Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2156/2025 24.11.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək Kürdəmir Rayon Məhkəməsinin 2(041)-784/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin azadılması, xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 180 manat alimentin tutularaq cavabdeh X7 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 izahat verərək bildirdi ki, İddiaçı onun oğludur. Oğlu ilə cavabdeh X10 ilə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuşlar. Nikahdan xx.xx.2019-cu il təvəllüdlü X12 doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-1521/2019 saylı qətnaməsi ilə oğlu ilə cavabdeh arasında nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110 manat alimentin tutularaq X7 ödənilməsi müəyyən edilmişdir. Sonradan cavabdeh X10 alimentin məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(041)-784/2022 saylı qətnaməsi ilə alimentin məbləği 180 manat müəyyən edilmişdir. X5 ərizəsinə əsasən Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(041)-155/2025 saylı qərardadı ilə 2022-ci ildə təyin edilan 180 manat aliment indeksasiya olunaraq 246 manat təyin edilmişdir. 2019-cu il tarixdə aliment təyin edilərkən həmin dövr üçün uşaqlar üçün 160 manat müəyyən edildiyi halda ona maksumum yəni 180 manat aliment təyin edilmişdir. Lakin hazırki dövrdə isə uşaqlar üçün 246 manat təyin edilsə də məhkəmə alimentin indeksasiyasını aparmaqla 246 manat təyin edilməsini qanuna müvafiq hesqab etmir. Belə ki, rəsmi iş yeri və gəlir mənbəyi olmadığı üçün oğlu 180 manatı ödəməkdə çətinliklər çəkmiş və buna görə aliment borcları yaranmışdır. Belə ki, oğlu Cavabdeh ayrılandan sonra 2-ci dəfə ailə həyatı qurmuş və 2-ci evlilikdən də 2 uşağı vardır. Oğlu "Grand-Mart” MMC-də işləsə də aylıq əmək haqqısı 400 manatdır. Başqa gəlir yeri yoxdur, təyin edilmiş 180 manat alimenti də güclə ödəyir. Məhkəmə tərəfindən aliment təyin edilən vaxt oğlu subay olmuş və alimenti ödəyə bilmişdir. Lakin indi onun ailə vəziyyəti elə bir dərəcədə dəyişib ki, alimentin miqdarı qalxarsa 2-ci evlilikdən olan 2 azyaşlı uşağının maddi tələbatını ödəməkdə çətinliklər yaradacaqdır. Bu da 2-ci evlilikdən olan uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə, onların hüquqlarının pozulmasına səbəb olacaqdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 izahat verərək bildirdi ki, qarşı tərəfin dedikləri ilə razı deyil. İddiaçı işləyir və yetərincə maaş alır. Dövlət tərəfindən minimum aliment 246 manat kəsilmişdir. Azyşalı uşağın 6 yaşı var. Ay ərzində 246 manat heç onun saxlanmasına kifayət etmir. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)- 784/2022 saylı qətnaməsinə əsasən Kürdəmir Rayon Məhkəməsinin 29 dekabr 2019-cu il tarixli, 2(041)- 1521/2019 nömrəli qətnaməsi ilə təyin olunmuş və har ay sabit pul məbləğində tutulan alimentin miqdarı dəyişdirilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı birgə nikahlarından xx.xx.2019-cu il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq İddiaçı hər ay sabit pul məbləğində 180 (yüz səksən) manat aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(041)- 155/2025 saylı qərardadına əsasən Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-784/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya edilərək, bu qərardad qanuni qüvvəyə mindiyi gündən başlayaraq, yetkinlik yaşına çatmayan xx.xx.2019-cu ildə anadan olmuş X1 üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ 517067 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə İddiaçı arasında nikah Kürdəmir regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə 581 nömrə ilə qeydə alınmışdır. Nikahdan sonra ərə Xələfov, arvada Xələfova soyadı verilmişdir. İş materiallarında olan Kürdəmir regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZ-V 068513 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından X8 xx.xx.2024-cü ildə doğulmuşdur. İş materiallarında olan Kürdəmir regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İV 881255 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından X14 xx.xx.2023-cü ildə doğulmuşdur. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixindən "xxxx" MMC-nin mağazalar şəbəkəsinin Kürdəmir rayonu, Aran qəsəbəsi, Babək prospekti, 38 ünvanında satış məsləhətçisi işləyir və aylıq əmək haqqı 400 manat təşkil edir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah xx.xx.2019-cu il tarixdə pozulmuş, birgə nikahdan olan uşağın saxlanılması üçün İddiaçı sabit pul məbləğində 110 manat aliment tutulması müəyyən edilmişdir. Daha sonra cavabdeh alimentin artırılması barədə Kürdəmir Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-784/2022 saylı qətnaməsi ilə alimentin məbləği dəyişdirilərək, İddiaçı hər ay sabit pul məbləğində 180 manat aliment tutulması müəyyən edilmişdir. Bundan əlavə cavabdeh alimentin indeksasiyası ilə bağlı məhkəməyə müraciət etmiş və Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(041)-155/2025 nömrəli qərardadı ilə alimentin miqdarı hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.6 misli həddində indeksasiya edilmişdir. Hazırkı iş üzrə cavabdehin xeyrinə aliment tutulmasından sonra iddiaçının maddi vəziyyəti dəyişmişdir. Belə ki, iddiaçı yenidən digər şəxslə nikaha daxil olaraq ailə qurmuş, həmin nikahdan iki uşağı doğulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının maddi vəziyyətində dəyişiklik olduğundan ondan tutulan alimentin miqdarı maddi vəziyyətinə uyğun olaraq uşağın mənafeyinə zərər verməyəcək şəkildə azaldıla bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Göründüyü kimi alimentin əvvəlki miqdarı təyin edilən vaxtdan sonra iddiaçının ailə və maddi vəziyyətində mühüm dəyişikliklər baş vermişdir. Belə ki, iddiaçı yenidən nikaha daxil olmuş, həmin nikahdan iki azyaşlı uşağı dünyaya gəlmiş, eyni zamanda onun aylıq rəsmi gəliri 400 manat təşkil edir və başqa gəlir mənbəyi yoxdur. Alimentin ölkə üzrə minimum əmək haqqının 0,6 misli həddində (2025-ci il üzrə 240 manat) tutulması iddiaçının real maddi imkanları ilə uyğun gəlmir və bu hal ikinci nikahdan olan uşaqlarının təminatının əsaslı dərəcədə pisləşməsinə səbəb ola bilər. Bu baxımdan, uşağın mənafeyinə zərər vurmamaq şərti ilə, eyni zamanda iddiaçının digər iki azyaşlı uşaqlarının hüquqlarını da nəzərə alaraq alimentin miqdarının 180 manat məbləğində, yəni ölkə üzrə minimum əmək haqqının 0,45 misli həddində (400x0,45=180) müəyyən edilməsini ədalətli və mütənasib hesab edilir. 2025-ci il üçün minimum aylıq əmək haqqının məbləği 400 manat müəyyən edilib. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110-cu maddəsinin 110.2-ci bəndinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15№-li qərarın “8.4-10-ci bəndinə əsasən, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, tutulan alimentin məbləği azaldılaraq xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-784/2022 saylı qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X2 üçün İddiaçı Cavabdeh xeyrinə tutulan və Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(041)-155/2025 saylı qərardadına əsasən indeksasiya edilən alimentin miqdarı azaldılsın. xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-2156/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2156/2025
24.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver