Məhkəmə qərarları › İş №2(041)-2082/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-2082/2024

04.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-2082/2024 04.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X4 Baxşəli oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və X1 Cavabdeh qarşı “cehiz əşyalarının məcburi qaydada çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və X2 Cavabdeh qarşı “cehiz əşyalarının məcburi qaydada çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh məxsus cehiz əşyalarının onların Ağsu rayonunun Qiyaslı kəndində yerləşən evindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçılar İddiaçı1 və X2 birgə vəsatətlə məhkəməyə müraciət edərək, hazırda Cavabdeh ilə iddianı məhkəmədən kənar həll etdikləri üçün ərizənin baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə işə əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, iddiaçıların vəsatəti təmin edilməli və iddia ərizəsi qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3. və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 170, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Vəsatət təmin edilsin. İddiaçılar İddiaçı1 və X1 Cavabdeh qarşı “cehiz əşyalarının məcburi qaydada çıxarılması” tələbinə dair iddia ərizəsi iddiaçıların vəsatətinə əsasən geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kürdəmir Rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar