Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-330/2023 11.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələblərinə görə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hazırki iş üzrə İddiaçı cavabdehdən bir nəfər uşağaın yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment tələb etdiyi halda, iddia ərizəsinə cavabdehlə aralarında bağlanmış nikah şəhadətnaməsinin sürətini və yaxud atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin sürətini əlavə etməmiş bununla da iddia ərizəsinin forma və məzmununa riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: XALİQ İMANOV
Məhkəmə qərarları › İş №2(041)-330/2023
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-330/2023
11.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver