Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2496/2025 19.01.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-162/2023 saylı qətnaməsinin dəyişdirilməsini və alimentin sabit pul məbləğində tutulması barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasındakı nikah pozulmuşdur. Həmin vaxtdan başlayaraq cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X2 üçün heç bir maddi kömək göstərməmişdir. Buna görə də aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-162/2023 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hal-hazırda X6 17 yaşı var. Kürdəmir Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Cavabdeh aylıq sabit gəlirə malik deyil. Odur ki, iddia tələbinin təmin edilməsini, ölkə üzrə müəyyən edilmiş bir uşağın saxlanılması üçün nəzərdə tutulmuş miqdarda sabit pul məbləğində aliment tutulmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin Cavabdeh izahat verərək bildirdi ki, qarşı tərəfin dedikləri ilə razıdır. xx.xx.2008-ci il təvəllüdlü X2 üçün hər ay 150 manat ödəməyə maddi imkanı vardır. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-162/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X5 ilə Cavabdeh arasında xx.xx.2006-ci il tarixdə Kürdəmir rayon VVADQ şöbəsində 255 nömrə ilə qeydə alınmış nikahları pozulmuş, tərəflərin birgə nikahlarından xx.xx.2006-cı il tarixdə doğulmuş X9 və xx.xx.2008-ci il tarixdə doğulmuş X6 anaları X3 yanında qalması, tərəflərin birgə nikahlarından xx.xx.2006-cı il tarixdə doğulmuş X9 və xx.xx.2008-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh oğundan hər ay 2 uşağa görə qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. İş materillarında olan AA6150536 və AA4559234 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X8 doğulmuşdur. İş materaillarında olan Kürdəmir regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən X4 xx.xx.2023-cü il tarixində verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X3 nikahına Kürdəmir Rayon Məhkəməsinin 2(041)-162/2023 nömrəli qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023cü il tarixdə 36 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş, Cavabdeh oğu tərəfindən verilmiş ərizədən görünür ki, iddia tələblərini qəbul edir. Uşağın saxlanması üçün hər ay 150 manat ödəməyə maddi imkanı var. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı və Cavabdeh arasındakı nikah pozulub, tərəflərin birgə nikahından doğulmuş uşaqlar analarının yanında qalır. İddiaçı bildirdi ki, cavabdeh uşaqların saxlanması üçün kifayət qədər maddi dəstək vermir və əvvəl təyin edilmiş aliment onların gündəlik ehtiyaclarını ödəməyə yetmir. Buna görə də alimentin sabit pul məbləği ilə müəyyən edilməsini xahiş etdi. Cavabdeh isə uşaqların saxlanması üçün hər ay 150 manat ödəyə biləcəyini bildirdi və iddia tələblərini qismən qəbul etdi. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110-cu maddəsinin 110.2-ci bəndinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Məhkəmə nəzərə alır ki, alimentin sabit pul məbləğində müəyyən edilməsi zamanı tətbiq edilməli olan qaydalar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 saylı qərarı ilə təsdiq edilmiş dəyişikliklərlə dəqiqləşdirilmişdir. Həmin Plenum qərarı ilə “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarın 8.4-cü bəndinə əlavə edilmiş 8.4-1-ci yarımbəndə əsasən, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin Plenum qərarı ilə eyni zamanda qərarın 8.13-cü bəndinə əlavə edilmiş müddəaya əsasən, alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən də 8.4-1-ci bənddə göstərilən qaydaya əməl olunmalıdır. Məhkəmə müəyyən edir ki, Cavabdeh rəsmi iş yerinə və sabit gəlirə malik deyil, onun qazancı qeyri-müntəzəmdir və alimentin əvvəlki qətnaməyə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi tutulması uşağın saxlanılması üçün kifayət etmir və iddiaçının və yetkinlik yaşına çatmayan uşağın mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur. Bu baxımdan, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud hesab edilməklə alimentin sabit pul məbləğində müəyyən edilməsi zəruri hesab edilir. Eyni zamanda, məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən, tərəflərin ailə və maddi vəziyyətində dəyişiklik olduqda məhkəmə alimentin müəyyən edilmiş miqdarını dəyişə bilər. Bununla yanaşı, məhkəmə onu da nəzərə alır ki, iddia tələbi minimum əmək haqqı məbləğinin artımı ilə bağlı indeksasiya xarakteri daşımır, cavabdehin sabit gəlirinin olmaması və əvvəl müəyyən edilmiş aliment tutulma üsulunun uşağın təminatını faktiki olaraq təmin etməməsi ilə əsaslandırılmışdır. Buna görə də hazırkı tələb Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110-cu maddəsində nəzərdə tutulan indeksasiya halları ilə deyil, həmin Məcəllənin 112-ci maddəsi ilə tənzimlənən alimentin miqdarının dəyişdirilməsi institutuna aiddir. Bu səbəbdən, alimentin miqdarı sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,37 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, №8-2/2016 saylı qərarının 8.4 və 8.13-cü bəndlərinin tələblərinə uyğun olaraq məhkəmə müəyyən edir ki, cavabdehin rəsmi və sabit gəlirinin olmaması səbəbindən alimentin qazancın müəyyən hissəsi kimi tutulması faktiki olaraq uşağın maddi təminatının sabitliyini təmin etmir və bu hal uşağın maraqlarına ziddir. Bununla yanaşı, əvvəlki qətnamə ilə müəyyən edilmiş alimentin uşağın yaşına, artan ehtiyaclarına və gündəlik saxlanma xərclərinə uyğun olmadığı məhkəmə tərəfindən müəyyən edilmişdir. Bu səbəbdən alimentin sabit pul məbləğində müəyyən edilməsi zəruri hesab olunur. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2025-ci il tarixindən xx.xx.2008-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,37 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün ödənilməli olan dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən Cavabdeh tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-162/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş, Cavabdeh aylıq qazancının (başqa gəlirinin) üçdə bir hissəsi miqdarında İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. İddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,37 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 37.76 (otuz yeddi manat yetmiş altı qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-2496/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2496/2025
19.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver