Məhkəmə qərarları › İş №2(041)-219/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-219/2024

03.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-219/2024 03.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4 və Cavabdeh2 nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəməinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Kürdəmir rayonunun Sor-Sor kəndində yaşayan cavabdehlər Cavabdeh1 , Cavabdeh2 orğlundan onlarda qalan 700 manat dəyərində 7 qram çəkidə 583 əyarlı, sirkon qaşlı 1 ədəd üzüyk, 500 manat dəyərpində 5 qram çəkidə 583 əyarlı zümrüd sirkon qaşlı 1 ədəd paxlava üzük, 1200 manat dəyərində 12 qram çəkidə 583 əyarlı sünbül qolbağ, 1400 manat dəyərində 14 qram çəkidə 583 əyarlı sirkon qaşlar ilə gül formalı qızıl dəstinin özlərinin, özləri olmadıqda isə onların cəmi dəyəri 3800 manat pulun, mediasiya təşkilatına ödədiyi 50 manat pulun və dövlət rüsumuna görə 8 manat, ümumilikdə 3858 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 iddia tələbini müdafiə edərək göstərdi ki, İddiaçı onun qızıdır. Qızı İddiaçı Cavabdeh1 ilə evlənib ailə qurmaqla aralarında rəsmi nikah qeyd etdirmişlər. Cavabdehlə birgə nikahlarından iki uşaqları xx.xx.2012-ci il tarixdə Aylin və xx.xx.2018-ci ildə İslam anadan olmuşdur. O, Cavabdeh1 ilə evlənib ailə quranda onun valideyinlərinin evinə gəlin gedib və cehizlərini də həmin evə yığıb. Cavabdehin valideyinləri tərəfindən toyda ona 700 manat dəyərində 7 qram çəkidə 583 əyarlı, sirikon qaşlı 1 ədəd üzük, 500 manat dəyərində 5 qram çəkidə 583 əyarlı zümrüd sirkon qaşlı 1 ədəd paxlava üzük, 1200 manat dəyərində 12 qram çəkidə 583 əyarlı sünbül qolbaq, 1400 manat dəyərində 14 qram çəkidə 583 əyarlı sirkon qaşlar ilə gül formalı qızıl dəsti verilmişdir. Cavabdeh1 həmin qızılları məcburi qaydada onun əlindən alıb Rabitəbankın kürdəmir filialına girov qoyub qohumu X5nun adına kredit götürüb. Cavabdeh Məmmədov X2 olan kredit borcunu ödədikdən sonra girov qoyduğu ona məxsus qızılları bankdan götürmüş, lakin həmin qızılları ona verməmişdir. Eşitdiyinə görə banka qoyduğu girov qızılları Sarvanın atası digər Cavabdeh2 və X5 götürmüşlər. Onlardan qızıllarını tələb etsədə qızıllarını qaytarıb verməyiblər. Ona görə də 700 manat dəyərində 7 qram çəkidə 583 əyarlı, sirikon qaşlı 1 ədəd üzük, 500 manat dəyərində 5 qram çəkidə 583 əyarlı zümrüd sirkon qaşlı 1 ədəd paxlava üzük, 1200 manat dəyərində 12 qram çəkidə 583 əyarlı sünbül qolbaq, 1400 manat dəyərində 14 qram çəkidə 583 əyarlı sirkon qaşlar ilə gül formalı qızıl dəstinin cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək göstərdi ki cavabdeh Sarvan onun oğlu Adil isə əridir. İddiaçı əri Adilə və oğlu Sarvan qarşı tələb etdiyi qızıl-zinət əşyalırı həmişə iddiaçının özündə olub, həmin qızıl-zinət əşyaları Adil və Sarvanda deyil. İddiaçı oğlu Sarvanla 2009-cu il tarixdə evlənib ailə qurmuşlar. Şəfəq bizim yaşadığımız Kürdəmir rayonunun Sor Sor kəndində yerləşən evimə gəlin köçüb və təxminən 5 ay orada yaşadıqdan sonra bizimlə dolanmadığı üçün qərara gəlmişlər ki, Şəfəq və Sarvan müvəqqəti olaraq qohumları X10 kəndində yerləşən evinə köçsünlər və sonradan onlara ev tikib həmin evə köçürərlər. Şəfəq və oğlu Sarvanın köçdüyü ev və torpaq hazırda Vəliyeva Zinyətə məxsusdur. Şəfəq və oğlum Sarvan onların evindən çıxıb həmin vaxtı Valehə məxsus evə köçəndə Şəfəq özünə məxsus bütün cehiz və qızıl-zinət əşyalarınıda özü ilə apardı. Şəfəqin onların evində heç bir əşyası qalmadı. Onlar Valehə məxsus evdə ər arvad 11 il yaşadılar. Təxminən Şəfəq və oğlum Sarvan 2019-cü ildə işləmək üçün Bakı şəhərinə gediblər və orada kirayə ev tutub 3 ay yaşayıblar. Sonradan onların arasında ər-arvad ailə münaqişəsi yaranmış və bu səbəbdən Şəfəqi atası Həmid onların kirayə yaşadıqları evdən yığışdırıb öz yaşadığı Sor-Sor kəndinə aparmışdır. Həmin vaxtan Şəfəqlə oğlunun ailə münasibətləri pozulmuş və həmin vaxtdan ayrılmışlar. Şəfəq 1 ilə yaxın atası evində yaşamış, o atası ilə də dolanmadığı üçün yenidən iki uşağı ilə birlikdə Bakı şəhərinə qayıdıb getmişdir. Bundan sonra onların Şəfəqdən xəbərləri olmayıb. Şəfəq iddia ərizəsində qeyd edir ki, Sarvan onun qızıllarını Rabitəbanka girov qoyub yaxın qohumu olan Qadirin adına kredit götürüb. Lakin Şəfəqə məxsus qızıl-zinət əşyalırı həmişə onun özündə olub, Şəfəq onların evdən çıxıb gedərkən qızıl-zinət və cehiz əşyalarını özü ilə aparıb. Rabitəbankdan oğlu Sarvan yox qohumu Qadir kredit götürüb, Qadir kredit götürərkən özünə məxsus qızılları girov qoyub, Kredit müddəti başa çatdıqdan sonra Qadir özü qızıllarını bankdan götürüb. İddiaçı iddia ərizəsində göstərdiyi qızıl-zinət əşyalarının harda və kimdə olmasından xəbərləri yoxdur. Bununla bağlı oğlu Sarvanla da əlaqə saxlamış, Sarvan onlar ayrılana kimi Şəfəqin qızılları həmişə özündə olduğunu, onun qızıllarını girov qoymadığını və satmadığını bildirmişdir. İddiaçı iddia ərizəsində göstiərdiyi qızıl-zinət əşyalarının qiymətini, çəkisini və qızıllarının sayını şişirdilmiş qiymətdə göstərib. Onlar Şəfəqə həmin çəkidə, həmin qiymətdə və həmin sayda qızıl-zinət əşyaları verməyiblər. İddiaçı ilə oğlu Sarvan 2021-ci il tarixdə məhkəmə qərarına əsasən boşanıblar. Lakın onların arasında ailə münasibətləri 2019-cu il tarixdən pozulmuş və həmin vaxtdan ayrı yaşayırlar. Belə olduğu halda iddiaçı nə səbəbə görə 3 ilə yaxın vaxt keçdikdən sonra qızıl-zinət əşyalarını indi tələb edir. Hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır və onların üzərimizə atılan böhtandır. Ona görə də İddiaçı onlara qarşı qızılzinət əşyalarının tələbinə dair iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh1 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 heç bir məlumat vermədən təkrar məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 nümayəndəsinin izahatını dinləyib, habelə iş materiallarına əlavə edilmis sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 ilə nikahlarını rəsmi qeyd etdirməklə evlənib ailə qurmuşlar. Cavabdehlə birgə nikahlarından iki uşaqları xx.xx.2012-ci il tarixdə Aylin və xx.xx.2018-ci ildə İslam anadan olmuşdur. İddiaçı əri Adilə və oğlu Sarvan qarşı tələb etdiyi qızıl-zinət əşyalırı həmişə iddiaçının özündə olub, həmin qızıl-zinət əşyaları Adil və Sarvanda deyil. İddiaçı oğlu Sarvanla 2009-cu il tarixdə evlənib ailə qurmuşlar. Şəfəq bizim yaşadığımız Kürdəmir rayonunun Sor Sor kəndində yerləşən evimə gəlin köçüb və təxminən 5 ay orada yaşadıqdan sonra bizimlə dolanmadığı üçün qərara gəlmişlər ki, Şəfəq və Sarvan müvəqqəti olaraq qohumları X10 kəndində yerləşən evinə köçsünlər və sonradan onlara ev tikib həmin evə köçürərlər. Şəfəq və oğlu Sarvanın köçdüyü ev və torpaq hazırda Vəliyeva Zinyətə məxsusdur. Şəfəq və oğlum Sarvan onların evindən çıxıb həmin vaxtı Valehə məxsus evə köçəndə Şəfəq özünə məxsus bütün cehiz və qızıl-zinət əşyalarınıda özü ilə apardı. Şəfəqin onların evində heç bir əşyası qalmadı. Onlar Valehə məxsus evdə ər arvad 11 il yaşadılar. Təxminən Şəfəq və oğlum Sarvan 2019-cü ildə işləmək üçün Bakı şəhərinə gediblər və orada kirayə ev tutub 3 ay yaşayıblar. Sonradan onların arasında ərarvad ailə münaqişəsi yaranmış və bu səbəbdən Şəfəqi atası Həmid onların kirayə yaşadıqları evdən yığışdırıb öz yaşadığı Sor-Sor kəndinə aparmışdır. Həmin vaxtan Şəfəqlə oğlunun ailə münasibətləri pozulmuş və həmin vaxtdan ayrılmışlar. Şəfəq 1 ilə yaxın atası evində yaşamış, o atası ilə də dolanmadığı üçün yenidən iki uşağı ilə birlikdə Bakı şəhərinə qayıdıb getmişdir. Bundan sonra onların Şəfəqdən xəbərləri olmayıb. Şəfəq iddia ərizəsində qeyd edir ki, Sarvan onun qızıllarını Rabitəbanka girov qoyub yaxın qohumu olan Qadirin adına kredit götürüb. Lakin Şəfəqə məxsus qızıl-zinət əşyalırı həmişə onun özündə olub, Şəfəq onların evdən çıxıb gedərkən qızıl-zinət və cehiz əşyalarını özü ilə aparıb. Rabitəbankdan oğlu Sarvan yox qohumu Qadir kredit götürüb, Qadir kredit götürərkən özünə məxsus qızılları girov qoyub, Kredit müddəti başa çatdıqdan sonra Qadir özü qızıllarını bankdan götürüb. İddiaçı iddia ərizəsində göstərdiyi qızıl-zinət əşyalarının harda və kimdə olmasından xəbərləri yoxdur. Bununla bağlı oğlu Sarvanla da əlaqə saxlamış, Sarvan onlar ayrılana kimi Şəfəqin qızılları həmişə özündə olduğunu, onun qızıllarını girov qoymadığını və satmadığını bildirmişdir. İddiaçı iddia ərizəsində göstiərdiyi qızıl-zinət əşyalarının qiymətini, çəkisini və qızıllarının sayını şişirdilmiş qiymətdə göstərib. Onlar Şəfəqə həmin çəkidə, həmin qiymətdə və həmin sayda qızıl-zinət əşyaları verməyiblər. İddiaçı ilə oğlu Sarvan 2021-ci il tarixdə məhkəmə qərarına əsasən boşanıblar. Lakın onların arasında ailə münasibətləri 2019-cu il tarixdən pozulmuş və həmin vaxtdan ayrı yaşayırlar. Cavabdeh2 nümayəndəsi hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır və onların üzərinə atılan böhtandır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Yasif oğlundan onlarda qalan 700 manat dəyərində 7 qram çəkidə 583 əyarlı, sirkon qaşlı 1 ədəd üzüyk, 500 manat dəyərpində 5 qram çəkidə 583 əyarlı zümrüd sirkon qaşlı 1 ədəd paxlava üzük, 1200 manat dəyərində 12 qram çəkidə 583 əyarlı sünbül qolbağ, 1400 manat dəyərində 14 qram çəkidə 583 əyarlı sirkon qaşlar ilə gül formalı qızıl dəstinin özlərinin, özləri olmadıqda isə onların cəmi dəyəri 3800 manat pulun alınıb ona verilməsini tələb etsədə o, iddia ərizəsinə həmin qızıl əşyalarınının cavabdehdə qalması barədə heç bir sübut əlavə etməmiş, həmçinin məkəmədə izahat verən iddiaçının mümayəndəsi iddiaçının tələb etdiyi qızılların cavabdehlərdlə qalması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. İş materiallarına və məhkəmə iclasında tədqiq edilmiş subutlara məcmuu halında qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərdən tələb etdiyi qızıl-zinət əşyalarının cavabdehlərdə qalması sübut olunmadığından iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsində göstərilir ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ərarvadın hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 666.1-ci maddəsində göstərilir ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləşdirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müdətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar