Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-239/2025 17.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddiaçın İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə tikdirdikləri evin tikintisi və təmiri üçün qoyulan xərcin bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, ərarvadın birgə nikah dövründə Kürdəmir rayonu Yenikənd kəndində inşa etdirdikləri evin tikintisi və təmiri üçün çəkilən xərcin bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, Cavabdeh ilə 2008ci tarixdə evlənib ailə qurmuşlar. 2010-cu ildə rəsmi nikah qeyd etdirmiş və birgə nikahdan iki uşaqları doğulmuşdur. Ailə münasibətləri uyğun gəlmədiyi üçün Kürdəmir Rayon Məhkəməsinin 2(041)-68/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur. Ailə qurduqdan sonra, yəni 2008-ci ildən 2017-ci il tarixə kimi cavabdehlə birlikdə qaynatasına məxsus evdə yaşamışlar. 2016-cı ildə cavabdehlə birgə nikah dövründə torpaq almışlar və 2017-ci il tarixdə 3 otaqlı, 1 zal, mətbəxt, hamam və ayaqyolundan ibarət ev tikdirib həmin evin 1 otağına köçmüşlər. Ayrıldıqları günə kimi yəni 2023-cü il tarixə kimi həmin evdə yaşamışlar. 2023-cü ildə aralarında bağlanmış nikah pozulduqdan sonra cavabdeh onu iki azyaşlı uşaqları ilə birlikdə həmin evdən qovmuşdur. Ər-arvad birgə təsərrüfat idarə etmiş və ev tikdirmişlər. Ev 5 kubik kürsülü, 3 yataq otağı, bir zal, mətbəxt və hamam tualetdən ibarətdir. Əlavə həyətdə su hovuzu və tualeti də var. Həyətin ərazisi daş hasarla bağlanmışdır. Lakin sonradan ailədə mübahisələr yarandığından evi sənədləşdirə bilməmişlər. O, cavabdehlə ayrıldıqdan sonra uşaqları ilə birlikdə Kürdəmir rayonun Atakişili kəndində kirayədə yaşayır. Cavabdehlə birgə nikah dövründə Kürdəmir rayonunun Yenikənd kəndində inşa etdirdikləri evə qoyduqları xərcin yarı bölünməsini istəyir. Həmin evin tikintisi üçün şəxsən özü bankdan kredit götürmüşdür. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, onlar 2008-ci il tarixdə evlənmişlər. Evləndikdən sonra ailəsi ilə birlikdə iddiaçı Zərdab rayonundan olduğu üçün Zərdab şəhərində iddiaçının evində 2020-ci il tarixə kimi yaşamışlar. Sonra isə Kürdəmirə gəldikdən sonra Aran qəsəbəsində kirayə yaşamış, daha sonra isə qısa müddətdə atasına məxsus evdə yaşamışlar. İddiaçının ər-arvadın birgə nikah dövründə tikdirdikləri evin tikintisi və təmiri üçün qoyulan xərcin bölünməsi tələbi əsassızdır. İddianın təmin edilməməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin 2(041)-68/2023 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında xx.xx.2010-cu il tarixdə Kürdəmir rayon Qeydiyyat Şöbəsində bağlanmış və 174 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)- 322/2023 nömrəli qətnaməsinə əsasən Kürdəmir rayonu Yenikənd kəndində yaşayan İddiaçı məxsus cehiz əşyaları Cavabdeh alınaraq ona verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin tərəfindən xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, İddiaçı bank tərəfindən fərqli vaxtlarda kredit verilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, Cavabdeh ilə İddiaçı 2010cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən tərəflər arasında olan nikah pozulmuşdur. İddiaçı mübahisə predmeti olan Kürdəmir rayonunun Yenikənd kəndində yerləşən evin birgə gəlirlər hesabına tikildiyini, cavabdeh isə evləndikdən sonra bir müddət iddiaçının ailəsinə məxsus evdə yaşadıqlarını, 2020-ci ildən sonra isə Kürdəmir rayonunun Aran qəsəbəsində kirayə yaşadıqlarını, sonra isə qısa müddətdə atasına məxsus evdə yaşadıqlarını bildirmişdir. İddiaçı Kürdəmir rayonunun Yenikənd kəndində olan evin birgə nikah dövründə, ailənin birgə gəlirlər hesabına tikildiyinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı evin birgə gəlirlər hesabına tikildiyini sübuta yetirə bilməmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində bankdan götürdüyü kreditin evin tikintisinə xərclənməsini iddiaçı bildirsə də həmin kreditin məhz evin tikintisinə xərclənməsi dair iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı irəli sürdüyü tələbi sübut edə bilmədiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə müvafiq olaraq nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (maddə 32.1). Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir (maddə 34.1). Oxşar məzmunlu normalar Mülki Məcəllənin 225-ci maddəsində də təsbit edilmişdir. Mülki Məcəllənin 225.4-cü maddəsinə müvafiq olaraq ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X1 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Beləliklə məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş Kürdəmir rayonun Yenikənd kəndində yerləşən evin tikintisi və təmiri üçün çəkilən xərcin bölünməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 357-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə Kürdəmir rayonunun Yenikənd kəndində inşa etdirdikləri evin tikintisi və təmiri üçün çəkilən xərcin bölünməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-239/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-239/2025
17.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver