləşən yaşayış evinin bir otağında əsassız saxladığı şifoner 1 ədəd, taxt 1 ədəd, termo 1 ədəd, kamot 1 ədəd, servant 1 ədəd, bar şkafı 1 ədəd, böyük tumbuçka 1 ədəd, balaca tumbuçka 2 ədəd, pismenni 1 ədəd, stul 4 ədəd, soyuducu 1 ədəd, çörək bişirən 1 ədəd, böyük daroşka 1 ədəd, balaca daroşka 2 ədəd, ayaqqabı şkafı 1 ədəd, tozsoran 1 ədəd, lüstur 1 ədəd, pərdə 2 ədəd, taxt döşəyi 1 ədəd, tək döşək 2 ədəd, yorğan 3 ədəd, balaca balış 2 ədəd, pakrival 1 ədəd, paltaryuyan 1 ədəd, pletka 1 ədəd, kravat 1 ədəd, suviner 3-4 ədəd, vanna 1 ədəd, padnos 2 ədəd, qab-qaşıqlar və xırda cehiz əşyalarının məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, qeydiyyatda olduğu və mülkiyyətində olan yaşayış evinin ünvanı evin “çıxarışına” əsasən ünvan 1 Odur ki, cavabdeh X2 ona məxsus Kürdəmir şəhəri, İ.Məmmədov küçəsi, 21, mənzil 1-də yerləşən yaşayış evindən cehiz əşyalarının məcburi qaydada çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azəbaycan Respublikasının MPM-nin 53-cü maddəsində göstərilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 izahat verərək bildirdi ki, İddiaçı onun oğludur. Cavabdeh X6 ilə oğlu X9 xx.xx.2010-cu il tarixdə Kürdəmir rayon Qeydiyyat şöbəsində nikaha girmiş və cavabdeh onların mülkiyyətində olan yaşayış evinə gəlin gətirilmişdir. Onların birgə nikahlarından 2 övladları vardır. Lakin, son illər cavabdehin ailə davranışlarında və əxlaqında olan çatışmamazlıqlar nəticəsində oğlu nikahın pozulması barədə məhkəməyə müraciət etmiş və Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-170/2022 saylı qətnaməsi ilə oğlu ilə cavabdeh arasındakı bağlanmış nikah pozulmuş və nəvələri cavabdehin yanında saxlanmaqla yanaşı aliment təyin olunmuşdur. Həmin vaxtdan üç ilə yaxın bir müddətdir ki, cavabdeh övladları ilə birlikdə öz xoşu ilə atası evində yaşayır. Cavabdeh evi tərk edərkən özü ilə birlikdə qızılzinət əşyalarını hamısını və cehiz əşyalarının bir hissəsini özü ilə aparmış, digər hissəsi isə hazırda oğlu İddiaçı və X7 mülkiyyətində olan mənzildə qalmışdır. 2023-cü ildə onlara məxsus Kürdəmir şəhəri, İ.Məmmədov küçəsi, 21/1 ünvanda yerləşən mənzilə çıxarışın əldə olunmadığı vaxt o, cavabdeh X3 qarşı ona məxsus sözügedən ünvanda yerləşən mənzilin bir otağında yerləşən cehiz əşyalarının məcburi qaydada çıxarılması barədə Kürdəmir Rayon Məhkəməsinə iddia ərizəsi vermiş və məhkəmə sözügedən mənzilin kirayəçisi yoldaşı X4 xx.xx.2014-cü ildə vəfat etməsini, bundan sonra yaşayış sahəsinin kirayə müqaviləsinin onunla yaşayan ailə üzvlərinin, o cümlədən onun adına keçirilməməsini və sonuncunun adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamasını əsas tutaraq, xx.xx.2023-cü il tarixli, 2(041)-40/2023 saylı qətnaməsi ilə iddia təmin olunmamışdır. Keçən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə V-İ/2024 nömrəsi üzrə sözügedən mənzilə oğulları İddiaçı və X10 qanun üzrə vərəsəlik hüququ haqqında notariat qaydada şəhadətnamə əldə etmiş və bunun əsasında oğlu Aslanın adına xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Çıxarışa əsasən mənzilin (əmlakın) ½ hissəsi Aslanın adına, ½ hissəsi isə digər oğlu X7 adına rəsmiləşdirilmişdir. Cavabdehin cehiz əşyalarının saxlandığı otaq Aslanın əmlaka dair çıxarışa əsasən ½ hissəsinə aiddir. Bundan sonra cavabdehə sözügedən otaqda saxlanılan cehiz əşyalarının çıxarılması təklif olunmuş və cavabdeh bu otaqda saxlanılan 29 adda cehiz əşyalarından 9 adda olan əşyaları aparmış, lakin 20 adda cehiz əşyaları hazırda həmin otaqda qalmışdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən nömrəli çıxarışından görünür ki, ünvan 3-də istifadədə olan ümumi sahəsi 55.40 kv.m olan mənzil hüquqi sahibləri X10 və İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən **********86-05101-093002 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)- 40/2023 saylı qətnaməsinə əsasən iddiaçı X1 cavabdeh X3 qarşı “cehiz əşyalarının məcburi qaydada çıxarılması” tələbi təmin edilməmişdir. İş materiallarında olan Kürdəmir regional “Asan Xidmət” mərkəzi notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X4 vərəsələri: ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı, Kürdəmir şəhəri, İ.Məmmədov küçəsi, ev 21 ünvanında qeydiyyatda olan X8r və onlar miras əmlakdan ½ hissədə pay almalıdırlar. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, cavabdeh iddiaçının qardaşının keçmiş arvadıdır. Lakin iddiaçının qardaşı ilə cavabdeh xx.xx.2022-ci il tarixdə boşanmışdır. Onlar nikah dövründə iddiaçıya məxsus olan ünvan 3 ünvanında yaşamış, cavabdehin cehiz və digər şəxsi əşyaları həmin mənzildə olmuşdur. Hazırda onlar rəsmi olaraq boşandığından iddiaçı onun və digər qardaşının mülkiyyətində olan mənzilin ona məxsus ½ hissəsində qalmış cavabdehə məxsus əşyaların mənzildən çıxarılmasını xahiş edir. Məhkəmə iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, əşyaların yerləşdiyi mənzil iddiaçının mülkiyyətindədir, cavabdeh isə artıq həmin mənzildə yaşamır. Həmin əşyaların mənzildə qalması mülkiyyətçinin hüquqlarını pozduğundan iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə məxsus olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh məxsus olan əşyalar: şifoner 1 ədəd, taxt 1 ədəd, termo 1 ədəd, kamot 1 ədəd, servant 1 ədəd, bar şkafı 1 ədəd, böyük tumbuçka 1 ədəd, balaca tumbuçka 2 ədəd, pismenni 1 ədəd, stul 4 ədəd, soyuducu 1 ədəd, çörək bişirən 1 ədəd, böyük daroşka 1 ədəd, balaca daroşka 2 ədəd, ayaqqabı şkafı 1 ədəd, tozsoran 1 ədəd, lüstur 1 ədəd, pərdə 2 ədəd, taxt döşəyi 1 ədəd, tək döşək 2 ədəd, yorğan 3 ədəd, balaca balış 2 ədəd, pakrival 1 ədəd, paltaryuyan 1 ədəd, pletka 1 ədəd, kravat 1 ədəd, suviner 3-4 ədəd, vanna 1 ədəd, padnos 2 ədəd, qab-qaşıqlar və xırda cehiz əşyaları Kürdəmir şəhəri, İ.Məmmədov küçəsi ev 21, 1 nömrəli mənzilin İddiaçı məxsus ½ hissəsindən çıxarılaraq Cavabdeh təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus olan əşyalar: şifoner 1 ədəd, taxt 1 ədəd, termo 1 ədəd, kamot 1 ədəd, servant 1 ədəd, bar şkafı 1 ədəd, böyük tumbuçka 1 ədəd, balaca tumbuçka 2 ədəd, pismenni 1 ədəd, stul 4 ədəd, soyuducu 1 ədəd, çörək bişirən 1 ədəd, böyük daroşka 1 ədəd, balaca daroşka 2 ədəd, ayaqqabı şkafı 1 ədəd, tozsoran 1 ədəd, lüstur 1 ədəd, pərdə 2 ədəd, taxt döşəyi 1 ədəd, tək döşək 2 ədəd, yorğan 3 ədəd, balaca balış 2 ədəd, pakrival 1 ədəd, paltaryuyan 1 ədəd, pletka 1 ədəd, kravat 1 ədəd, suviner 3-4 ədəd, vanna 1 ədəd, padnos 2 ədəd, qab-qaşıqlar və xırda cehiz əşyaları Kürdəmir şəhəri, İ.Məmmədov küçəsi, ev 21, 1 nömrəli mənzilin İddiaçı məxsus ½ hissəsindən çıxarılaraq Cavabdeh təhvil verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar