Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2020/2025 09.10.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh X7 qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X2 üçün cavabdeh X3 hər ay hər uşağa sabit pul məbləğində 246 manat, cəmi 492 manat alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, cavabdeh X12 ilə 2013-cü ildə evlənib ailə hayatı qurmuş və nikahlarını rəsmi qeyd etmişlər. Birgə nikahdan 2 uşaqları olmuşdur. Onlar 8 il bir yerdə yaşadıqdan sonra ailə münasibətləri pisləşmiş. Cavabdeh Kürdəmir rayon Məhkəməsinə nikah pozulması tələbi ilə iddia qaldırmışdır. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2021-ciu il tarixli 2(041)-683/2021 nömrəli qətnaməsi ilə nikahları pozulmuş, xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X15 onun himayəmdə saxlanmışdır. Sonradan cavabdeh Kürdəmir rayon məhkəməsinə ərizə ilə müraciət edərək uğalqın ounun himayəsinə verilməsini xahiş etmişdir. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2(041)13/204 nömrəli qətnaməsi ilə uşağlar anasının himayəsinə verilmişdir. Şirvan Apeleyasiya məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(106)- 435/2025 nömrəi qətnaməsi ilə Kürdəmir rayon məhkəməsinin qətnaməsini ləğv edərək xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X15 onun himayəsində saxlanmışdır. Hazırda azyaşlı uşaqları ilə birlikdə o öz evində yaşayır. Cavabdeh isə işləyir müəyyən qədər pul qazanır və uşağına heç bir maddi yardım etmir. O uşağı saxlamaqda çətinlik çəkdiyinə görə aliment kəsilməsi üçün Kürdəmir rayon Məhkəməsinə müraciyyət etmək qərarına gəlmişdir. Belə ki, o cavbdehin işləməsini, hər ay yaxşı pul qazanmasını və qarşı tərəf ilə razılıq əldə etmədiyini nəzərə alıb azyaşlı xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 üçün hər ay hər uşağa sabit pul məbləğində 246 (iki yüz qırx altı) manat cəmi 492 manat alimentin alınib ona verilməsi barədə qətnamə qəbul etməyinizi istəyir. Cavabdeh X5 məhkəməyə ünvanladığı ərizəsində, onun üzərinə qoyulmuş aliment öhdəliyinin ləğv edilməsinə (və ya məbləğinin azaldılmasına) qerar venilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı ilə nikahda olmuş, nikahdan iki övladı dunyaya gəlmişdir. Hazırda uşaqlar atasının yanında yaşayır. Cavabdeh onun üzərinə aliment tələbi qoymuş. Lakin onun real maliyyə imkanları aliment ödəməyə yetərli deyil. Əmək haqqı 614 manat təşkil edir. Har ay 372 manat kredit ödənişləri var. 200 manat kirayə haqqı ödəyir və dolanışığı yalnız valideynlərinin köməyi ilə mümkündür. Beləliklə, gəliri öhdəliklərini qarşılamağa belə çatmadığından, onun üzərinə elavə aliment öhdəliyinin qoyulması real deyil. Məhkəmə iclasında İddiaçı izahatında göstərdi ki, cavabdeh X12 ilə rəsmi nikahda olub və bu nikahdan Rafiq və Dəniz adlı iki uşağı var. Uşaqlar onun himayəsindədir. Cavabdehin rəsmi iş yeri var və aylıq qazanca malikdir. Odur ki, cavabdehdən rəsmi qaydada aliment tələb etməyi qərara almışdır. Cavabdeh X12 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). İşdə olan, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(106)-435/2025 saylı qətnaməsi ilə, cavabdeh İddiaçı nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsi, Kürdəmir Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, 2(041)-13/2024 saylı qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı X5 cavabdeh İddiaçı qarşı "uşaqların atadan alınaraq onun himayəsinə verilməsi" tələbinə dair iddiası təmin edilməsi qət etmişdir. -Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin xx.xx.2025-ci il tarixli 367 nömrəli arayışından görünür ki, X12 həqiqətən də Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika xüsusi internat məktəbində xadimə vəzifəsində çalışır. Aylıq əmək haqqı 624 manat (altı yüz iyirmi dörd manat) təşkil edir. -şəxsiyyət vəsiqələrinin sürətlərindən görünür ki, X8 xx.xx.2014-ci il tarixdə, X13 xx.xx.2016-cı il tarixdə doğulmuşdur. Ataları İddiaçı, anaları Abdullayeva Güneldir. Məhkəmə, tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Hazırki işin müəyyən edilən hallarından görünür ki, tərəflərin birgə münasibətlərindən iki uşaq xx.xx.2014-cu il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X13 doğulmuşdur. Uşaqların anası iş üzrə cavabdeh X12 Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3№-li Respublika xüsusi internat məktəbində xadimə vəzifəsində çalışır. Aylıq əmək haqqı 624 manat (altı yüz iyirmi dörd manat) təşkil edir. Belə bir halda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 21 avqust 2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2014-cu il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün X3 İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay əmək haqqının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. İşdə olan sənədlərdən məlum olur ki, 50 manat mediasiya xərci ödəmişdir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 50 manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 21 avqust 2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2014-cu il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün X3 İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay əmək haqqının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh X3 50 (əlli) manat məhkəmə xərci tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamənin alimentə dair hissəsi dərhal icraya yönəldilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-2020/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2020/2025
09.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver