Məhkəmə qərarları › İş №2(041)-36/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-36/2024

11.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-36/2024 11.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixində Cavabdeh “Honda civic” minik markalı ** EY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edərək yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə ona məxsus “Mersedes Benz E 240“ markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə ziyan vurmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ tərəfindən araşdırma aparılmış və cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Cavabdehin təqsiri xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh haqqında qərarla təsdiqlənmişdir. “Azərbaycan Automobiles“ QSC tərəfindən tərtib edilmiş ilkin qiymətləndirmə aktına əsasən “Mersedes Benz E 240“ markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir dəyəri 3134 manat təşkil edir. Lakin cavabdeh öz öhdəliyini yerinə yetirməkdən imtina etmiş və 3134 manat pulu bu günə kimi ödəməmişdir. Ona görə də Cavabdeh 3134 manat pul vəsaitinin və 51 manat 34 qəpik məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş Cavabdeh vəsatətinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(041)- 1134/2023 nömrəli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmaqla qərardadın surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 9/8359 nömrəli ekspert rəyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/8359/2023 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş və xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı lazımi qaydada məlumat verilmiş, iddiaçı məhkəməyə ərizə göndərərək bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və yekun məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə İddiaçı iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, xx.xx.2023-cü il tarixidə etibanramə ilə idarə etdiyi “Honda civic” minik markalı ** EY *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Babək prospektində idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə idarə etdiyi avtomobillə İddiaçı idarə etdiyi “Mersedes Benz E 240“ markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sol təpəfdən qapısına vurmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ tərəfindən araşdırma aparılmış və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 40 manat məbləğində cərimə edilmişdir. “Azərbaycan Automobiles“ QSC tərəfindən tərtib edilmiş ilkin qiymətləndirmə aktına əsasən “Mersedes Benz E 240“ markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir dəyəri 3134 manat olduğu müəyyən edilmiş və həmin məbləğ şişirdilmiş vəziyyətdə göstərildiyindən o, həmin ziyanla razılaşmır. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən iddiaçıya məxsus “Mersedes Benz E 240“ markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir dəyərinin 2529,0 manat olduğu müəyyən edilmişdir. Ona görə də iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materitallarına əlavə edilmiş Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifajdə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbehvermə haqqında Bakı şəhər DYPİ X3 Baş İnspektoru polis mayoru X5 xx.xx.2023-cü il tarixli, İP ******* nömrəli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli, ******* nömrəli ilkin qiymətləndirmə aktından görünür ki, İddiaçı məxsus “Mersedes Benz E 240“ markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir dəyəri 3134 manat olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8359 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" QSC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1998-ci il buraxılışlı “Mersedes Benz E 240“ markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2529,0 manat müəyyən edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2023cü il tarixində Cavabdeh “Honda civic” minik markalı ** EY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edərək yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə İddiaçı məxsus “Mersedes Benz E 240“ markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə ziyan vurmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ tərəfindən araşdırma aparılmış və cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Cavabdehin təqsiri xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh haqqında qərarla təsdiqlənmişdir. “Azərbaycan Automobiles“ QSC tərəfindən tərtib edilmiş ilkin qiymətləndirmə aktına əsasən “Mersedes Benz E 240“ markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir dəyəri 3134 manat müəyyən edlilmişdir. “Azərbaycan Automobiles“ QSC tərəfindən tərtib edilmiş ilkin qiymətləndirmə aktına əsasən “Mersedes Benz E 240“ markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmiri üçün müəyyən edilmiş 3134 manat şişirdilmiş vəziyyətdə göstərildiyindən o, həmin ziyanla razılaşmır. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən iddiaçıya məxsus “Mersedes Benz E 240“ markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir dəyərinin 2529,0 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əsasən cavabdeh tərəfindən iddiaçı X4 onun idarə etdiyi avtomobilinə dəyən maddi ziyana görə heç bir ödəniş edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habel hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsində qeyd olunur ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsiniidarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin üzərinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinin tələbinə görə zərərin əvəzini ödəmək tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzininaturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh 2529 manat məbləğində vurulmuş zərərin əvəzi və 51,34 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2529 manat məbləğində vurulmuş zərərin əvəzi və 51,34 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP(XİİS) HESABİ, X1, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** nömrəli hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar