Məhkəmə qərarları › İş №2(041)-216/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-216/2024

06.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-216/2024 06.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədirliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı qızıl-zinət və cehiz əşyaları tələbinə dair mülki işə Kürdəmir rayonu, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona nişanda və toyda hədiyyə edilmiş dəyəri 8166 manat olan 8 adda qızıl əşyaları ya naturada ya da dəyəri və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı və onun nümayəndəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsi X1 məhkəmənin əvvəlki iclaslarında iştirak edib iş üzrə izahat verməsini nəzərə alıb, işə iddiaçı və onun etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbini müdafiə edərək göstərmişdir ki, İddiaçı onun qızıdır. Nuranə Cavabdeh ilə nikahlarını xx.xx.2019-cu il tarixdə qeyd etdirməklə evlənib ailə qurmuşlar. Onların birgə nikahlarından uşaqları olmayıb. Qızı Nuranə adət ənənəyə uyğun olaraq cavabdehin yaşadığı Kürdəmir rayonunun Xırdapay kəndində yerləşən valideynlərinin evinə gəlin köçmüşdür. Qızı gəlin köçərkən özünə məxsus cehiz əmlaklarını və qızıl-zinət əşyalarını da özü ilə birlikdə gəlin getdiyi evə aparmışdır. Nuranə cavabdehlə birgə nikahda olub birlikdə yaşadıqları müddətdə ona məxsus olan qızıl-zinət əşyalarından istifadə etmiş və müxtəlif toy və digər şənliklərdə üzərinə taxmışdır. Sonradan qızı Nuranə ilə Cavabdeh ailə münasibətləri pozulduğuna görə o, qızı Nuranəni öz evlərinə aparmışdır. Nuranəni öz evlərinə ararmamışdan təxminən 1 ay əvvəl cavabdeh onun qızıllarını Nuranədən xəbərsiz götürüb gizlətmiş və Nuranəyə verməmişdir. Sonradan Nuranənin cavabdehin yaşadığı evdə olan cehizlərini aparsalar da cavabdeh qızılları verməkdən imtina etmişdir. Dəfələrlə cavabdehdən qızılları qaytarmasını tələb etsələr də, cavabdeh qızılları qaytarmaqdan imtina edir. Qızı Nuranə hazırda cavabdehdən 4200 manat dəyərində 25 qram çəkidə 0,4 karat brilyant qaşlı, 750 əyarlı qızıl komplekt dəsti (boyunbağı, qolbağı, sırğa-üzük dəsti, ağ qızıldan bəzədilmiş sallama formasında), 760 manat dəyərində 8 qram çəkidə, 583 əyarlı qızıl sırğa (qəpik formasında sallama), 805 manat dəyərində 8,2 qram çəkidə, 585 əyarlı 1 ədəd qızıl qolbağ Pandora modelli yumuru qıraqları ürək formasında, 320 manat dəyərində 2,8 qram çəkidə, 585 əyarlı 1 ədəd qızıl qolbağ (sonsuzluq formasında), 485 manat dəyərində 5 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl qolbağ (tros formasında sadə), 310 manat dəyərində 3 qram çəkidə 585 əyarlı 1 ədəd qızıl sırğa (dördkünc formasında sadə), 946 manat dəyərində 8,6 qram çəkidə 585 əyarlı 1 ədəd qızılsırğa-üzük dəsti Pandora modelli sadə, 340 manat dəyərində 3,5 qram çəkidə 585 əyarlı 1 ədəd qızıl üzük (təkqaş formasında ortasında fianit qaş) olan qızıl-zinət əşyalarını tələb edir. Ona görə də Cavabdeh qızı Nuranəyə nişanda və toyda hədiyyə edilmiş dəyəri 8166 manat olan 8 adda qızıl əşyaları ya naturada ya da dəyəri və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək göstərdi ki, oğlu Cavabdeh İddiaçı ilə nikahlarını xx.xx.2019-cu il tarixdə qeyd etdirib evlənmişlər. Onların birgə nikahlarından uşaqları olmamışdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, guya o, onun oğlu İslamla birgə nikahda olan zaman qızıl-zinət əşyalarından istifadə etməklə müxtəlif toy və digər şənliklərdə üzərinə taxdığını göstərmiş, daha sonra isə oğlu İslamın ondan xəbərsiz həmin əşyaları gizlətdiyini və ona vermədiyini qeyd etmişdir. İddiaçı onun oğlu ilə ailə qurandan sonra iddiaçının uşağı olmadığına görə 2020-ci ildən başlarayraq onu uzun müxtəlif xəstəxanalarda müalicə etdirmişlər. İddiaçının müalicəsinə lazım olan müalicə xərclərini ödədikdən sonra maddi imkanları tükəndiyinə görə iddiaçının özünün razılığı ilə 2021-ci ilin oktyabr ayında qəpik formasıneda olan sırğanı, tros formasında olan qızıl qolbağı və qızıl üzüyü iddiaçının özünün razılığı ilə lombarda qoyub 1000 manat, iddia ərizəsində 4200 manat qiymətində göstərdiyi qızıl komplekt dəstini iddiaçının özünün razılığı ilə 2022-ci ilin yanvar ayında lombarda qoyub 1500 manat məbləğində pul götürüb müalicə xərclərinə görə xəstəxanaya ödəmişlər. İddiaçının oğlu İslamdan tələb etdiyi Pandora qızıl sırğa, nişan üzüyü və ortasında kibrit formalı klon olan qızıl sepi isə iddiaçı öz evlərinə öz evlərinə gedərkən özü ilə aparmış, hansı ki, iddiaçı iddia tələbində həmin sepi tələb etməmişdir. Hazırda onların eyində iddiaçıya məxsus heç bir qızıl-zinət əşyası qalmamışdır. Bundan əlavə 2020-ci ildə Badamdarda 1 il gündə müalicə xərci 30 manat olmaqla, 2021-ci ilin fevral ayında EGE hospitalda iddiaçının müalicəsinə görə xəstəxanaya 3500 manat, əlavə iynə dərmanlara görə 3500 manat, 2021-ci ilin oktyabr ayında Olçay həkimin müalicəsiqnə görə 2500 manat, 2022-ci ilin yanvar ayında yenədə EGE hosritalda Olçay həkimin müalicəsinə görə 1500 manat pul ödəmişlər. Bundan başqa iddiaçı iddia ərizəsində tələb etdiyi qızılların qiymətini şişirdilmiş vəziyyətdə göstərmişdir. Belə ki, həmin qızıl-zinət əşyalarının özü qiymətləndiriciyə təqdim edilmədiyi halda iddiaçının iddia ərizəsinə əlavə etdiyi mantaj olunmuş fotoşəkillərə əsasən qiymətləndirilmişdir ki, bu da qanunvericiliyin tələbinə uyğun deyildir. İddiaçının iddia ərizəsinin məzmunundan və onun iddia ərizəsiqnə əlavə etdiyi sənəd və fotoşəkillərdən göründüyü kimi iddiaçının oğlu İslama qarşı tələbi tamamilə əsassızdar və onların evində iddiaçıya məxsus heç bir qızıl-zinət əşyası qalmamışdır. Onlar iddiaçını yaşadıqları evdən qovmamış, onu öz atası gəlib özü ilə öz evinə aparmışdır. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, AZ-T 052786 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Baş direktoru Ruhin.S.Qaraşov tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatdan görünür ki, İtaliya istehsalı olan 750 əyarlı, 25 qram çəkidə, 04 karat brilyant qaşlar ilə Qızıl komplekt dəsti (boyunbağı, qolbağı, sırğa-üzük dəsti, ağ qızıldan hazırlanmış, ağ qızıldan hazırlanmış, brilyant qaşlarla bəzədilmiş sallama formasında) 4200 manat, Rusiya istehsalı olan 583 əyarlı, 8 qram çəkidə qızıl sırğa (qəpik formasında sallama) 760 manat, Türkiyə istehsalı olan 585 əyarlı, 8,2 qram çəkidə, qızıl qolbağı Pandora modelli (yumuru, qıraqları ürək formasında) 805 manat, Türkiyə istehsalı olan 585 əyarlı, 2,8 qram çəkidə qızıl qolbağ Sonsuzluq formasında 320 manat, Rusiya istehsalı olan 583 əyarlı, 5 qram çəkidə qızıl qolbağ (tros formasında sadə) 485 manat, Türkiyə istehsalı olan 585 əyarlı, 3 qram çəkidə qızıl sırğa (dörd künc formasında, sadə) 310 manat, Türkiyə istehsalı olan 585 əyarlı, 8,6 qram çəkidə qızıl sırğa üzük dəsti Pandora modelli (sadə) 946 manat, Türkiyə istehsalı olan 585 əyarlı, 3,5 qram çəkidə qızıl üzük (təkqaş formasında, ortasında fianit qaşlı) 340 manat dəyərində azad bazar qiyməti ilə qiymətləndirilmişdir. Cavabdeh nümayəndəsi X4 tərəfindən təqddim edilmiş və iş materialların əlavə edilmiş tibbi sənədlərdən (müayinə sənədləri, ödəniş qəbzləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankları, tövsiyyə vərəqələri və digər tibbi sənədlər) görünür ki, 2020- 2022-ci illər ərzində İddiaçı müalicəsi üçün müayinə, müalicə və dərman vasitələrinə görə xeyli miqdarda pul vəsaiti sərf edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (məhkəmənin əvvəlki iclaslarında verdiyi izahatını) və cavabdehin nümayəndəsinin izahatını dinləyib, habelə iş materiallarına əlavə edilmis sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə nikahlarını xx.xx.2019-cu il tarixdə qeyd etdirməklə evlənib ailə qurmuşlar. Onların birgə nikahlarından uşaqları olmayıb. Qızı Nuranə adət ənənəyə uyğun olaraq cavabdehin yaşadığı Kürdəmir rayonunun Xırdapay kəndində yerləşən valideynlərinin evinə gəlin köçmüşdür. Qızı gəlin köçərkən özünə məxsus cehiz əmlaklarını və qızıl-zinət əşyalarını da özü ilə birlikdə gəlin getdiyi evə aparmışdır. Nuranə cavabdehlə birgə nikahda olub birlikdə yaşadıqları müddətdə ona məxsus olan qızıl-zinət əşyalarından istifadə etmiş və müxtəlif toy və digər şənliklərdə üzərinə taxmışdır. Sonradan qızı Nuranə ilə Cavabdeh ailə münasibətləri pozulduğuna görə o, qızı Nuranəni öz evlərinə aparmışdır. Nuranəni öz evlərinə ararmamışdan təxminən 1 ay əvvəl cavabdeh onun qızıllarını Nuranədən xəbərsiz götürüb gizlətmiş və Nuranəyə verməmişdir. Sonradan Nuranənin cavabdehin yaşadığı evdə olan cehizlərini aparsalar da cavabdeh qızılları verməkdən imtina etmişdir. Dəfələrlə cavabdehdən qızılları qaytarmasını tələb etsələr də, cavabdeh qızılları qaytarmaqdan imtina edir. Qızı Nuranə hazırda cavabdehdən 4200 manat dəyərində 25 qram çəkidə 0,4 karat brilyant qaşlı, 750 əyarlı qızıl komplekt dəsti (boyunbağı, qolbağı, sırğa-üzük dəsti, ağ qızıldan bəzədilmiş sallama formasında), 760 manat dəyərində 8 qram çəkidə, 583 əyarlı qızıl sırğa (qəpik formasında sallama), 805 manat dəyərində 8,2 qram çəkidə, 585 əyarlı 1 ədəd qızıl qolbağ Pandora modelli yumuru qıraqları ürək formasında, 320 manat dəyərində 2,8 qram çəkidə, 585 əyarlı 1 ədəd qızıl qolbağ (sonsuzluq formasında), 485 manat dəyərində 5 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl qolbağ (tros formasında sadə), 310 manat dəyərində 3 qram çəkidə 585 əyarlı 1 ədəd qızıl sırğa (dördkünc formasında sadə), 946 manat dəyərində 8,6 qram çəkidə 585 əyarlı 1 ədəd qızılsırğa-üzük dəsti Pandora modelli sadə, 340 manat dəyərində 3,5 qram çəkidə 585 əyarlı 1 ədəd qızıl üzük (təkqaş formasında ortasında fianit qaş) olan qızıl-zinət əşyalarını tələb etsə də cavabdeh həmin qızılları ona verməmişdir. Məhkəmədə izahat verən Cavabdeh nümayəndəsi X4 oğlu İslamın İddiaçı ilə ailə qurandan sonra iddiaçının uşağı olmadığına görə 2020-ci ildən başlarayraq onu uzun müxtəlif xəstəxanalarda müalicə etdirmişlər. İddiaçının müalicəsinə lazım olan müalicə xərclərini ödədikdən sonra maddi imkanları tükəndiyinə görə iddiaçının özünün razılığı ilə 2021-ci ilin oktyabr ayında qəpik formasıneda olan sırğanı, tros formasında olan qızıl qolbağı və qızıl üzüyü iddiaçının özünün razılığı ilə lombarda qoyub 1000 manat, iddia ərizəsində 4200 manat qiymətində göstərdiyi qızıl komplekt dəstini iddiaçının özünün razılığı ilə 2022ci ilin yanvar ayında lombarda qoyub 1500 manat məbləğində pul götürüb müalicə xərclərinə görə xəstəxanaya ödəmişlər. İddiaçının oğlu İslamdan tələb etdiyi Pandora qızıl sırğa, nişan üzüyü və ortasında kibrit formalı klon olan qızıl sepi isə iddiaçı öz evlərinə öz evlərinə gedərkən özü ilə aparmış, hansı ki, iddiaçı iddia tələbində həmin sepi tələb etməmişdir. Hazırda onların eyində iddiaçıya məxsus heç bir qızıl-zinət əşyası qalmamışdır. Bundan əlavə 2020-ci ildə Badamdarda 1 il gündə müalicə xərci 30 manat olmaqla, 2021-ci ilin fevral ayında EGE hospitalda iddiaçının müalicəsinə görə xəstəxanaya 3500 manat, əlavə iynə dərmanlara görə 3500 manat, 2021-ci ilin oktyabr ayında Olçay həkimin müalicəsiqnə görə 2500 manat, 2022-ci ilin yanvar ayında yenədə EGE hosritalda Olçay həkimin müalicəsinə görə 1500 manat pul ödəmişlər. Bundan başqa iddiaçı iddia ərizəsində tələb etdiyi qızılların qiymətini şişirdilmiş vəziyyətdə göstərmişdir. Belə ki, həmin qızıl-zinət əşyalarının özü qiymətləndiriciyə təqdim edilmədiyi halda iddiaçının iddia ərizəsinə əlavə etdiyi mantaj olunmuş fotoşəkillərə əsasən qiymətləndirilmişdir ki, bu da qanunvericiliyin tələbinə uyğun deyildir. İddiaçının iddia ərizəsinin məzmunundan və onun iddia ərizəsinə əlavə etdiyi sənəd və fotoşəkillərdən göründüyü kimi iddiaçının oğlu İslama qarşı tələbi tamamilə əsassızdar və onların evində iddiaçıya məxsus heç bir qızıl-zinət əşyası qalmamışdır. Onlar iddiaçını yaşadıqları evdən qovmamış, onu öz atası gəlib özü ilə öz evinə apardığını bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbində Cavabdeh 4200 manat dəyərində 25 qram çəkidə 0,4 karat brilyant qaşlı, 750 əyarlı qızıl komplekt dəsti (boyunbağı, qolbağı, sırğa-üzük dəsti, ağ qızıldan bəzədilmiş sallama formasında), 760 manat dəyərində 8 qram çəkidə, 583 əyarlı qızıl sırğa (qəpik formasında sallama), 805 manat dəyərində 8,2 qram çəkidə, 585 əyarlı 1 ədəd qızıl qolbağ Pandora modelli yumuru qıraqları ürək formasında, 320 manat dəyərində 2,8 qram çəkidə, 585 əyarlı 1 ədəd qızıl qolbağ (sonsuzluq formasında), 485 manat dəyərində 5 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl qolbağ (tros formasında sadə), 310 manat dəyərində 3 qram çəkidə 585 əyarlı 1 ədəd qızıl sırğa (dördkünc formasında sadə), 946 manat dəyərində 8,6 qram çəkidə 585 əyarlı 1 ədəd qızılsırğa-üzük dəsti Pandora modelli sadə, 340 manat dəyərində 3,5 qram çəkidə 585 əyarlı 1 ədəd qızıl üzük (təkqaş formasında ortasında fianit qaş) olan qızıl-zinət əşyalarını tələb etsə də, o, həmin qızılların hazırda cavabdehdə qalması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Həmçinin cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş tibbi sənədlərdən görünür ki, cavabdeh iddiaçının müalicəsi üçün 2020-2022-ci illər ərzində müxtəlif xəstəxanalarda müalicə etdirməklə onun müalicəsinə xeyli miqdarda vəsait xərcləmiş və həmin xərcin müəyyən hissəsini iddiaçıya məxsus olan qızıl əşyalarını onun özünün razılığı ilə satıb əldə etdiyi vəsait hesabına ödədiyini bildirmişdir. Bundan əlavə cavabdeh İddiaçı ona qarşı qızıl-zinət və cehiz əşyaları tələbinə dair iddia ərizəsinə verdiyi etiraz ərizəsində iddiaçı valideynlərinin evinə gedərkən Pandora qızıl sırğa, nişan üzüyü və ortasında kibrit formalı klon olan qızıl sepi özü ilə arardığını göstərsə də, həmin qızılları iddiaçının özü ilə aparması barədə məzhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Cavabdehin etiraz ərizəsində göstərdiyi ortasında kibrit formalı klon olan qızıl sep iddiaçının iddia tələbində qeyd edilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya hədiyyə kimi verilən nişan üzüyü 4200 manat məbləğində olan Qızıl komplekt dəsinin tərkibində olduğuna görə məhkəmə həmin nişan üzüyünün ayrılıqda bazar qiyməti ilə qiymətinin 800 manat olmasını ağılabatan hesab edir. İş materiallarından və məhkəmə iclasında tədqiq edilmiş subutlara məcmuu halında qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən tələb etdiyi qızıl-zinət əşyalarından 946 manat dəyərində Pandora modelli qızıl sırğa üzük dəsti və 800 manat dəyərində nişan üzüyü hazırda cavabdehdə olmaqla, həmin qızıllar cavabdehdən alınıb iddiaçıya verilməli, iddia tələbi qalan hissədə isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsində göstərilir ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ərarvadın hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 666.1-ci maddəsində göstərilir ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləşdirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə cavabdehdə qalması sübut olunan qiyməti 946 manat olan Pandora modelli, sadə qızıl sırğa üzük dəsti və 800 manat dəyərində nişan üzüyünün özləri, həmin əmlaklar olmadıqda isə onların cəmi dəyəri 1746 manat və iddia tələbinin təmin edilmiş hissəsinə münasib 30 manat dövlət rüsumu Cavabdeh alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh qiyməti 946 manat olan Pandora modelli, sadə qızıl sırğa üzük dəsti və 800 manat dəyərində nişan üzüyünün özləri, həmin əmlaklar olmadıqda isə onların cəmi dəyəri 1746 (min yeddi yüz qırx altı) manat və iddia tələbinin təmin edilmiş hissəsinə münasib 30 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müdətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar