Məhkəmə qərarları › İş №2(041)-2033/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-2033/2024

30.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-2033/2024 30.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X2, tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin azaldılması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin binasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Kürdəmir rayon məhkəməsinin 19 aprel 2024-cü il tarixli 2(041)-163/2024 saylı qətnaməsinə əsasən müyyən edilmiş alimentin məbləğinin azaldılaraq Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan sabit pul məbləğində 150 manat məbləğində alimentin alınıb Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.8-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.1.2-ci maddəsinə əsasən mediasiya ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə tətbiq edilir. 3.2. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Hazırki iş üzrə də alimentin azaldılması tələbinə dair iddia tələbi ailə münasibətlərindən irəli gələn mübahisələrə aid edilməsinə baxmayaraq, bununla bağlı ilkin mediasiya sessiyasında iştiraklarını təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-ci il tarixli nikahın pozulması tələbi ilə bağlı mediasiya arayışının hazırki işə heç bir aidiyyəti olmadığı üçün əsas kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin azaldılması tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar