Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-203/2025 10.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-1804/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qət edilmiş cəmi 440 manat sabit pul məbləğində alimentin miqdarının azaldılaraq hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 17 may 2017-ci il tarixdə 4 saylı Bakı "ASAN Xidmət" mərkəzinin qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan övladları, 31 mart 2018-ci il təvəllüdlü X2 və 24 mart 2023-cü il təvəllüdlü X3 anadan olmuşdur. 2023-cü ildə Cavabdeh aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-1804/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ondan xx.xx.2023-cü il tarixindən hesablanmaqla 31 mart 2018-ci il təvəllüdlü X2 və 24 mart 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Hazırda hər ay 440 manat sabit pul məbləğində aliment ödəmək iqtidarında deyildir. Əmək haqqı minimum əmək haqqına bərabərdir. Bakı şəhərində kirayə yaşayır. İki uşağın saxlanması üçün hər gücü çatan qədər, yəni 300 manat məbləğində aliment ödəyir. Qazancı heç cürə dolanışığını təmin etmək üçün kifayət etmir. Lakin buna baxmayaraq, məhkəmə qərarı ilə hər ay 440 manat tutulması qət edildiyindən, barəsində inzibati qaydada tədbirlər görülür. Əlavə qazanc yeri yoxdur. Əgər maddi vəziyyəti imkan versə, məhkəmə qərarı ilə müəyyən edilmiş aliment məbləğini ödəməkdən boyun qaçırmaz. Ancaq hal-hazırki vəziyyətlə, hər uşağın saxlanması üçün 150 manat (bir yüz əlli), ümumilikdə 300 (üç yüz) manat məbləğində aliment ödəyə bilər. Ona görə də aliment məbləğinin azaldılmasının zəruri olduğunu hesab edir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Məhkəmə, iddiaçınınən izahatını dinləyib, qeyd edilən və işdə olan digər sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş; - Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-1804/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, 31 mart 2018-ci il təvəllüdlü X2 və 24 mart 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan 6 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan Göyçay rayon İHB-nın İnçə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli doğum haqqından şəhadətnamənin sürətindən görünür ki, X2 xx.xx.2018-ci il tarixdə doğulmuşdur. Məhkəmə qeyd edir ki, Bakı şəhər Xətai Rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi qanuni qüvvəsini alıb. Qətnamə çıxarıldıqdan sonra İddiaçı ailə vəziyyətində dəyişiklik baş verməmişdir. Məhkəmə uşaqların diqqətəlayiq mənafeyini nəzərə alaraq qeyd edir ki, alimentin azaldılması tələbi təmin edilə bilməz. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcud deyildir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün tutulan aliment məbləğinin azaldılaraq hər uşaq üçün 150 (yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 238-ci, 241-244-cü, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün tutulan aliment məbləğinin azaldılaraq hər uşaq üçün 150 (yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN R.B.MEHDİYEV
Məhkəmə qərarları › İş №2(041)-203/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-203/2025
10.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver