Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1922/2025 30.09.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X4, xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində Azərbaycan Respublikasında qüvvədə olan minimum əmək haqqının 0,74 misli miqdarında alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, tərəflər el adəti üzrə evlənib nikahlarını xx.xx.2018-ci il tarixdə qeyd etdirmiş, birgə nikahdan xx.xx.2019-cu il tarixdə Yusif, xx.xx.2020-ci il tarixdə Yasəmən və xx.xx.2024-cü il tarixdə Atilla adlı üç uşaqları olmuşdur. Cavabdehlə uzun müddət ər-arvad bir yerdə yaşamaqla üç uşağının olmasına baxmayaraq, son vaxtlar onunla xasiyətləri uyğun gəlmir. Belə ki, cavabdeh hərbiçi olmaqla yüksək həddə əmək haqqı alsa da ailəyə və uşaqlarına baxmır, uşaqların saxlanması üçün ona heç bir yardım etmir. Buna görə o cavabdehdən ayrılıb azyaşlı uşaqları ilə birlikdə yaşayır və uşaqlarını valideynlərinin ona etdikləri maddi yardım hesabına saxlayır. Cavabdehin bir valideyin kimi öz uşağını saxlamaq onun vəzifəsi olsa da o, uşaqları ilə birlikdə cavabdehdən ayrı yaşadığı müddətdə onlarla maraqlanmayıb və uşaqların saxlanması üçün heç bir maddi yardım etməyib. Özü də heç bir yerdə işləmədiyinə görə uşaqlarını saxlamaqda çətinlik çəkir. Ona görə də cavabdehdən rəsmi qaydada aliment tələb etməyi qərara almışdır. İddiaçı ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə etdiyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərdi ki, hərbi qulluqçudur, iki minə yaxım əmək haqqı alır. Uşaqlarının anasının yanında qalmasına etiraz etmir, aliment ödəməyə razıdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). İşdə olan, Mingəçevir regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli, AZ-İİ 266428 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları 03 iyun 2018-ci il tarixdə 128 nömrə ilə qeydə alınmışdır. Şəxsiyyət vəsiqələrinin sürətlərindən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə, X5 xx.xx.2020-ci il tarixdə, X6 xx.xx.2024-cü il tarixdə doğulmuşdur. Məhkəmə, tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Hazırki iş üzrə müəyyən edildi ki, cavabdeh N saylı hərbi hissədə işləməklə aylıq qazanca malikdir. Ona görə də, uşaqların saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay əmək haqqının və başqa gəlirlərinin ½ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 06 avqust 2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X7, xx.xx.2020-ci il təvəllüdlü X5, xx.xx.2024-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay əmək haqqının və başqa gəlirlərinin ½ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. İşdə olan sənədlərdən məlum olur ki, iddiaçı 60 manat mediasiya xərci ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, Cavabdeh məhkəmə xərci olaraq 60 (altmış) manat tutularaq İddiaçı, 40 (qırx) manat dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 06 avqust 2025-ci il tarixindən başlayaraq, yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X7, xx.xx.2020-ci il təvəllüdlü X5, xx.xx.2024-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay əmək haqqının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh məhkəmə xərci olaraq 60 (altmış) manat tutularaq İddiaçı, 40 (qırx) manat dövlət büdcəsi hesabına ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamənin alimentə dair hissəsi dərhal icraya yönəldilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-1922/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1922/2025
30.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver