Məhkəmə qərarları › İş №2(041)-337/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-337/2023

06.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-337/2023 06.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2021-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2022-ci il tarixdə anadan olmuş X1 üçün Cavabdeh hər ay sabit pul məbləği ilə hər bir uşaq üçün 220 manat miqdarında aliment alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh ilə 2020-ci ildə evlənib ailə həyatı qurmuş, lakin nikahlarını qeyd etdirməmişlər. Onlar ailə qurub Şəki rayonunun Çayqaraqoyunlu kəndində yaşamışlar. Onların faktiki nikahlarından xx.xx.2021ci il tarixdə X5 və xx.xx.2022-ci il tarixdə X6 anadan olmuşdur. Onlar ər-arvad münasibətində 2022-ci ilə kimi yaşamışlar. Sonradan ailə münasibətləri pisləşmiş və 2 azyaşlı uşaqları ilə birlikdə qayıdıb atası evinə gəlmişdir. Hazırda 2 azyaşlı uşaqları ilə birlikdə atasının evində yaşayır. Cavabdeh uşaqları ilə maraqlanmır, onlara maddi yardım etmir. O, himayəsində olan 2 azyaşlı uşağını saxlaya bilmir, maddi çətinlik çəkir. Bütün tələbatlarını atası ödəyir. Cavabdeh fərdi əməklə məşğul olur, ayda kifayət qədər qazanc əldə edir. Onun hər ay aliment ödəməyə kifayət qədər maddi imkanı var. Ona görə də xx.xx.2021-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2022-ci il tarixdə anadan olmuş X1 üçün Cavabdeh hər ay sabit pul məbləği ilə hər bir uşaq üçün 220 manat miqdarında aliment alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, o, İddiaçı ilə 2020-ci ildə evlənib ailə qurmuş, nikahlarını isə qeyd etdirməmişlər. Onların faktiki nikahlarından xx.xx.2021-ci il tarixdə İsfəndiyar və xx.xx.2022-ci il tarixdə Bəxtiyar adlı iki uşaqları olmuşdur. İddiaçı ilə evlənəndən sonra işləmək üçün Bakı şəhərinə getmişlər. Bakı şəhərində yaşayarkən aralarında söz-söhbət yaranmış və iddiaçı uşaqları ilə birlikdə öz atasının evinə getmişdir. O, iddiaçı ilə barışmaq istəsə də iddiaçı onunla barışmamışdır. Hazırda çoban işləyir və iddiaçının tələb etdiyi miqdarda alimenti ödəməyə maddi imkanı yoxdur. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, AZ-İV 711580 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin faktiki nikahlarından xx.xx.2021-ci il tarixdə İsfəndiyar adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, AZ-İV 711581 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin faktiki nikahlarından xx.xx.2022-ci il tarixdə Bəxtiyar adlı uşaqları doğulmuşdur. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, obyektiv araşdıraraq sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə 2020-ci ildə evlənib ailə həyatı qurmuş, lakin nikahlarını qeyd etdirməmişlər. Onlar ailə qurub Şəki rayonunun Çayqaraqoyunlu kəndində yaşamışlar. Onların faktiki nikahlarından xx.xx.2021-ci il tarixdə X5 və xx.xx.2022-ci il tarixdə X6 anadan olmuşdur. Onlar ər-arvad münasibətində 2022-ci ilə kimi yaşamışlar. Sonradan ailə münasibətləri pisləşmiş və 2 azyaşlı uşaqları ilə birlikdə qayıdıb atası evinə gəlmişdir. Hazırda 2 azyaşlı uşaqları ilə birlikdə atasının evində yaşayır. Cavabdeh uşaqları ilə maraqlanmır, onlara maddi yardım etmir. O, himayəsində olan 2 azyaşlı uşağını saxlaya bilmir, maddi çətinlik çəkir. Bütün tələbatlarını atası ödəyir. Cavabdeh fərdi əməklə məşğul olur, ayda kifayət qədər qazanc əldə eetsədə uşaqlarına maddi yardım etmir. Cavabdeh isə iddiaçının tələb etdiyi miqdarda alimenti ödəməyə maddi imkanının olmadığnı bildirmişdir. İddiaçı cavabdehin gəlirləri barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Ona görə də cavabdehin iş yeri və aylıq qazancı barədə rəsmi məlumat olmadığından aliment tələb edən şəxsin xahişi ilə alimentin miqdarı sabit pul məbləbində müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısı və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsati tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun İ bəndinə əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. İddiaçı cavabdehdən faktiki nikahlarından doğulmuş İsfəndiyar və Bəxtiyar adlı uşaqların saxlanması üçün hər ay hər uşağa sabit pul məbləğində 220 manat aliment tələb etsə də o, cavabdehin maddi vəziyyəti barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, valideynlərin öz uşaqları üzərində bərabər hüquq və vəzifələrə malik olması, cavabdehin maddi və əmlak vəziyyəti, aliment alan uşaqların mənafeyi nəzərə alınaraq alimentin məbləği hər ay hər uşağa görə sabit pul məbləğində 120 manat miqdarında müəyyən edilməklə xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh tutularaq İddiaçı verilməsi məqsədə müvafiqdir. İş materiallarından göründüyü kimi İddiaçı aliment tələbi ilə bağlı məhkəməyə xx.xx.2023cü il tarixdə müraciət etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən hesab edir ki, aliment xx.xx.2023-cü il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə uyğun olaraq alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də qanunun tələbinə əsasən Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 49 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinin tələbinə görə şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh faktiki nikahlarından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 10 yanvar 2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa sabit pul məbləğində 120 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat aliment tutularaq İddiaçı ödənilsin. X3 ödəniləcək illik alimentin həcminə görə 49 (qırx doqquz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar