Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-2867/2024 24.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X2 Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi ilə, İddiaçınun “Alqı-satqı müqaviləsinin qismən etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: İddiaçı “Alqı-satqı müqaviləsinin qismən etibarsız hesab edilməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavbadeh Bakı şəhəri,S.Rəhimov küçəsi,ev 35 A, mənzil 54-də yaşayan Cavabdeh ilə mərhum həyat yoldaşı X* arasında 29.*2.2007ci il tarixli alqı-satqı müqaviləsi üzrə satılmış 6,94 ha pay torpaq sahəsinin 3,94 ha hissəsində etibarsız hesab olunması və Mediasiya təşkilatına ödədiyi 60 manatın 30 manatı,*00 manat dövlət rüsumunun,60 manat sənnədlərin hazırlanmasına çəkdiyi xərclərin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, iddiaçı ərazi aidiyyəti qaydalarına əməl etməmiş və iddia ərizəsini cavabdehin yaşadığı yerin məhkəməsinə verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.*-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. İddia ərizəsinə əlavə edilmiş sənədlərin surətindən və Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışlardan görünür ki, Cavabdeh ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi,35 a,54 qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı iddia ərizəsini cavabdehin yaşayış yerı üzrə birinci instansiya məhkəməsinə verməli olduğu halda Kürdəmir rayon Məhkəməsinə vermişdir. Azərbaycan Respublikası MPM-in *52.*.3-cü maddəsinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, belə olan halda iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin **4.*.3-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin **4.2-ci maddəsinə əsasən, dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. İş materiallarında olan dövlət rüsumu barədə qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün *00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı “Alqı-satqı müqaviləsinin qismən etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə iddiaçı tərəfindən ödənilmiş *00 manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *52, 263-264, 267-268 və 309-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı “Alqı-satqı müqaviləsinin qismən etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş *00 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən *0 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə (Azərbaycan Respublikası MPM-in *0-*.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Marif Kazımov AZƏRBAYCAN RESPUBLİKASİ KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ AZ 2*00, Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 Tel: (020255) 5-23-23, Faks: 5-25-55 www.kurdamircourt.gov.az Elektron ünvan 2(04*)-2867/2024 24 dekabr 2024-cü il İddiaçı Kürdəmir rayonu Qarasaqqal kəndi Kürdəmir rayon Məhkəməsinin icraatında olmuş 2(04*)-2867/2024 saylı mülki iş üzrə sənədlər sizə göndərilir. Qoşma: iddia ərizəsi, sadə formada yazılmış akt (kserosurət), Cavabdeh ünvanlanmış məktub, ərizə və şikayət ərizələr,əlavə edilmiş sənədlər, cəmi – 58 vərəqə. Hakim: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(041)-2867/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-2867/2024
24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver