Məhkəmə qərarları › İş №2(041)-2645/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2645/2025

10.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2645/2025 10.03.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X16 Xalıq oğlunun sədrliyi Zeynalova Leyla Fariz qızının katibliyi İddiaçı Cavabdeh Həsənova (Zeynalova) Lamiyə Fəzail qızının iştirakları ilə, İddiaçı cavabdeh Həsənova (Zeynalova) Lamiyə Fəzail qızına qarşı alimentin azadılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Həsənova (Zeynalova) Lamiyə Fəzail qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-1320/2022 saylı qətnaməsi ilə dəyişdirilmiş alimentin məbləğinin azaldılması, xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə sabit pul 120 manat ödənilməsi məbləğində alimentin ondan tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X10 anadan olub. Ailə münasibətləri pozulduğu üçün Kürdəmir Rayon Məhkəməsinin qətnaməsi ilə onunla cavabdeh arasında nikah pozulub, birgə nikahdan doğulmuş xx.xx.2014-cu il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə sabit pul məbləğində 120 manat alimentin tutularaq Cavabdeh ödənilməsi müəyyən edilib. Cavabdeh Kürdəmir Rayon Məhkəməsinə alimentin miqdarının artırılması tələbi ilə müraciət etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(041)-1320/2022 saylı qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində müəyyən edilmişdir. Lakin hazırki dövrdə isə uşaqlar üçün 246 manat təyin edilsə də məhkəmə alimenin indeksasiyasını aparmaqla hər uşaq üçün 172 manat təyin edilməsini qanuna müvafiq hesqab etmir. Belə ki, rəsmi iş yeri və gəlir mənbəyi olmadığı üçün o 130 manatı ödəməkdə çətinliklər çəkmiş və buna görə aliment borcları yaranmışdır. Belə ki, Cavabdeh ayrılandan sonra 2-ci dəfə ailə həyatı qurmuş və 2-ci evlilikdən də 1 uşağı vardır. Özü heç bir yerdə işləmir, gəlir yeri yoxdur, ailəsini və təyin edilmiş 130 manat alimenti də güclə çatdırıb dolandırır. Alimentin miqdarı qalxarsa 2-ci evlilikdən olan 1 azyaşlı uşağının maddi tələbatını ödəməkdə çətinliklər yaradacaqdır. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Kürdəmir Rayon Məhkəməsinin qətnaməsi ilə hər ay hər uşağa görə sabit pul məbləğində 120 manat aliment tutulması qət edilmişdir. Sonradan cavabdeh alimentin miqdarının artırılması tələbi ilə müraciət etmiş və alimentin miqdarı indeksasiya olunaraq hər uşaq üçün 172 manat təyin edilmişdir. O cavabdehdən ayrıldıqdan sonra ikinci dəfə ailə həyatı qurmuş və bu münasibətdəndə bir övladı olmuşdur. Hazırda işsizdi və alimenti ödəməyə çətinlik çəkir. Odur ki, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Həsənova (Zeynalova) Lamiyə Fəzail qızı izahatında göstərdi ki, İddiaçı bir müddətdir ki, aliment ödəməkdən yayınır və ona görə də aliment borcu mövcuddur. Uşaqlar hər ikisi məktəblidi və ehtiyacları çox olur, iddiaçının ödədiyi alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. İddiaçının rəsmi iş yeri yoxdur amma fərdi əməklə məşquldur. Şəxsi maşınları var və günlük qazanca malikdir. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Məhkəmə, tərəflərin izahatını dinləyib, qeyd edilən və işdə olan digər sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş; - Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1320/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-cu il tarixli 2(041)-273/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın və cavabdeh İddiaçı hər ay hər uşağa görə sabit pul məbləğində 130 (bir yüz otuz) nmanai, cəmi 260 (iki yüz altmış) manat aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. -Kürdəmir Rayon Məhkəməsinin 8(041)-87/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-1320/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya edilərək, bu qərardad qanuni qüvvəsinə mindiyi tarixdən başlayaraq, yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. -Kürdəmir rayon İHB-nın Ərəbqubalı kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 364 nömrəli arayışına əsasən, İddiaçı hal-hazırda Kürdəmir rayon Ərəbqubalı kənd İnzibati ərazi dairə üzrə nümayəndəlikdə qeydiyyatda olmaqla Çöl-Qubalı kəndində yaşayır. Hal-hazırda işsizdir. Adı aşağıda göstərilən ailə üzvləri vardır:

1. X7 (arvadı-işsiz ); 2.X8 (xx.xx.2022). - Kürdəmir regional “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası X3r. - Kürdəmir regional “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, AZ-İİ 517146 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X2 nikahı xx.xx.2022-ci il tarixdə 660 nömrə ilə qeydə alınıb. Nikah bağlandıqdan sonra arvada Həsənova soyadı verimişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcud deyildir. Kürdəmir Rayon Məhkəməsinin 8(041)-87/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə alimentin məbləği artırılmamış, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-1320/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər və əlavələr edilmişdir. Qərarın 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Qərarın 8.4-2-ci bəndinə görə Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikasında 2022-ci il üçün minimumu əmək haqqı 300 manat məbləğində müəyyən edilmişdir. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-1320/2022 nömrəli qətnaməsi ilə aliment sabit pul məbləği ilə hər ay hər uşağa görə 130 manat müəyyən edilmişdir. Yuxarıda adı çəkilən Qərarın 8.4-1-ci bəndinə əsasən 130 manat həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,43 mislini (130:300 = 0,43) təşkil edəcəkdir. Beləliklə, xx.xx.2014-cü ildə anadan olmuş X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində, yəni 172 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Halbuki, 2026-cı il yanvarın 1dən etibarən Azərbaycanda uşaqlar üçün yaşayış minimumunun artırılması ilə əlaqədar alimentin minimum məbləği 246 manatdan 260 manata qaldırılmışdır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Həsənova (Zeynalova) Lamiyə Fəzail qızına qarşı aliment miqdarının azaldılması tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 238-ci, 241-244-cü, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar