Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1925/2025 29.09.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cü il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cı il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşağa sabit pul məbləğində 246 manat olmaqla, cəmi 738 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X9 iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh ilə 2008-ci ildə evlənib ailə hayatı qurmuşlar. Nikahlarını rəsmi xx.xx.2008-ci il tarixdə qeyd etmişlər. Birgə nikahdan 3 uşaqları olmuşdur. 16 il bir yerdə yaşadıqdan sonra ailə münasibətləri pisləşmişdir. Kürdəmir Rayon Məhkəməsinə nikahın pozulması və aliment tələbi ilə iddia qaldırmış, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)- 1299/2024 nömrəli qətnaməsi ilə nikahları pozulmuş, xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X5 onun himayəsində saxlanmışdır. xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 120 manat olmaqla, cəmi 360 manat miqdarında alimentin tutularaq iddaçı İddiaçı ödənilməsi qət edilmişdir. Sonradan onu aldadaraq Kürdəmir rayon İcra və Probasiya şöbəsində ərizə yazdıraraq alimentin icrasına xitam verdirmişdir. Hazırda azyaşlı uşaqları ilə birlikdə o özünə məxsus evində yaşayır. Cavabdeh isə işləyir, müəyyən qədər pul qazanır və uşaqlarına heç bir maddi yardım etmir. Uşaqları saxlamağa çətinlik çəkdiyinə görə aliment kəsilməsi üçün Kürdəmir Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin işləməsini, hər ay yaxşı pul qazanmasını nəzərə alıb azyaşlı xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X3 üçün hər ay hər uşağa sabit pul məbləğində 246 (iki yüz qırx altı) manat olmaqla, cəmi 738 manat alimentin alınıb ona verilməsini və iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, taksi sürücüsüdür. İdarə etdiyi VAZ-2107 markalı avtomobildir. Həmin avtomobillə yalnız Kürdəmir rayonu ərazisində taksi fəaliyyəti göstərməklə günə demək olar ki, 5-6 manat pul qazanır. Kürdəmir Rayon Məhkəməsinin qətnaməsi ilə uşaqların saxlanması üçün kəsilmiş olan 360 manat alimenti belə anası öz pensiyası ilə ödəyir. 2024-cü ildə Kürdəmir rayon icra və probasiya şöbəsində alimentin ödənilməsinə xitam verilsə belə, o hər ay uşaqların saxlanması üçün 360 manat alimentin ödənilməsini davam etdirmişdir. Maddi imkanının aşağı olmasına görə iddianın qismən təmin edilməsini, aşağı həddə alimentin təyin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)- 1299/2024 saylı qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X4 anaları İddiaçı himayəsində saxlanması və xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləği ilə 120 manat, cəmi 360 manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 281904 nömrəli arayışdan görünür ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1299/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbkar İddiaçı ərizəsi əsasında İcra Haqqında AR Qanunun 20.1.1-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli qərarla icraata xitam verilmişdir. Hazırki iş üzrə işin mübahisəsiz halı odur ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X5 anaları İddiaçı yanında qalır. Cavabdeh alimentin məbləği ilə qismən razıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər arasında olan münasibətlər faktiki olaraq pozulmuş, onlar ayrılıqda yaşayaraq, azyaşlı uşaqları iddiaçının himayəsində qalmışdır. Məhkəmə hesab edir ki, tərəflər hazırda ayrı yaşadıqlarından və azyaşlı uşaq iddiaçının yanında olduğundan iddiaçının uşağın saxlanılması üçün aliment tələbi əsaslı hesab edilməlidir. AM-nin 85.1.1-ci, 85.2-ci və 86-cı maddələrinə müvafiq olaraq ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər. Aliment ödənilməsi barədə keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110-cu maddəsinin 2-ci bəndinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016№-li qərarının 8.7-ci bəndinə əsasən, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Həmin qərarın 8.4-1-ci bəndinə əsasən, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını və təqdim edilmiş sənədləri araşdıraraq müəyyən etmişdir ki, cavabdehin ümumi gəlirləri və uşaqların təminatı, ehtiyacları nəzərə alınaraq hər ay hər uşağa görə sabit pul məbləğində 140 (bir yüz qırx) manat məbləğində aliment tutulması məqsədəuyğundur (400 x 0,35 = 140 manat). Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə müraciət etdiyindən alimentin tutulması həmin tarixdən hesablanmalı və dərhal icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 119.2-ci maddəsinı əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd edilən Məcəllənin 112.1.3-cü maddəsinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 70.40 (yetmiş manat qırx qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissədə dərhal icraya yönəldilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-1925/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1925/2025
29.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver