Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-38/2025 04.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X13 Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh X7 qarşı cavabdehə məxsus cehiz əşyalarının məcburi qaydada çıxarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının məcburi qaydada çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 onun evində qalmış cehiz əşyaları 1 ədəd televizor, 1 ədəd televizor altlığı, 1 ədəd termo, 1 ədəd servant, 1 ədəd şifoner, 1 dəst taxt yorğan döşəyi, 1 ədəd künc divanı, 4 dəst yorğan döşək dəsti, 2 ədəd taxt tumbuçkası, 1 ədəd sandıq, 1 ədəd paltar yuyan, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd pismenni stol, 4 ədəd xalça, 1 ədəd taxt sandığı, məcburi qaydada onun evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, oğlu X2 cavabdehlə 2019-cu ildə rəsmi nikahları olmadan ailə həyatı qurmuş, Ayşə onun evinə gəlin köçmüş, özünə məxsus cehiz əşyalarını da qaldığı otağa yerləşdirmişdir.. X11 cavabdeh ilə bir neçə il bir yerdə yaşayandan sonra onların münasibətləri pozulmuş və ayrılmışlar. Artıq 2 ildən artıq bir müddətdir ki, cavabdeh onun evində yaşamır, cehiş əşyları isə onun evindədir. Məhkəmə iclasında iddiaçı iddia tələblərini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh artıq iki ildir ki, onun evindən öz cehiz əşyalarını aparmır. Cavabdehin bu hərəkətləri onun daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Dəfələrlə tələb etdiyinə baxmayaraq cavabdeh öz cehiz əşyalarını onun evindən aparmır. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək bildirdi ki, qızına məxsus cehiz əşyaları tam şəkildə qaytarıldığı təqdirdə onları təhvil almağa etiraz etmir. Cehizlərin və qızıl-zinət əşyalarının tam siyahısını iddiaya dair etiraz ərizəsində göstərmişdir. Həmin cehiz əşyalarının qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Sığırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022ci il tarixli 307 nömrəli arayışından görünür ki, İddiaçı hazırda Sığırlı kəndində iki otaqlı evdə yaşayır. Cavabdeh iddiaya dair etiraz ərizəsində iddiaçının evində olan aşağadakı cehiz əmlakların ona qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir: mebel dəsti, 2 dəst termo, 2 dest kamot, 1 boyuk şifoner, 1 telivizor altlıqı, 1taxt divan, 2 sandığ, 2 tumboçka, 1 yurnalnı şuşə, 1 metr olan televizor, 2 dəst naçnik, 1 boyuk stol, 6 stul, 1 divan 6m kunc, 5 metr xalça, 4 metr xalça, ¼ xalça 1 kaşmir 2/3, 4 dest döşək, 5 dəst yorğan, 1 divan döşəyi, 12 ədəd yastığ, 12 ədəd nimçə, 2 dəst taxt, stul 4 dəst, odyal 1dəst maçalka yorğan, 12 metr pərdə, karnız 6 metr, çxol prastina 6 dəst, süfrə klyonka 5+3 metr, dəsmal 15 dəst, qətva 3 dəst, çay dəsmalı 6 dəst, balaca əl dəsmallari, 1 paltaryuyan, 1 duxovka, 1 tozsoran, 2 vedrə böyük, 1 çuğun vedrə, 1 böyuk vanna, 4 dəst balaca vanna, 6 dəst gümüş podnos, 3 dest sade podnos, 2 dəst qəfədan, 1 dəst çaynıklı qəfədan, 1 samovar, lüsdür, saat, ütu, qasıq dəsti, qazan dəsti, 2 cuğun qazan dəsti, 1 tefal, 2 meyve bıçaq qaşiq desti, 24 stəkan, 24 armudu stəkan desti, 48 dəst boşqab, 12 dəst mürəbbə qabı, 1 şirniyyat qabi, 1 xurustal güldan, 1 uzun güldan, duz qabi 24 eded, 2 xurustal böyük vaza, 3 ədəd sarı lotgə, 1 sarı güldan, 2 xurustal lotge, 2 eded uzun mürəbbə qabı, 1 ədəd krafinka, 6 bakal, 2 dəst əlavə krafinka, çaynik dəsti, 6 xurustal bakal, 6 balaca xurustla bakal, nahar servisi, kofe servisi, 24 dəst paltar, qizil 1 dest komplekt, 2 sırğa, 1 üzük, 1 qolbağ 10 qr, qaşli üzük, 1 qaşlı üzük, 1 ədəd qolbaq saat, 1 ədəd saat, 12 dəst masqura, qaşıq 12 dəst, piyalə, 2 qutu daş stəkan, l ədəd iran odyalı. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının oğlu X3 ilə Cavabdeh 2019-cu il tarixdə evlənmiş, lakin rəsmi nikahları olmamışdır. Onlar evləndikdən sonra iddiaçıya məxsus olan Sığırlı kəndində fərdi yaşayış evində yaşamış, cavabdehin cehiz və digər şəxsi əşyaları həmin mənzildə olmuşdur. Hazırda onlar birlikdə yaşamırlar. İddiaçı onun mülkiyyətində olan mənzildə qalmış cavabdehə məxsus əşyaların mənzildən çıxarılmasını xahiş edir. Məhkəmə iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, əşyaların yerləşdiyi mənzil iddiaçının mülkiyyətindədir, cavabdeh isə artıq həmin mənzildə yaşamır. Həmin əşyaların mənzildə qalması mülkiyyətçinin hüquqlarını pozduğundan iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə məxsus olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Cavabdehin iddiaya dair etirazında göstərdiyi əmlaklara (cehiz əşyaları, geyim dəstləri, qızıl-zinət əşyaları və sair) gəldikdə isə məhkəmə qeyd edir ki, cavabdeh bununla bağlı sübutlarını əlavə etməklə müstəqil iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən nəhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affırmarıti, non neganti, irıcumbit probatiorı (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydm və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh X7 məxsus cehiz əşyaları: 1 ədəd televizor, 1 ədəd televizor altlığı, 1 ədəd termo, 1 ədəd servant, 1 ədəd şifoner, 1 dəst taxt yorğan döşəyi, 1 ədəd künc divanı, 4 dəst yorğan döşək dəsti, 2 ədəd taxt tumbuçkası, 1 ədəd sandıq, 1 ədəd paltar yuyan, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd yazı stolu, 4 ədəd xalça, 1 ədəd taxt sandığı İddiaçı yaşadığı Kürdəmir rayonu, Sığırlı kəndində yerləşən evindən məcburi qaydada çıxarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizəsinə görə dövlət rüsumunun məbləği 100 manat müəyyən edilmişdir. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə cavabdehdən 100 manat dövlət rüsumu tutulmalı, həmin məbləğin 50 manatı iddiaçıya, 50 manatı dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X7 məxsus cehiz əşyaları: 1 ədəd televizor, 1 ədəd televizor altlığı, 1 ədəd termo, 1 ədəd servant, 1 ədəd şifoner, 1 dəst taxt yorğan döşəyi, 1 ədəd künc divanı, 4 dəst yorğan döşək dəsti, 2 ədəd taxt tumbuçkası, 1 ədəd sandıq, 1 ədəd paltar yuyan, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd yazı stolu, 4 ədəd xalça, 1 ədəd taxt sandığı İddiaçı yaşadığı Kürdəmir rayonu, Sığırlı kəndində yerləşən evindən məcburi qaydada çıxarılsın. Cavabdeh X4 100 manat dövlət rüsumu tutulsun, həmin məbləğin 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-38/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-38/2025
04.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver